XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 14:53

Qırğız mətbuatı akademik Ramiz Mehdiyevin kitabından yazdı

Əcdadların vəsiyyəti – dil, vicdan, Vətən

Bu yaxınlarda türkdilli dövlətlərin siyasətinə dəstək Fondu tərəfindən Azərbaycan akademiki, Azərbaycan prezidenti administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Şah ismayıl Səfəvi” kitabı nəşr edilib. Xətai tarixi şəxsiyyət (1487-1524), Səfəvilər imperiyasının banisidir və Asiya tarixində “Azərbaycan torpaqlarını bir araya yığıb birləşdirən” kimi iz qoyub.

Din tarixçilərinin baxışına görə, İsmayıl Səfəvi İslamın bir-biri ilə vuruşan iki qanadındam birinin – şiəliyin sərt tərəfdarı, sünniliklə bağlı hər şeyi məhv edən sima kimi göz önünə gəlir. Bu, birtərəfli yanaşmadır: o, dinin təmizlənməsi uğrunda deyil, xalqın birləşdirilməsi naminə mübarizə aparıb. Ramiz Mehdiyevin kitabında Şah İsmayılı İran maraqlarının müdafiəçisi kimi təqdim etmək tendensiyasının yer aldığı əsərlərin subyektivizmi təhlil olunub. Şahın iqamətgahı İran ərazisində idi, lakin o, türk dilini İran sarayının rəsmi dili etdi. Bu onun doğma dili idi. Bu dildə sərəncamlar verirdi, yəni kitab müəllifinin qeyd etdiyi kimi, “Azərbaycan dilini siyasət-dövlətçilik müstəvisinə keçirdi”.

Nəsillərə onun şerləri, Azərbaycan dilində bütöv bir divanı qalıb (o, “Xətai” yaradıcılıq təxəllüsündən istifadə edib). “Şücaətli əcdadların bizə üç sərvət – dil, vicdan, Vətən vəsiyyət etməsi” haqda poetik misralar yazıb. öz törəmələrinə millətin dəyərlərini qoruyub saxlamağı vəsiyyət edərək bütün həyatı boyu məhz bunu müdafiə edib. Onlar bunu göz bəbəyi kimi qoruyub saxladılar.

Şah müdrik idi. Keçmiş indidən o zaman müdrik olur ki, gələcəyə hərəkətlənmək üçün təkan verir, dönüş tələb edərək onu geri çəkmir.

Dönüş ehkamdır, keçmişin inkarı isə çıxılmaz dalandır, iflasa aparır. Sovet ideologiyası milli ideologiyanın bizi sıxışdırıb zamanların qovşağında ilişib qalmağa, aralıqda görünməyə vadar edən bu cür dalan oldu. Və indi irəli getmək lazımdır – amma elə yox ki, “aralıq” vəziyyətindən qopaq. Bu, mümkünsüzdür, bu, coğrafiyadır. Kosmosa ki atılmayacağıq. Keçilmiş zaman qatının kontekstində irəliləmək lazımdır (ayaqüstə və ya yıxılmış vəziyyətdə, lakin kontekstdə). Bu, keçmişimizə varislik bağı ilə indimizdən gələcəyimizə doğru hərəkətdir. Kökü qoparmaq olmaz, lakin gözə də soxmaq olmaz. Əks halda istiqamətin qabağını kəsərik və həmişə “yaramazların son sığnacağı” olan (bu, hələ XVIII yüzillikdə məlum idi) hay-küyçü vətənpərvərliyin məstliyindən boğularıq. Biz ilişib qalmamışıq, köçəri əcdadlarımızın etdiyi kimi yeni oylaq axtarışında irəli gedirik. Onlar min beş yüz il öncə atları yəhərləyərkən hərəkətləri o qədər iti olurdu ki, planetin yarısını fəth edirdilər. Səhvləri isə bunda idi ki, oturaq həyat keçirən çinlilərin anladığı həqiqəti dərk etməmişdilər. Bax, o həqiqət, belə səslənir: “At belində dövləti fəth etmək mümkündür, lakin onu atın belindən idarə etmək olmaz”.

Monqol xanı çini fəth edəndə ona bunu məsləhət gördülər. Müşavir müdrik idi, köçərilərin qürub dövrünü öncədən xəbər verdi – atla başladılar, atla da qaldılar, başqaları isə mühərriki ələ keçirdilər.

Vətən həsrəti yönü “Hamletin atasının kölgəsi”nə oxşamağa başlayır, bu, “Don Kixotun dəyirmanı”na aparır.

Keçmişdən imtinanın manqurtluq sindomuna çevrilən digər azğın ifratçılığı soy yaddaşının kütləşməsidir. Və bu məqamda “kütləşmə”nin formaları önəmli deyil – dəvənin içalatından olsun, yaxud sivilizasiyanın xərclərindən. Əgər rişələr qoparılıbsa, bunu necə edildiyini kim araşdıracaq? Nəticə o mənada bərbad olacaq ki, yad sivilizasiyaya heyran olmağa başlayacaq və sarsılacaq ki, hazırda çiçəklənən millətlərin üzvü kimi doğulmayıb. Vətəndaşlığı dəyişib keçmiş həmvətənlərinə “siyasi tərbiyə” dərsi keçənlər də var. Belə “tiplər” Bakıda da var, Bişkekdə də.

Hazırda çingizxanın şəcərəsi üzrə tarixi “kəşflər” baş alıb gedir. Onun izini qazax, qırğız və hətta Ukrayna “bilicilər”i aşkarlayırlar. Bununla belə, bu palazqulaq müəlliflər heç cür izah edə bilmirlər ki, kainatı silkələyən bir insan niyə qırğız və ya Ukrayna dilində deyil, monqol dilində danışırdı. Məgər “öz dilini” unutmuşdu? Məgər doğma dilini Şah İsmayıl kimi dövlət dili səviyyəsinə qaldıra bilmirdi? Şah İsmayıl təkcə dilini böyütmədi, həm də sərəncamla türk sülalələrinin əlyazmaları toplanmış Səfəvi kitabxanasını yaratdı. Bu gün çingiz xanı “qırğız”la “xaxol”un mələzinə çevirmək Makedoniyalı İskəndəri hindli kimi göstərməyə bərabərdir.

Bizim müdriklər indi də Atillanı (qıpçaqlar imperiyasının banisini) “qırğız”a döndərirlər. Etnik ehtirasın göynərtisi. çox güman ki, növbə tezliklə İlya Murometsə və Napoleona çatacaq – burada da qazax-Ukrayna paralelləri tapacaqlar. Yeni terminlə adlandırılmalı olan yeni foklor janrı da uydurublar – genofond haqda “genetik nağıllar”.

Bəli, köçərilər at beilndə dünyanı fəth ediblər. Hətta atın üstündən süfrəyə də enməyiblər, bu barədə atalar sözü yaradıblar: “At jalına kazan az” (Qazanı atın yalına qoy, yəni yəhərdə, hərəkət zamanı nahar et, dayanma). Onlar belə də ediblər. özlərinə tuman tikiblər ki, ayaqların arasını sürtməsin, kaftan tikiblər ki, çiyindən düşməsin, papağı elə tikiblər ki, at çaparkən külək aparmasın. Bu dönəmdə Romada cır-cındıra bürünürdülər. At tərəqqini hərəkətləndirən mühərrikə çevrildi. Köçərilər onları saray və məbədlərdən uzaqlara – otlaq və dərələrə aparan cığırdan, çapış yolundan çıxmadılar və uzun əsrlər boyu elə orada da ilişib qaldılar. Bu haqda bizim satirik Baydılda Sarnogoyev kinayə ilə yazıb.

Konkret olaraq qırğızlara gəlincə, onlar həmişə özlərinə gülməyi bacarıblar –sadəcə, elə-belə, heç nə düşünmədən, kiminsə və nəyinsə xatirinə yox. Bütün dönəmlərdə (sovetlərin dövründə, qədimlərdə və indi) əllərinə keçən əşyalardan yararlanıb belə ediblər.

Budur, son lətifələrdən biri (bu dəfə mismarla): mübahisə edirlər ki (həmişə mübahisə etmək lazımdır), kim mismarı alnıyla taxtaya daha tez vurar. Yekəalın amerikalı (o, həmişə iştirak etməlidir) bunu 5 saniyəyə edir, sonra rus (onsuz ötüşmək mümkün deyil) mismarı 7 saniyəyə vurur ki, o qədər də pis deyil. Növbə qırğıza çatır (o, həmişə axırıncıdır), bir dəqiqə vurur, vurur, alnı yaralanır. Hakim işi keyfiyyətini araşdırır və qırğızı qalib elan edir. O biriləri özlərindən çıxırlar ki, bu necə olur, biz “bir-iki” əlüstü vurduq, bu isə ağacdələndir. Məsələ isə bunda idi ki, birinci və ikinci mismarı lazım olan qaydada vurmuşdular, qırğız isə alnını mismarın ucuna vurmuşdu. Hələ heç kim belə etməmişdi və etməyəcək də. Kim təkrar edər ki?

“Tarixin misma
rı”, bax, belədir – başı aşağı…

Kuban Mambetaliyev