XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

17 Aprel 2018 - 13:01

SƏDDAM HÜSEYNİN QANIYLA YAZILMIŞ “QANLI QURAN”:onu saxlamalı, yoxsa məhv etməli? – Araşdırma

İraq hökuməti həm müqəddəs mətn, həm də ötən günlərin iblisanə qalığı sayılan nadir artefaktla – Səddam Hüseynin qanıyla yazılmış Quranın surətiylə necə davranmaq üzərində baş sındırır.

“Qanlı Quran” (ingilicsə Blood Qur’an, ərəbcə – نسخة القرآن بدم صدام‎) 1990-cı illərin sonunda iki ilə yazılıb – iddia olunur ki, yazılış zamanı mürəkkəb əvəzinə Səddam Hüseynin qanından istifadə olunub.

Yazılış 1997-ci ildə İraqın keçmiş rəhbərinin “çoxlu sui-qəsd və təhlükələrdən qoruduğuna” görə Allaha minnətdarlıq əlaməti kimi, altmış illik yubileyinin  vaxtına düşüb. Qanlı diktator 2000-cin ilin sentyabrında qeyd edib: “Mənim həyatım çoxlu qan itirməli olacağım təhlükələrlə doluydu… Amma az şey itirdiyimdən birindən xahiş etdim ki, minnətdarlıq nişanəsi kimi, Allah kəlamnı mənim qanımla yazsın”.

Kitab Səddam Hüseynin sonunun çatdığı 2003-ədək ümumi seyr üçün tamaşaya qoyulmuşdu.

 

Kitabın yazılması hazırda ABŞ-ın Virginiya ştatında yaşayan ərəb-islam xəttatlığı üzrə mütəxəssis Abbas Şakir Cudi əl-Bağdadiyə tapşırılıb. Səddam Hüseyn Cudinin 6000 ayə və 336 000 sözün yazılmasına sərf etdiyi iki ildə özünün 24-27 litr qanını bağışlayıb.

Cudi xatırlayır ki, Səddam onu sui-qəsddən keçən oğlu Udey Səddamın Bağdadda müalicə olunduğu İbn-Sina xəstəxanasına çağırıb və  qanından istifadə etməklə Quranın surətini çıxarmağı xahiş edib ki, bu da Səddam Hüseyn tərəfindən “özünəməxsus əhd kimi görünüb”.

Hazır iş 2000-in sentyabrında Səddama təqdim olunub. “Qanlı Quran” sonralar ümumi seyr üçün Bağdadın Umm-əl-Kura məscidində saxlanılıb. Bu məscid Fars körfəzi savaşına xatirə kimi bina olunmuşdu. Məscidin forması “Kalaşnikov” avtomatının lüləsini xatırladır. Süni gölün ortasında yerləşən mərmər altıbucaqlı tikili “Qanlı Quran”ın saxlanması üçün nəzərdə tutulub. Səddam dönəmində ancaq dəvətli qonaqların “Qanlı Quran”ı görmək imkanı vardı, çünki bura adətən, bağlı olurdu və ziyarət üçün icazə yox idi. Məhdud giriş sonralar da qalıb, kitab üç qıfıl altındadır, açarlar isə üç nəfərdədir – saxlancın qapısını aça biləcək qoruyucu, polis rəisi və Bağdadın başqa bölgəsindəki daha bir naməlum şəxs.

Səddam Hüseyin “Qanlım Quran”ın hazır mətnini nəzərdən keçirir

 

Kitabın səhifələrini görmüş Avstraliya jurnalisti Pol Makqiohun məlumatına əsasən, “qanlı yazı iki santimetrə qədər qabarıqdır, geniş bəzək çərçivəsi isə mavi, işıqlı, qara, qırımızı və çəhrayı çalarla qara rəngin zolağında çulğaşır”.

Britaniyanın “The Guardian” qəzetinin müxbiri Martin Çulov öz növbəsində “Qanlı Quran”ı “həqiqətən qanla yazılmasaydı, istənilən sərgidə yer tuta biləsi, zərif işlənmiş kitab” kimi təsvir edib.

 

Səddam devriləndən sonra

 

Məscid mühafizləri Amerika hərbçiləri Bağdadı tutandan sonra “Qanlı Quran”ı xilas etmək üçün saxlancda gizlədiblər. Səddamın devrilməsi İraqın dini və dünyəvi rəsmilərini dedikcə çətin ikili seçim qarşısında qoyub. Bir yandan, müqəddəs kitabın qanla yazılmasına haram kimi yanaşılıb, BƏƏ və Səudiyyə Ərəbistanının ruhani avtoritetləri isə elə həmin 2000-ci ildə Səddamın bu hərəkətini pisləyiblər. İraqın özündə də “Qanlı Quran”ın yazılmasını açıqca pisləyən şəxslər var idi. Məsələn, Bağdad universitetinin islam əqidəsi professoru Əbdül Kvəhhar əl-Anu iddia edib ki, “Səddam müqəddəs adam deyil, ona görə də qanı natəmizdir”.

Səddamın idarəçiliyi dövründə həbsxanada olan şiə ruhanisi Səid Əli Əlvaah öz növbəsində “Qanlı Quran”ı “qara magiya” adlandırıb. Bundan savayı, qeyd edib ki, ““Quran” qızıl və gümüşdür, qan kimi nəsə natəmiz bir şey deyil, buna görə də ya odda yandırılmağa, ya da suda batırılmağa layiqdir”.

Qanlı Quran”ın mühafizi şeyx Səmərrəi də Quranın qanla yazılmasının  haram olduğuyla razılaşır.

Amma məsələlərin durumuna başqa yandan baxılsa, islamda Quranın surətini korlamağa yasaq var, deməli, “Qanlı Quran”ın məhvi onun murdarlanması kimi nəzərdən keçirilə bilər.

İraq dövlət və siyasət xadimləri də “Qanlı Quran”la necə davranmaq haqda müxtəlif rəylər söyləyiblər. Deməli, məsələn, İraq baş naziri Nuri əl-Malikinin mətbuat katibi Əli əl-Musəvi “Qanlı Quran” haqda  məsələyə toxunaraq qeyd edib ki, “Biz bunu Səddamın qəddarlığının sübutu kimi saxlamalıyıq: onun bu cür Quran təşkil etməyi lazım deyildi. Amma Quranı muzeyə qoymaq olmaz: bir iraqlı da ona baxmaq istəməz”, amma etiraf da edib ki, bu cür şeylər Hitler və Stalinə məxsus predmetlər kimi şəxsi kolleksiyalarda saxlanıla bilər.

London Kral Kollecinin tədqiqatşısı Ceyms Denzelou hesab edir ki, “Bu, daha dindar müsəlmanlar arasında etiraf udmağa cəhd edən dünyəvi liderin nə qədər uzağa getdiyini əks etdirən usta piar gediş idi. Bu, bir kasa zəhərdir”.  

Quranın keşikçisi, İraq Sünni İanə Fondunun rəhbəri  Şeyx Əhməd Səmərrəi deyib: “Burada olanın qiyməti yoxdur, mütləq şəkildə bir milyon dollar qiyməti var”.

Başqaları isə deyirlər ki, Səddamın idarəçiliyi dönəmində inşa edilənlərin hamısı dağıdılıb ölkədən kənarlaşdırılmamalıdır.

 

Doğrudanmı, “Qanlı Quran” Səddamın qanıyla yazılıb?

 

Qanlı Quran” ümumi seyrə çıxarılarkən Səddamın kitabın yaradılmasına doğrudan da bu qədər qan bağışlaya bilib-bilmədiyi və bu qanın heç olmasa, böyük hissəsinin ona məxsus olub-olmadığı haqda şübhələr ifadə olunub. “The Daily Telegraph” qəzetinin müxbiri Filip Smaker 2001-ci il iyulun 29-da yazıb ki, “Səddamın Quranın yazılması üçün, demək olar, öz qanından 50 pinta (pinta – təxminən, yarım litr-tərc.) bağışladığı haqda yoxlanılması mümkünsüz və şübhə doğuran iddialar daha çox sarsıdıcıdır”.

O, bundan başqa qeyd edib: “İraqdakı Qərb diplomatları İraq rəhbərinin dindarlığından təsirlənməyib və onun məscidini və qanla yazılan müqəddəs kitabını ucuz reklam fəndi kimi rədd edirlər. Onlardan biri sual edir: “Necə əmin ola bilərik ki, bu, Səddamın qurbanlarından birinin deyil, onun öz qanıdır?”

America’s Blood Centers”-in (“Amerika Qan Mərkəzi”-red.) icraçı vitse-prezidenti  Selso Byanko 2010-da şübhəsini bildirib ki, Səddam 2 il ərzində 27 litr qan verə bilərdi, çünki, məsələn, ABŞ-a ən böyük qangötürmə ildə 5, ya 6 pintadır. Beləliklə Səddam 9 il boyunca donor kimi çıxış etməli olardı ki, bildirilən miqdarda qan yığılsın. Əks halda Səddamı anemiya (qanazlığı-red.) gözləyərdi.

Və sonda: “O, orada idi və idarə edirdi və bu dünyaya təsir edib, – İraqın milli güvənlik üzrə keçmiş müşaviri Muvəffək əl-Rubai deyib. – Amma o, tariximizin tərkib hissəsi olub, bizə xoş gəlib-gəlməsə də, böyük nüfuzu olub. Bu dövrün mirasını gömməyimiz lazım deyil. Biz bunu yadda saxlamalı, yaxşı və pis – hamısından ibrət almalıyıq”.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə