XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

23 Aprel 2018 - 13:53

ABŞ Ankaranı Moskva və Tehrandan uzaqlaşdırdı:Türkiyə “məğrur tənhalığa” doğru gedir – Təhlil

Stanislav Tarasov

regnum.ru, 22.04.2018

 

Türkiyənin Hürriyet” nəşrinin yazdığı kimi, Türkiyə “Rusiyadan uzaqlaşmaq və NATO üzrə tərəfdaşlara yaxınlaşma” sərgiləyərək Qərb koalisiyasının (ABŞ, Fransa, Böyük Britaniya) Suriyaya zərbəsini dəstəkləyəndən sonra görünən budur ki, Amerikanın milli güvənlik və müdafiə strategiyalarında yazılan ssenarinin əməli gerçəkləşməsi başlanıb.

Bunu Türkiyənin “Anadolu” İA ABŞ dövlət katibi köməkçisi Uess Mitçellin ABŞ Konqresinin təmsilçilər palatasının xarici məsələlər üzrə komitəsindəki dinləmələrdə çıxışına isnadən məlumat verib. “Bizim məqsədimiz Cenevrə prosesi, İŞİD-in darmadağın edilməsinə dəstəkdə və Suriyada durumun sürəkli sabitləşməsi, habelə Rusiya və İranın nüfuzunun genişlənməsinə uzunmüddətli maneçilikdə Türkiyənin daha fəal müttəfiq olmasıdır, –Mitçell deyib. – Suriyaya gəlincə, biz müxtəlif idarələr arasında Ankaranın öz güvənliyi haqda qanuni əndişəsinə dair, eləcə də qüvvələrimiz arasındakı təsadüfi toqquşmalardan yayınmağa yönəlik yüksək səviyyədə müzakirələr aparırıq”.

Mitçell eyni zamanda dəqiqləşdirib ki, “ABŞ-ın Türkiyəyə dair siyasəti Vaşinqtonun onun maraqlarını fəal şəkildə qoruyacağı haqda aydın ismarıcla sıx qarşılıqlı fəaliyyətin saxlanmasından ibarətdir”.

Gördüyümüz kimi, bu bəyanatda Suriya istiqamətində Moskva, Tehran və Ankaranın mövqelərini yaxınlaşdıran Astana prosesi haqda hətta ötəri xatırlatma da yoxdur. Amma BMT Baş katibinin Suriya üzrə özəl elçisi Staffan de Mistura – özü də təkcə o deyil – bu tənzimləmə formatının Cenevrədə Suriyanın müxtəlif qruplarının diskussiyalarına keçməklə möhkəmlənməsi uğrunda çıxış edib.

Xatırladaq ki, Astana danışıqları 2017-nin yanvarında başlanıb. O, müharibənin bürüdüyü ölkədə zorakılığın səviyyəsini xeyli azaltmaq imkanı verən deeskalasiya zonaları yaratmaq üzrə sazişin bağlanmasıyla başa çatıb. Türkiyəyə o zaman İdlib düşüb. Ankara Rusiyanın razılığı və dəstəyi, İranın şərtlərilə – Suriya Afinində “Zeytun budağı” əməliyyatı keçirib. Bununla yanaşı, dəqiqləşdirək ki, Ankara eyni zamanda həm Astana prosesinin, həm də İŞİD-lə mübarizə üzrə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın iştirakçısıdır. Sonuncu da Vaşinqtona Türkiyədə “öz” əməliyyat meydanından hücum keçirməyə imkan verib.

ABŞ Dövlət Departamentinin təmsilçisi Hizer Nauert 2018-in fevralında BMT TŞ-nin toplantısında Astana prosesinin “iflası” haqda bildirərək qeyd edib ki, amerikalılar və bir sıra başqa ölkələr Cenevrə prosesi uğrunda çıxış edir. O, “irəliləyiş üçün bunu ən yaxşı yol” adlandırıb. Çünki, onun fikrincə, “deeskalasiya zonaları üzrə sazişlər pozulur”. ABŞ Suriya kürdlərinin mövqeyini fəal şəkildə möhkəmləndirsə də, Vaşinqton sonra bildirib ki, kürd anklavı Afrində Ankaranın “Zeytun budağı” əməliyyatına kart-blanşı məhz o verib. Türkiyə Suriyanın Mənbic şəhərini özünün, ya birgə nəzarətə götürmək səyləri haqda Vaşinqtona xəbərdarlıq edəndə amerikalılar türklərlə açıq və qapalı görüşlər keçirərək onları “kürd xamutu”yla bu addımdan  saxlamağı bacarıblar. Görünür, Qərb koalisiyasının Suriyaya raket zərbəsini dəstəkləyən Ankara Suriya istiqamətində irəliləyişə nail olmağa bel bağlayırdı. Özü də təkcə Rusiya və İranla münasibətləri qurban verməklə deyil, həm də  kürdlərlə danışıqlar perspektivini bağlamaqla.

Bir çox ekspertlərin dəyərləndirməsinə görə, Türkiyə Vaşinqtonun Suriya kürdləri haqda yürütdüyü siyasəti dəyişəcəyini hesab edərək  Moskva və Tehranla alyansda böhran həddində balanslaşmağa başlayıb. Belə bir şeydən sonra nə qədər fırlatsa da, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan rusiyalı və iranlı həmkarları Vladimir Putinə və Həsən Ruhaniyə nə qədər zəng etsə də, onlaırn əvvəlki siyasi inamını dərhal və sürətlə qaytarmaq və əvvəlki mövqeləri saxlamağa nail olmayacaq. “Astana triumviratı” sanki saxlanır. Lakin Rusiya EA Şərqşünaslıq İnstitutunun elmi rəhbəri Vitali Naumkinin haqlı qiymətinə görə, “ABŞ, Fransa və Böyük Britaniya koalisiyası lap qismən də olsa, rəhbərlərinin qoyduğu vəzifəyə – Rusiya, Türkiyə, İran “üçlüyünün” iştirakçıları arasındakı münasibətlərə çiv çalmağa nail ola bilib”.

Hətta Rusiya XİN başçısı Sergey Lavrovun bildirdiyi kimi, “Qərb koalisiyasının Suriyaya zərbəsi Suriyaarası Cenevrə danışıqlarını pozub, çox şeyi, o cümlədən BMT Baş katibinin tapşırığıyla Suriya üzrə özəl elçi Staffan de Misturanın məşğul olduğu mandatı qəlizləşdirib”. Özü də bu, “Cenevrə dialoqunun təzələnməyə yaxın olduğu” bir vaxtda baş verib. Lavrovun sözlərinə görə, “Qərb ölkələri Suriyada təkcə uydurma kimyəvi obyektləri deyil, Cenevrədəki danışıqları da bombalayıb”. Rusiya müdafiə naziri Sergey Şoyqu da eyni mövqeyi tutur. Bəs Ərdoğan necə? O, NTV telekanalının efirində birdən bildirib ki, sən demə, “Türkiyə üçün təhlükə, birinci növbədə, onun strateji tərəfdaşlarından qaynaqlanır” və göstərir ki, “ABŞ Suriyanın şimalına silah dolu beş min yük avtomobili göndərib”.

Doğrudanmı, Ankaranın bu cür öyündüyü, nəticəsi onun bölgəsəl mövqelərinin hiss olunası dərəcədə zəifləməsi olan “çoxyönlü siyasət”in nəticəsi elə budur? Hər şey bundan sonra da belə getsə, “Hürriyet”in gördüyü kimi, “Türkiyə uydurma müttəfiqlərini və onun dostu və tərəfdaşı olmaq istəyənləri itirərək “məğrur tənhalıq”da qala bilər”.

Tərcümə Strateq.az-ındır.