XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

24 Aprel 2018 - 18:58

“HAARETZ” İSRAİL-AZƏRBAYCAN HƏRBİ ƏMƏKDAŞLIĞININ SİRLƏRİNİ AÇDI –Video

Yaniv Kuboviç

“Haaretz”

 

Azərbaycan sərhədçilərinə həsr olunan və Azərbaycan ordusunun hərbi imkanlarını nümayiş etdirən musiqi klipi İsrail müdafiə sənayesinin inkişaf etmiş silah sistemlərinin istifadəsini əyani göstərir.

Müğənni Nərmin Kərimbəyovanın çəkildiyi 4 dəqiqə 15 saniyəlik videoda, Azərbaycan ordusunun malik olduğu bütün hərbi sistemlərin görüntüləri ilə, Azərbaycan Dövlət Sərhəd Xidməti vəsf edilir. O cümlədən “Aerospace Industries” və “Rafael Advanced Defense Systems” şirkətləri tərəfindən İsraildə istehsal olunan iki əlavə qabaqcıl silah sistemi.

Videoda “IAI Harop” müdafiə sisteminin işə salınması göstərilir. O, quruda və dənizdən istifadə edilə bilər. Üç metrlik və 135 kiloqram ağırlığında olan “Harop” 15 kiloqrama qədər döyüş başlığı aparmaq qabiliyyətinə malikdir.

“Washington Post” xəbər verib ki, 2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan əsgərləri arasında baş verən döyüşlər zamanı separatçı Dağlıq Qarabağ anklavında çəkilən filmdə səmada İsrail dronu görünüb. Bu, Azərbaycan ordusunun ölümcül drondan ilk istifadəsini göstərir və görünüşə əsasən, “Harop” PUA-sına bənzəyir.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Rusiyanın “RIA Novosti” xəbər agentliyinə həmin hadisə ilə bağlı bildirib ki, kadrlarda PUA-nın “erməni könüllüləri” ilə dolu bir avtobus vurmağa çalışdığı görünür və onlardan yeddisi məhv edilib.

Sonralar Ermənistan hökuməti Azərbaycan ordusuna İsrail silahlarının verilməsini qınayıb.

Azərbaycan ordusu həmin videoya cavab olaraq “sövdələşmələrini və ya müştərilərini müzakirə etmədiyini” bildirib. “Rafael”, həmçinin bu prinsipə riayət etməklə yanaşı, müxtəlif ölkələrlə dair silah razılaşmalarına rəsmi şərh verməyib.

Videoda (3:18) Azərbaycan dəniz gəmisindəki “Tayfun” silah sistemindən “Spike” raketləri ilə atəş açılması göstərilir. “Typhoon MLS-NLOS” adlı sistem “Rafael”də inkişaf etdirilib və döyüş gəmisində yerləşdirilir.

Raketlərə zərbə anına qədər nəzarət etmək mümkündür. Əgər operator missiyasını dayandırsa, raket istiqaməti dəyişdirilə bilər. Sistem 1980-ci ildən etibarən İsrail ordusunda istifadə edilən “Spike” elektro-optik raketlərindən ibarətdir.

Son illərdə bir çox yük təyyarələri Azərbaycan-İsrail marşrutu ilə müntəzəm olaraq uçur. “Silk Way” şirkətinin yük təyyarələri Ben-Gurion beynəlxalq hava limanında həftədə üç dəfə eniş edir. Uçuşların izlənilməsi üzrə beynəlxalq saytlara görə, son iki il ərzində Azərbaycan Müdafiə Nazirliyinə məxsus altı təyyarə İsrailin cənubundakı hərbi bazaya enib, bir neçə saat ya yüklənib və ya boşaldılıb.

Azərbaycan və İsrail 20 ildən bəri möhkəm əlaqələrə malikdir. Cənub sərhədi İranla qonşu olan Azərbaycanın coğrafi mövqeyi də bu münasibətlərdə mühüm rol oynayır. İsrailə daxil olan neftin üçdə ikisi, prezident İlham Əliyevin razılığı ilə, Azərbaycandan alınır.

Kütləvi informasiya vasitələri keçmişdə iki ölkə arasında təhlükəsizlik əməkdaşlığına dair məlumatlar açıqlayıb. İsrail Azərbaycana radar sistemləri və dronları satır və xarici mətbuatın xəbərlərinə görə, İsrail Azərbaycan ərazisindən istifadə etməklə, İranda kəşfiyyat məlumatı toplayır.

2016-cı ildə Azərbaycan bəyan edib ki, İsraildən təxminən 5 milyard dollar məbləğində müdafiə avadanlığı alıb. Əliyev bildirib ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq bir neçə ildir davam və inkişaf edir.

“Müdafiə avadanlıqlarının alınmasına dair bu müqavilələrinin ən böyük hissəsi artıq yerinə yetirilib və bu işi hələ də davam edirik, – deyə Əliyev bildirib. – Biz bu əməkdaşlığın səviyyəsindən çox razıyıq”.

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə