XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

04 May 2018 - 15:10

İRANIN VURULMASI NEFT QİYMƏTLƏRİNİ YÜKSƏLDƏCƏK:“1 barrel neft 250-300 dollar ola bilər” – TƏHLİL

Ömər Özkaya

“Güneş” (Türkiyə), 03.05.2018

 

Beynəlxalq münasibətlər üzrə ekspertlər iki Koreya dövləti arasında təzəcə başlanan münasibətləri necə şərh etmək gərəkdiyi haqda məsələyə təmkinlə yanaşmağa üstünlük verirlər. Bununla yanaşı İran-ABŞ gərginliyi artır. Mərakeş İranla münasibətləri kəsib. İrana basqı getdikcə daha da sərtləşir.

Bu mənzərəyə hələ çox beynəlxalq hadisələr əlavə olunacaq. Və bunların hamısı elə, ya belə ABŞ-la Çin arasındakı ticarət savaşından asılı olacaq.

İslam Asiyasındakı hadisələrin əks olunacağı strateji əmtəə, birinci növbədə, neft olacaq. Heç şübhəsiz, konvensial savaşlardakı kimi ticarət müharibələrində də ticarətə təsir edən bütün imkanlar, mallar və istənilən detallar işə düşəcək. Bu zaman neft kimi əmtəə kürəsəl təsirin ən yüksək əmsalına malik olacaq.

Beynəlxalq iqtisadi, maliyyə və əməliyyat məsələlərindən söz düşəndə neft izlənilməsi gərəkən göstərici olacaq. Qarşıdakı dövrdə İranla bağlı hadisələr neftlə əlaqəli və ondan törəyən bütün sektorlara ən radikal qaydada təsir edəcək.

İranla nüvə sazişindən imtina üçün bəhanə tapmaq ABŞ-a çətin deyil. Bununla belə, düşünmək lazım deyil ki, İran bu olaylardan son dərəcə rahatsızdır. İran indiki hadisələrin gedişində islam dünyasında öz təsir zonasını genişləndirmək üçün məharətlə strategiya hazırlayır.

Hər şeyə əsasən, İranla bağlı hər bir gərginliyin Uzaq Şərqə və Latın Amerikasının bəzi ölkələrinə də təsiri olacaq. Lakin qeyd etmək lazımdır ki, bu gərginlik, hər şeydən öncə, OPEK-in islam Asiyasındakı aparıcı ölkələrinə toxunacaq.

İranın sərəncamında olan nüvə texnologiyaları Səddam dövründə İraqdakı hadisələrdə yaşanan proseslər kimi Qərb üçün heç nə deməkdir və bu, beynəlxalq və bölgə oyunçularının hamısına yaxşı məlumdur. Amma burada İranla birgə təsirə və ya rekonstruksiyaya məruz qalası ölkələrin sayı heyrət doğurur. Açıq xatırlanmayan, habelə təsirə məruz qalacaq bu ölkələrə əsasən, beynəlxalq münasibətlərin yeni rejiminin yaradıldığı bir vaxtda əsas hədəf kimi İranın seçilməsi o qədər də qeyri-rasional görünmür.

İslam Asiyasında istənilən əməliyyatın bölgə dövlətlərinin rejimini, islam cəmiyyətlərində əhvali-ruhiyyə və yozumları tanınmaz dərəcədə dəyişməsi faktı çoxdan araşdırma mövzusudur. Deməli, Olivye Ruanın “Siyasi islamın süqutu” və Jil Kepelin dərin araşdırmaları müəyyən mənada islam Asiyasında bu cür əməliyyatların sınaq şarı funksiyasını icra edir.

Bernard Lyuis kimi alimlərin ideyaları buna əlavə edilsə və Şərqin standartları nəzərə alınsa, onda gerçəkliyi etiraf etmək lazım gəlir: Qərb islam Asiyasında öz vəzifələrinin öhdəsindən çox yaxşı gəlir.

İranın dedikcə qaba obrazının yaradıldığı bir dövrdə ehtimal etmək olar ki, neft qiymətləri ən yaxın vaxtlarda bir barrelə 250-300 dollar nişanəsinə qədər qalxa bilər. Neftin bir barrelinə 70 dollardan yuxarı indiki qiymətlər çərçivəsində, habelə onun töhfə verdiyi sektorlarda inteqrativ hesablama aparılsa, aydın olar: kürəsəl ticarət savaşının yekunlarının təyinetmədə qiymətin bir dollar yüksəlməsinə töhfəsi və arzulanan məqsədlərin gerçəkləşməsi inanlımaz dərəcədə yüksəkdir və hesablama çərçivəsindən xeyli kənara çıxır.

Bu qayda ilə iki Koreyanın uyğunluq axtarışları İran ətrafında dönüşən gərginliyə paralel şəkildə və Ermənistandakı siyasi mübarizə neft əsasında gedəcək kürəsəl ticarət müharibələrinin məlumatlarının tənqidi önəmli dəstindəki bütün detalları aşkarlayır.

Tərcümə Strateq.az-ındır. 




Yuxarı Əvvələ Ana Səhifə