XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2018 - 10:07

PUTİN RAMİZ MEHDİYEVİ MÜKAFATLANDIRDI –Patruşev təqdim etdi

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi “Şərəf” ordeni ilə təltif edib.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurasının sədri Yevgeni Anoşin bildirib.

“Nikolay Patruşev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya prezidentinin sərəncamına əsasən, “Şərəf” ordeni təqdim edib”, – Y.Anoşin deyib/Report.