XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

07 May 2018 - 16:12

ERMƏNİLƏR PUTİNİ “VURMAĞA” BAŞLAYIBLAR:"Məxməri inqilab Putinin yuxusunu ərşə çəkib" - TƏHLİL

Sarqis Arçuruni

“1in.am”, Ermənistan, 06 may 2018-ci il

 

Məxməri inqilabın sivilizasiya trayektoriyasını, əhəmiyyətini tam dərk etmək, anlamaq  üçün hələ zaman lazımdır. Bununla belə, bu, təsirləri Ermənistan hüdudlarından kənara yayılan tarixi, qlobal hadisədir. Uzun illər ərzində biz hesab etdik ki, Rusiyanın demokratikləşməsi Ermənistanın xilası üçün şans ola bilər. Lakin hadisələr əks məntiq üzrə inkişaf etməyə başladı: erməni məxməri inqilabı dəyişikliklər üzrə dünya brendi oldu və dünən Rusiyanın küçələrinə çixan minlərlə vətəndaş “Biz Ermənistanda olduğu kimi istəyirik!” deyərək, səsləndi.

Hadisələr ötən əsrin səksəninci illərinin ssenarisi üzrə inkişaf edir – o zaman Qarabağ hərəkatı özünün güclü siyasi və sivilizasiya potensialı ilə sovet imperiyasını dağıtmşdı.

Dünən Navalnının tərəfdarları Vladimir Putinin inaqurasiyası əleyhinə, “O, bizim çarımız deyil!” şüarı ilə, bütün Rusiya üzrə etiraz aksiyaları keçirdilər. Çox şəhərdə, o cümlədən Moskva və Sankt-Peterburqda şəhər hakimiyyəti bu aksiyaların keçirilməsinə izn vermədi. Putinin inaqurasiyası 7 maya təyin olunub və dünənki kütləvi etirazlar Rusiya liderinin yüksək reytinqi haqqındakı əfsanələri, ən azı, şübhə altına alır, xüsusən də bizə “faizlərin döyülməsi” texnologiyası əla tanışdır.

Biz təsbit edə bildik ki, Ermənistanda baş verməkdə olan məxməri inqilab Putinin siyasi modelinə dərin, institusional zərbə vurdu, güclü ümumxalq hərəkatının zərbəsi nəticəsində onun erməni analoqu geri çəkildi. İnsanları erməni inqilabının dərin əhəmiyyətini dərk edən Rusiyanın küçələrində dünən Putinizmin çöküşü göründü. Bütün bir imperiyanın demokratik hərəkatı, sivilizasiya anlamında, siyasi mənada, faktiki quberniyanın nümunəsini rəhbər götürür.

Navalnının hərəkatı öz forma və məzmununa görə erməni inqilabına bənzəyir. Hər iki hərəkat, böyük ölçüdə gəncləri, hətta məktəbliləri cəlb etməklə, şəbəkə strukturlarına əsaslanır. Navalnının “O, bizim çarımız deyil!” şüarı “Addım at, Serji rədd et!” şüarına oxşayır.

Təbii, bu deyilənlər Ermənistanda Paşinyan Navalnı hərəkatları arasında aparılan, onların arxasında qərbin eyni bir “sui-qəsd” mərkəzinin durduğunu iddia edən primitiv paralellərə haqq qazandırmır. Əgər hərəkatlar hətta ümumi kökə malikdirlərsə də belə, bu, geopolitik gizli məna deyil, putinizmin çöküşüdür.

Əlbəttə, Rusiyanın korrupsiyalaşmış, çekist sistemi siyasi və ideoloji mənada daha çox “həyatqabiliyyətlidir” və dəqiq olaraq, bir neçə “5 maya” qarşı dura bilər. Dünən Rusiyanın müxtəlif şəhərlərində onlarla nümayişçi, o cümlədən Navalnı saxlanıldı və heç bir şübhə yoxdur ki, bu gün biz rus inqilabının qələbəsinin deyil, yalnız Kremlin repressiv arsenalının şahidi olacağıq.

Digər tərəfdən, Putin gözəl anlayır ki, o, son prezident seçkilərində öz “susdurucu” qələbəsilə qəti addım atdı – son həddi keçdi və öz imperiyasının, siyasi sisteminin ölümünü yaxınlaşdırdı. Və dünən Rusiyanın küçələrində biz məhz bunun ilk əlamətlərini gördük.

Diqqətəlayiqdir ki, bu ərəfədə Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev telefon danışığı zamanı Ermənistandakı daxili siyasi vəziyyəti müzakirə ediblər. Təbii, hər iki avtoritar lideri Ermənistanın taleyi deyil, erməni inqilabının təsirlərinin xəbərdarlıq imperativi maraqlandırır. Putin 18, Nazarbayev isə 29 ildir ki, ölkəni idarə edir və onlar çox yaxşı başa düşürlər ki, məxməri inqilabın əsasında məhz cəmiyyətin hakimiyyətin dəyişməzliyinə, kriminal oliqarxiyaya dözümsüzlüyü durur. Əgər Ermənistan cəmiyyəti Serj Sarkisyanın onillik “durğunluğuna” dözmədisə, heç bir təminat yoxdur ki, inqilabi və saray çevrilişlərində böyük təcrübəsi olan Rusiya Putinin qanunsuzluqlarına dözəcək. Müasir, qloballaşan dünyada hətta avtoritar rejimə daha asanlıqla uyğunlaşan Mərkəzi Asiya ölkələrinin cəmiyyətlərində də inqilabi potensial mövcuddur.

Ermənistandakı məxməri inqilab Putinin yuxusunu ərşə çəkib, xüsusən də ona görə ki, o, Kremlin divarları arxasında “Sən bizim çarımız deyilsən!”“Biz Ermənistanda olduğu kimi istəyirik!” şüarlarının necə səsləndirildiyini eşidir.

Tərcümə Strateq.az-ındır