XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

20 Aprel 2018 - 19:56

İRAN VƏ RUSİYA ARTIQ SURİYADA YOLLARINI AYIRIR:müttəfiq, yoxsa təsdadüfi yol yoldaşı? - TƏHLİL

İnnokenti Adyasov

regnum.ru, 19.04.2018

 

Qərb koalisiyasının Suriyaya raket zərbəsi bu münaqişədə hansı ölkələri RF-nin müttfəqilərinə aid etməyin mümkünlüyü  məsələsini yenidən qaldırıb.Təəssüf ki, durum sevindirici görünmür. Hətta KTMT də Qərb koalisiyasının bu zərbəsini pisləməyib. Lakin KTMT Nizamnaməsi bu təşkilat üzvlərinin silahlı münaqişələrə həmrəy mövqeyini nəzərdə tutur. Qazaxıstan BMT TŞ-nin qeyri-daimi üzvü kimi  Qərb koalisiyasının Suriyaya nisbətdə bu təcavüz aktını pisləyən Rusiya qətnamə layihəsinə səsvermədə səs saxlayıb.

Çin bu qətnaməni dəstəkləyib, amma getdikcə təəssürat güclənir ki, Pekin özünü Suriya problemindən uzaqlaşdırıb və sadəcə, Rusiya ilə Qərb arasında qarşıdurmanın necə gücləndiyini seyr edir. Çin diplomatiyası eyni zamanda Əsəd rejiminə dəstəkdən danışır və artıq indidən bu ölkənin hərbsonrası bərpasında özünə yer bərkidir. ƏDL (Ərəb Dövlətləri Liqası) üzvlərindən yalnız Livan, İraq və Əlcəzair Qərb koalisiyasının əməlini pisləyib.

Belə çıxır ki, indi Suriyada Rusiyanın yeganə gerçək müttəfiqi kimi İran və ona bağlı şiə hərbiləşdirilmiş birləşmələri, hər kəsdən əvvəl Livan “Hizbullah”ı çıxış edir. Sirr deyil ki, Əsəd rejiminə dəstək üzrə quru əməliyyatlarının əsas ağırlığı İran birləşmələri və livanlı, iraqlı, əfqanıstanlı müttəfiqlərinin üzərinə düşür.

Lakin İran indi bu münaqişədə Rusiya üçün kimdir – müttəfiq, yaxud hədəfi Moskvanın maraqlarından uzaq yol yoldaşı?

Birinci sual – İran ümumiyyətlə Suriya münaqişəsinə niyə qatılıb? Əsədin məğlubiyyəti halında Tehranın İran-İraq-Suriya-Livanda “Hizbullah” şiə qövsünün qırılmasından qorxduğu haqda artıq xeyli yazılıb və deyilib. Bu, İranın çox ciddi geopolitik məğlubiyyətinə səbəb olacaq.

Bundan başqa, Suriyadakı durum ABŞ-la uzunmüddətli və gizli sövdələşmədə İran diplomatiyasının kozırlarından biridir. Dəməşqdə Əsəd rejiminin saxlanması və Suriyanın ərazi bütövlüyünü qorumaq cəhdi – bu, bəlkə də, bu münaqişədə Moskva və Tehranın yanaşmalarını birləşdirən hər şeydir. Sonra yolların ayrılması başlanır. Вu, birinci növbədə Suriyanın gələcəyi və ərazi quruluşu üzrə mövqedir.

Moskva Suriyanın Suriya kürdlərinə geniş muxtariyyət zəmanəti verəcək Yeni Konstitusiyasının qəbul edilməsi zərurəti haqda tezisi ardıcıl dəstəkləyir. Bu, Türkiyənin açıq müqaviməti halında kürdləri Astana və Soçi proseslərinə qoşmaq imkanı verərdi. Tehran qəti şəkildə əleyhinədir və savaşsonrası Suriyanı sırf unitar dövlət görür. Bu cür mövqe Suriya kürdlərinin bir çox baxımdan ABŞ-ın faktiki protektoratına keçməyinə şərait yaradıb.

İsrailin Suriyadaxili tənzimləmədə iştirakı üzrə mövqe. Rusiya obyektivcəsinə  maraqlıdır ki, İsrail, sadəcə, bu münaqişəyə qarışmadan  Suriya üzrə güzəştlərin  aranmasına faktiki qatılsın.

İran isə Suriyadaxili münaqişədə qələbəyə İsraillə yeni münaqişənin müjdəsi kimi baxır. Tehran müharibədən sonra Suriya ərazisində İran hərbi bazalarının iştirakına israr edir ki, bu da Təl-Əvivi əsla qane etmir.

Bundan savayı, Suriya münaqişəsində qələbə Livan “Hizbullah”ının hərbi imkanlarını dəfələrlə çoxaldır ki, bu da İsraildə heç bir ruh yüksəkliyi doğurmur.

Moskva Tehran və Təl-Əviv arasındakı barışmaz ziddiyətlərin içində daim açıq şəkildə balanslaşmalı olur.

İranın Suriya münaqişəsində hərbi iştirakının zərurəti haqda artıq danışılıb, İsrailin isə bu münaqişədə açıq iştirakı siyasi tənzimləmə şanslarını dəfələrlə azaldır və Suriyadakı münaqişənin artıq bütün Yaxın Şərq bölgəsinə yayılmasında katalizator ola bilər. Yeri gəlmişkən, bu cür perspektiv Vaşinqtonu da hürküdür. Və – nə qədər ziddiyyətli olsa da – ABŞ və RF İsrailin bu münaqişədə iştirakına münasibətdə oxşar mövqe tutur.

Tehran bunu anlayır və Suriyada güzəştlər axtarışı üzrə Moskva və Qərb arasında istənilən dialoq imkanını fakt üzrə bağlayır. İran diplomatiyası ciddi əndişələnir ki, Tehran savaşsonrası Suriyada gərəksiz ola bilər. Türkiyə ilə münasibətlər də, təxminən, bu cür durumdadır. Astana prosesi formal olaraq RF-Türkiyə-İran üçlüyünün himayəsi altında gedir. Lakin aydındır ki, Suriyada İran və Türkiyə arasında ziddiyyətlər  çoxalır. İran RF-dən fərqli olaraq Türkiyə ordusunun kürd anklavı Afrinə müdaxiləsini pisləyib. Suriyanın başqa bölgəsində – İdlibdə İranyönlü və Türkiyəyönlü hərbi proksi birləşmələr artıq bir-birini sıxışdırmağa cəhd edərək açıq şəkildə silahlı mübarizə aparır. Moskva bu ziddiyyəti birtəhər malalamağa çalışır, amma bunu etmək getdikcə çətinləşir.

Rusiya hərbçiləri arasında da narazılıq var ki, İran birləşmələri və onlara tabe hərbi proksi birləşmələr öz əməliyyatlarını çox vaxt Rusiya HKQ ilə razılaşdırmır ki, bu da olduqca ciddi çətinliklər törədir. Aydındır ki, Rusiya güclənən xarici siyasi təzyiq şəraitində İranla münasibətləri açıq şəkildə aydınlaşdırmağı özünə rəva bilmir. Lakin RF-nin Suriya haqda siyasətini planlaşdıran zaman yuxarıda gətirilən bütün faktları nəzərə almaq lazımdır.

Tərcümə Strateq.az-ındır.  

 




Yuxarı Əvvələ Ana Səhifə