XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 April 2018 - 20:12

HÖKUMƏTDƏ BOŞ QALAN NAZİR, KOMİTƏ, XİDMƏT və AGENTLİK RƏHBƏRİ POSTLARI… –Onlar haqda hələ sərəncam verilməyib

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam verib.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Baş nazirin 3 müavini – Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasovla yanaşı, 2 nazir – Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov da vəzifələrindən azad olunublar. Eyni zamanda, Baş nazirin müavini Əli Həsənov paralel olaraq rəhbərlik etdiyi  “Qaçqınkom”un sədri vəzifəsindən çıxarılıb.

Maraqlıdır ki, hökumətin yeni tərkibi haqda bu gün verilən sərəncamlarda xeyli nazirlik, komitə, dövlət xidməti və onların rəhbərlərinin adları yoxdur. Yəni, bu qurumlarla bağlı hansı qərarın veriləcəyi kimi, onların rəhbərlərinin də gələcək taleyi cəmiyyət üçün qeyri-müəyyən qalıb.

 

Bəs, həmin nazir və komitə rəhbərləri kimlərdir?

 

1. Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Bağırov

2. Gənclər və İdman naziri Azad Rəhimov

3. Səhiyyə naziri Oqtay Şirəliyev

4. Müdafiə sənayesi naziri Yavər Camalov

5. Təhsil naziri əvəzi Ceyhun Bayramov

6. Əmlak Məsələri Dövlət Komitəsinin sədri Kərəm Həsənov

7. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

8. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov

9. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanov

10. Dövlət Gömrük Komitəsinin sədri Aydın Hüseynov

11. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov

12 Dövlət Miqrasiya Xidmətinin rəisi  Firudin Nəbiyev

13. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov

14. Qida Təhlükəsizliyi Agentliyinin baş direktoru Qoşqar Təhməzli

15. Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev

Bunlarla yanaşı, aprelin 20-də verilən sərəncamla  Mədəniyyət və Turizm Nazirliyinin (rəhbəri Əbülfəs Qarayev idi) bazasında yaradılan Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və  Əqli Mülkiyyət Agentliyinin rəhbərliyinə də hələlik təyinatlar olmayıb.

Strateq.az