XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2018 - 18:29

GÖMRÜYÜN YENİ RƏİSİ KADR İSLAHATLARINA BAŞLADI –İki generalı sərəncama göndərdi, idarələrində araşdırma başlatdı

Dövlət Gömrük Komitəsində general-mayor rütbəsi daşıyan iki mühüm idarə rəisi sərəncama göndərilib.
Strateq.az Unikal.org-a istinadla xəbər verir ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev və Gömrük Hospitalının, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Qədiməliyev Fikrət Gülverdi oğlu tutduğu vəzifəsindən azad edilərək, sərəncama göndəriliblər.
Sadiq Abduyev olaraq unikal.org-a açıqlamasında bildirib ki, hazırda rəhbəri olduğu qurumda və Gömrük Hospitalında hüquqi araşdırma aparılır: “Hər hansı müdaxilə olmaması üçün mən və Fikrət Qədiməliyev sərəncama göndərilmişik. Yəqin ki, işimizlə bağlı aparılan araşdırmadan sonra qərar veriləcək”.

Qeyd edək ki, ötən gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mətbuata verdiyi açıqlamada gömrük orqanlarında ciddi islahatların aparılacağını qeyd etmişdi. Verilən son əmrlər də hazırda həmin islahatların tərkib hissəsi kimi qiymətləndirilməkdədir.