XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

28 Aprel 2018 - 17:10

ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNDƏ GƏRGİNLİK YARADACAQ YENİ SİMA:Pompeo Moskva və Tehrana qarşı sərt xətti davam etdirəcəkmi? - TƏHLİL

Sergey Manukov

expert.ru, 28.04.2018

 

Mayk Pompeonun ABŞ xarici siyasət idarəsinin başçısı postuna təsdiq edilməsi planetin ən qaynar nöqtəsində – Yaxın Şərqdə böyük hərbi münaqişənin yaranması ehtimalını yüksəldib.

 

Cümə günü Mayk Pompeonun ABŞ dövlət katibi postunda ilk formal iş günü olacaq. Senat aprelin 26-da cümə axşamı Kanzasdan keçmiş konqresmen və MKİ-nin keçmiş başçısını ABŞ Dövlət Departamenti rəhbəri vəzifəsinə təsdiqləyib. Pompeonun Dövlət Departamentinə formala olaraq birinci gün başçılıq etdiynə baxmayaraq o, Reks Tillersonun azad ediləndэn bəri ayyarım müddətində Kim Çen Inla görüşə bilib və bütün dünyaya xəbər verib ki, təsdiqlənəcəyi halda Rusiya, İran və ABŞ-ın qalan düşmənlərinə münasibətdə sərt siyasət yürüdəcək.

Pompeo hazırda Brüsseldə NATO və AB rəhrəliyi ilə görüşür. O, Amerikanın baş diplomatı vəzifəsində ilk işgüzar səfərin gedişində habelə Ər-Riyad, Qüds və Əmmana baş çəkəcək. Əlbəttə, yeni dövlət katibinin marşrutu təsadüf deyil. Donald Trampın “İlk yerdə Amerika” siyasətini yürütmək haqda səs-küylü bəyanatına baxmayaraq, hər iki bölgə – Köhnə Dünya və Yaxın Şərq əvvəlkitək Amerikanın xarici siyasətində prioritetlər siyahısındadır.

Donald Tramp Mayk Pompeonu həm siyasi, həm də şəxsi səbəblərdən xarici siyasət idarəsi başçısı təyin edib. Prezidentin təkəbbür və inadcıllığına görə Reks Tillersondan acığı gəlirdi. Yəqin ki, Pompeo şefin hər sözünü göydə tutacaq və o, ağzını açmamış hər istəyini yerinə yetirəcək. Təəccüblü deyil ki, Trampın sözlərinə görə, onların əla münasibəti formalaşıb.

Dövlət Departamentinin Yaxın Şərq üzrə keçmiş analitiki, indi isə Boston universitetinin politologiya müəllimi Qreqori Aftandilyan əmindir ki, planetimizin  ən təhlükəli bölgəsində hadisələrin təhükləi silsiləsini törətmək Maykj Pompeonun tam gücü daxilindədir.

Pompeonun dövlət katibi postuna təyin edilməsi Vaşinqtonda az adamı təəccübləndirib, çünki o, Donald Trampın xarici siyasət mövqeyini tam dəstəkləyir və bunun Yaxın Şərqdə, Koreya yarımadasında və başqa qaynar nöqtələrdə ideal bələdçisidir. Pompeo və Trampın İran və onun nüvə proqramı haqda saziş üzrə mövqeləri xüsusən yaxındır. Tramp özünün 2016-cı il seçkiqabağı kampaniyasının ilk günündən bu sazişi çox sərt tənqid edib, indi isə mayda onu əsaslı şəkildə elə tamamlamaq istəyir ki, iranlıların bilərəkdən qəbul etməyəcəyi tamamilə yeni müqaviləyə çevrilsin.

2015-ci ildə Təmsilçilər Palatasında iclas edən Mayk Pompeo bu saziş bağlananda onun ratifikasiyası əleyhinə səs verib və bu məsələ üzrə o vaxtdan mövqeyini dəyişməyib.

“Qırğılar”ın baxış nöqtəsi Vaşinqtonda tam üstün gəlsə və ABŞ sazişdən faktiki çıxsa – görünür, hər şey isə buna doğru gedir  – onda, İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin keçən həftə bəyan etdiyi kimi, Tehran uranın zəngilnəlşdirilməsi proqramını təzələyəcək və yeni qüvvəylə nüvə silahının yaradılmasına gedəcək. Özü də işin tempini kəskin şəkildə artıracaq. Bunun hansı nəticələri olacağını bu başdan söyləmək çətin deyil. İsrail rəhbərliyi bu halda hesab edəcək ki, İran ərazisində nüvə obyektlərinə raket-bomba zərbələri endirmək üçün əl-qolu açılır. Əlbəttə, bu hədə yeni deyil və İİR-in nüvə proqramı üzrə saziş imzalanana qədər var idi. Lakin indi durumda bir əsaslı fərq var: Təl-Əviv İranın bölgədəki əsas düşməni Səudiyyə Ərəbistanının və istisna deyil ki, əhalisi əsasən sünni olan başqa ərəb dövlətlərinin sükutlu razılığıyla hərəkət edəcək.

Əlbəttə, Tehran əlini yanına qoyub oturmayacaq. Özü də çətin ki cavab raket zərbələriylə kifayətlənəcək. Yəqin ki, iranlılar öz müttəfiqlərini – “Hizbullah” və Fələstin İslam Cihadını İsrailə raket zərbələri endirməyə inandırmaq üçün bütün səylərini qoyacaqlar.

Bu, durumun sərtcəsinə kəskinləşməsinə, sadə şəkildə deyilsə, bütün Yaxın Şərqdə savaşa səbəb olacaq. Əlbəttə, İranın qarşıdurma cəbhələrindən biri kimi bir tərəfdən Suriya və o biri tərəfdən Səudiyyə Ərəbistanı, İsrail və ABŞ-ın başçılığıyla kollektiv Qərb Tehran, Ər-Riyad və Təl-Əviv arasında münasibətlərin aydınlaşdırılmasında əsas meydanlardan biri olacaq. Təbii ki, Rusiya bir qıraqda qala bilməz və Dəməşq tərəfdən və deməli, Bəşər Əsədin müttəfiqi olan Tehran tərəfdən yeni münaqişəyə qarışmağa məcbur olacaq.

Ehtimal ki, Mayk Pompeo Tehrandansa Moskvaya daha pis yanaşır. Onun son dövlər çoxsaylı bəyanatları bundan xəbər verir.

“Rusiya Ukraynaya soxulmaqla öz mövqelərini təcavüzlə bərpa edir, – məsələn, o, keçən ilin əvvəlində Senatın kəşfiyyat üzrə komtəsində dinləmələrdə bildirib. – O, Avropanı təhdid edir və İŞİD-in darmadağın edilməsinə yardım üçün, demək olar, heç nə etmir”.

“Əlbəttə, biz ruslarla əməkdaşlıq edə biləcəyimiz sahələri tapmağa cəhd edirik, – Pompeo 2017-nin yayında Aspendə təhlükəsizlik məsələləri üzrə konfransda vurğulayıb. – Amma Suriyada maraqlarımız müxtəlifdir… Onlar Suriyada möhkəmləniblər, Krımı geri alıb və Ukraynanın cənubi-şərqində dayaq məntəqəsi əldə ediblər. Amerika Rusiyaya ekspansiyanı davam etdirməyə yol verməməlidir”.

“Putin əsası olmayan çox şey danışır, – Pomeo dövlət katibi təyin olunmamışdan bir az qabaq bu ilin martında Rusiya prezidentinin Federal Məclisə ismarıcını şərh edib. – Onun çıxışında yeni və bizim kəşfiyyat xidmətləri üçün təəccüblü heç nə yox idi… Amerikalılar əmin ola bilərlər ki, biz silahlanma sahəsində Rusiya proqramının məğzini çox gözəl anlayırıq və onları təhlükədən necə müdafiə etməyi bilirik”.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə