XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2018 - 18:03

ERMƏNİ ANALİTİK RUS MƏTBUATINDA PAŞİNYANIN ƏLEYHİNƏ QALXDI:“Ermənistanı inqilabın ən kədərli nəticələri gözləyir” – TƏHLİL

Andranik Miqranyan

“RİA Novosti”,  27.04.2018

 

Bu gün İrəvanın siyasi mühitində baş verənlər həm Ermənistanda, həm də bütün dünyada demokratiyanın zəfəri, hökumətin və erməni xalqının müdrikliyi kimi qəbul edilir. Qanuni seçilmiş baş nazir meydana toplanmış, peşəkar demaqoq və populistin yönəltdiyi kütlənin basqısı altında istefa verib.

Kütlənin başçısı indi konstitusiya və qanunlardan yan keçib bu kütlənin və meydanın adından təyinatlı kimi baş nazir kreslosuna oturmaq istəyir, bundan sonra indi fəaliyyətdə olan hakim partiyanı ləğv etməyə, parlamenti buraxmağa və icra hakimiyyətinin bütün rıçaqlarına yiyələnib inzibati resursları nəzarətə alaraq  erkən parlament seçkiləri elan etməyə hazırlaşır. Sonra yeni parlament çoxluğu tərəfindən yeni “qanuni baş naziri seçəcilək”.

Bugünlərdə baş nazir seçilə biləcək indiki baş nazir vəzifəsini icra edən Karen Karapetyan meydanın basqısına güzəştə getməyə hazırlaşmır və habelə hesab edir ki, təcili seçkilər təyin etmək lazımdır: mitinqçilərin lideri Nikol Paşinyan həqiqətən xalqın dəstəyindən faydalanırsa, qoy bunu rəqabətli, alternativli seçkilərdə sübut etsin.

Lakin Ermənistanda etiraz hərəkatını yəhərləmiş kütlə liderinin əsil strategiyası artıq indi aydın görünür. O, vətəndaş itaətsizliyi aksiyasından maksimum əldə etməyə, onu inqilaba çevirməyə, icra hakimiyyəti rıçaqlarını ələ keçirərək arxasında küçəyə malik olmaqla öz qələbəsini seçkilərdə möhkəmləndirməyə çalışır.

Ermənistanda siyasi prosesin bu cür inkişaf məntiqi nələr doğura bilər? Milli elit çevrələr başda öz demaqoqu olmaqla küçənin bütün qanunları və konstitusiyanı pozmaqla hakimiyyəti qəsb etməyinə yol verməmək üçün birləşməsə, onda Ermənistanı məxməri adalanan inqilabın ən kədərli nəticələri gözləyir.

Birincisi, onun məxməri olacağı yəqin deyil. Öz liderini dəstəkləyən kütlə ədalət tələb edir, bu isə hakimiyyət və sərvətin yenidən bölünməsini bildirir. Mühasirədə – bir qonşusu Azərbaycanla qaynar müharibədə, başqası – Türkiyə ilə demək olar, yüzillik soyuq müharibədə olan kasıb bir ölkədə həm vəzifəni, həm də mülkü birindən necə alıb o birinə verməyə kütləni razı salmağa özgə üsul yoxdur. Bu, cəmiyyətin bu küçə inqilabına qədər malik olanlara və bundan sonra malik olmaq istəyənlərə ciddi şəkildə bölünməsinə birbaşa yoldur.

İkincisi, bu, hüquq və dövlətçilik ideyasına sarsıdıcı zərbədir. Əgər kütlə bu gün əvvəlcə Serj Sərkisyanın, indi isə Karapetyanın da getməyini tələb edirsə, zəmanət haradadır ki, sabah özünün ötəri qibləgahı, demaqoq Paşinyandan məyus olaraq onun istefasını tələb etməyəcək? (Bu isə belə də olacaq). Çünki sosial ədalət haqda onun təsəvvürlərini qane etməyəcək.

İnqilabi kütlələr təcili nəticələr tələb edir. Ya onlara əvvəlcə bir qədər qarət etmək imkanı verir və özlərinin gerçək və ya xəyali düşmənləri üzərində özbaşınalıq etmək imkanı verilir, sonra isə böyük qandan keçməklə burdağa qovurlar. Ya da dərhal böyük zorakılıqdan istifadə olunur ki, kütlənin oxlokratik ehtirasının tüğyanı dəf olunsun. Hər iki variant Azərbaycan və Türkiyə ilə müharibədə olan Ermənistan dövləti və cəmiyyəti üçün fəlakətlidir.

Üçüncüsü, postsovet məkanında bu oxlokratik ehtirasların artıq tüğyan etdiyi və bu ölkələrin qanunları və konstitusiyasından yan keçərək kütlənin küçələrdə və meydanlarda doğurduğu inqilabi hökumətlər qurduğu bir neçə dövlətin təcrübəsi var. Ən xarakterik nümunələr UkraynaGürcüstandır. Orada da insan ləyaqətinin bərpası üzrə inqilabdan, xalqın tiraniyaya qarşı üsyan haqqından və oliqarxik hakimiyyətin özbaşınalığından danışırdılar.

Müəyyən müddət keçdikcə şahid olduq ki, son həddə çatdırıldığını və itirməli heç nəyi olmadığını düşünən adamlar aydınlaşdırıblar ki, sonsuz dərəcədə alçalmaq və inqilabi sarsıntılara qədərki asayiş və həyat səviyyəsi haqda arzulamaq olar.

Və sonuncusu. Ümid etmək istəyirəm ki, Ermənistan elitası bu oxlokratik eyş-işrəti cilovlamaq və erməni dövlətçiliyini bərpa etmək üçün özündə güc tapacaq, ya da – bu haqda yazmaq mənim üçün nə qədər qüssəli olsa da –  görünür, bizim xalq öz milli dövlətində yaşamağa qabil deyil. Bu bildirəcək ki, xalqın çoxlu yüzliliklər boyunca milli dövlətçiliyi itirməyinə bais heç də düşmənlər deyilmiş. Bu bildirəcək ki, bu zəhmətsevər, istedadlı, ixtiraçı xalq özünü ancaq özgə, qurulmuş dövlətlərin çərçivəsində gerçəkləşdirə bilər. Lakin erməni xalqının erməni torpağında və erməni milli dövləti çərçivəsində inkişaf və tərəqqisi üçün milli dövlətini yarada bilməz.

Və yenidən formalaşmış erməni dövlətinin həm hökuməti, həm də elit çevrələri, həm də sırtıq və yaxud öz xalqını və ölkəsini dağıdıcı sosial sarsıntılar burulğanına sürükləyən tamamilə məsuliyyətsiz demaqoqların manipulyasiya etdiyi küçə kütlələri buna görə eyni dərəcədə məsuliyyət daşıyırlar.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə