XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

03 May 2018 - 17:57

ERMƏNİ POLİTOLOQ:"Azərbaycanın hücum etmə təhlükəsi artıb" - MÜSAHİBƏ

“1in.am”, Ermənistan, 03 may 2018-ci il

 

“1in.am”ın müsahibi Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Kirakosyandır.

 

– Cənab Kirakosyan, əgər Baş nazir Nikol Paşinyan olacaqsa, Ermənistanın Qarabağ məsələsi üzrə diplomatik strategiyasında nə dəyişəcək?

– Mən deyərdim ki, o, artıq dəyişib. Bu siyasi böhranın xarakterini nəzərə alsaq, növbəti Baş nazirin kim olacağından asılı olmayaraq, diplomatik strategiya artıq dəyişib. Başqa sözlə, siyasi vəziyyətə görə, növbəti hökumətə Qarabağ məsələsində güzəştə getmək daha çətin olacaq, bu da sülh prosesini daha problemli edir.

– Əgər Ermənistanda siyasi böhran uzun müddət davam edərsə, siz düşünürsünüzmü ki, Azərbaycan tərəfdə bu vəziyyətdən istifadə etmək həvəsi yarana bilər, yoxsa bu, Azərbaycan üçün çox risklidir?

– Yox, ona görə ki, Azərbaycanın hücum etmə təhlükəsi indi azalmır, artır. Hər şeydən öncə, bu, hərbi hesab baxımından təbiidir. Düşmən ölkənin qeyri-sabitliyi və zəifliyi şəraitində, təbii ki, Azərbaycanın həvəsi artır. İkincisi, 2016-cı ilin aprelindən, Azərbaycanın hərbi uğurlara nail olmasından çox vaxt keçib və indi ona daha bir hərbi uğur lazımdır, belə ki, ölkədə böyük gözləntilər var və insanların diqqətini daxili problemlərdən yayındırmaq üçün bu, rahat yoldur. Ona görə də hərbi təhdid artıb.

– Deməli, Ermənistanın mövcud hakimiyyəti bu şəraiti başa düşməlidi ki, daxili siyasi böhranı mümkün qədər tez həll etmək lazımdır.

– Həm bəli, həm də xeyr. Bir tərəfdən, xoşbəxtlikdən, hamı anlayır ki, Ermənistanın hərbi müdafiəsi öncəlikli məsələdir. Digər tərəfdən, demokratiyanın dərinləşməsi, hökumətdə islahat və dəyişikliklər Ermənistanın milli təhlükəsizliyini və Dağlıq Qarabağın müdafiəsini ancaq gücləndirər.

Siyasi mənada isə daha böyük problem var, böhran prosesində çağırışların bir hissəsi ondan ibarətdir ki, Karen Karapetyanı və Respublika Partiyasını uzaqlaşdıqmaq onları əvəz etməkdən asandır, çünki müxalifətin elə çox insan ehtiyatı yoxdur. Müxalifətdə müvafiq sahələrdə işləməyə başlamağa hazır, ixtisaslı və qabil olan insanlar çox azdır.

– Baş verən hadisələr, “məxməri inqilab” Ermənistanın beynəlxalq nüfuzunu artıracaq?

– Onlar artıq artırıb, özü də yalnız beynəlxalq səviyyədə deyil, postsovet məkanında da. Həmin dövrdə hökumət dəyişikliyi baş verən Qırğızıstanda da Ermənistana baxırdılar. Hətta Moskvada Rusiya hökuməti və müxalifəti Ermənistanda baş verən hadisələrdən – dinc vətəndaş itaətsizliyinin unikal qələbəsindən və siyasi dəyişikliklərdən ilhamlanıb. Lakin bu hadisələr eyni zamanda avtoritar ölkələrin liderlərində qayğılar  yaradır. Bax, Türkiyə prezidenti Ərdoğan ona görə dərin narahatdır ki, bu, nə deməkdir və ya bu hadisələr önların ölkəsində dəyişiklikləri necə həvəsləndirə bilər.

– Ermənistan bu siyasi kapitalı diplomatiyada və beynəlxalq münasibətlərdə necə istifadə edə bilər?

– Hər şeydən öncə, bu, göstərir ki, Ermənistaanın strateji əhəmiyyəti artır. Anoloji olaraq, ötən ilin noyabrında Avropa Birliyilə imzalanan müqavilə göstərdi ki, Ermənistan çox mühüm ölkədir və lazımınca qiymətləndirilməyib. Başqa sözlə, daxili dəyişikliklərə baxmayaraq, Ermənistan daha vacib strateji oyunçu olur.

– Arsax Respublikasının (mətndə bu cürdür, söhbət separatçı “DQR”dən gedir – tərc.) prezidenti Bako Saakyan Yerevanda hakimiyyət və müxalifət nümayəndələrilə, Ermənistanın sabiq prezidentlərilə görüşdü. Siz bu görüşlər haqqında nə deyə bilərsiniz?

– Bako Saakyan Yerevana erməni genosidinin (mətndə belə gedir – tərc.) ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün gəlmişdi, ancaq o, o qədər ağıllı oldu ki, bundan istifadə edə və rəsmi şəxslərlə bir sıra görüşlər keçirə bildi. Bu, iki amillə şərtlənir. Birincisi, 2016-cı ilin aprelindən bugünə kimi Ermənistan və Dağlıq Qarabağ strateji planda bir-birindən elə də uzaq olmayıb. İkincisi, bu, prezident Saakyan, xarici işlər nazirləri Masis Mailyan və Aşot Qulyan baxımından, Dağlıq Qarabağ məsələsilə bağlı strategiya və siyasətdə, danışıqlar prosesində diplomatiya da daxil olmaqla, öz üzərlərinə daha çox təşəbbüs götürmək üçün yaxşı imkan imkan idi və Ermənistanı gözləmələri üçün heç bir ehtiyac yoxdur.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə