XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2018 - 11:39

“Ermənistanda “məxməri inqilab”la xuliqanı deviriblər” –İrəvanda yaşayan amerikalı müəllimin qeydləri

Arto Vaun

“Əl-Cəzirə”

 

Postsovet ölkələri – intensiv paradokslar, yumor, mikrotəcavüz və gözəlliklə dolu kobud və səs-küylü yerlərdir. Hər bir dövlətin öz mədəni və sosial-iqtisadi komponentləri və mübarizə tarixi var. Onların hamısı Sovet İttifaqı kabusu ilə müxtəlif yollarla mübarizə aparıb, amma hamısının razılaşdığı ümumi şey budur: “Kapitalizm yaxşıdır, sosializm pis”.

Sovet İttifaqının dağılması zamanı atılan ilk addımlardan biri Lenin və Marksın bütün heykəllərinin sökülməsi oldu. O, 20-ci əsrin 70 ilində avtoritar sistemin çox sayda insan həyatına verilən əzab-əziyyətin aradan qaldırılmasına kömək edən kollektiv ah alma idi.

Problem – bu heykəllərin təmsil etdiyi əsarətin yeniləri – 1970-ci illərdə neoliberal ideyalarla Qərbi hiperkapitalizmə sürükləyən oliqarxlarla əvəzlənməsiydi.

1991-ci ildə müstəqillik qazandıqdan sonra Ermənistan da bu durumla üzləşmişdi. Ancaq bir neçə həftə əvvəl fərqli bir Ermənistan gördüm, sanki o, 27 illik komadan çıxmışdı.

Bu oyanışın eyforiyası və güclənməsi İrəvandan ən uzaq kəndlərə qədər gedib çıxmışdı və duyulan idi.

Ermənistana 2014-cü ildə gəlmişəm, Ermənistanın Amerika Universitetində müəllim vəzifəsini tutmaq üçün. İlk gündən etibarən İrəvanda əsəbi və özünəməxsus mantra təkrarlandığına şahid olmuşam: “Bu, yeni müstəqil bir ölkədir, problemləri həll etmək üçün vaxt lazımdır, buna görə də özümüzə tənqidi yanaşmalıyıq”.

Bu, mənə təkəbbürlü və absurd kimi görünürdü, rahatlıq və imtiyaz mövqeyindən mantranı anlamaq asan deyildi.

Çoxumuz WiFi-sız 30 dəqiqədən çox keçinə bilmərik, amma az gəlirli insanlar inkişafı illərlə gözləməlidirlərmi?

Qərb neoliberalizminin içi boş ritorikası: “Çox mənfi yüklənməyin, biz içəridən yavaş-yavaş dəyişiklik etməliyik, yaxşı idarəçilərə ehtiyacımız var, erməni oliqarxları isə sonradan ABŞ-ın Rokfelleri və Karnegisi kimi olacaqlar”.

Cəfəngiyat!

Yaxın vaxtlarda, aprelin ortalarından başlayaraq yüz minlərlə erməninin sübut etdiyi kimi, vətəndaş itaətsizliyi və dinc tətillər Ermənistanın bir hissəsitək görünən, DNT-yə bənzər, on illliklərlə davam edən, ədalət vəziyyətində olan bir rejimi devirdi.

İrəvan, Gümrü və Vanadzordakı küçələrdə son bir neçə həftədə eyni səslə danışan, birlikdə küçələri bağlayan tibb bacıları, kəndlilər və lisey şagirdlərini gördüm. Paytaxtın əsas yollarını bloklamaq üçün İT işçiləri və yük maşını sürücüləri ilə birgə əlləşib-vuruşan öz universitet tələbələrimi də.

Mən təhsil islahatları, seçkilərdə şəffaflıq və daha yaxşı əməkhaqqı tələb edən qadınların çıxışlarını eşitdim. Sosial mənşələrindən asılı olmayaraq, etirazçılara su və qəlyanaltı paylayan on minlərlə adam gördüm. Bu, ədalətli seçkilər, sosial-iqtisadi ədalət və oliqarxik nəzarəti sona yetməsini birmənalı, aydın tələb edən dinc bir hərəkət idi.

Müxalifət lideri Nikol Paşinyan vurğulayıb ki, bu hərəkat yalnız daxili, erməni məsələsidir. “Məxməri inqilab”da milli qürurun güclü bir elementi olsa da, bu, demokratik sosializm prinsiplərinə uyğun master-klass ola bilər: daha sağlam müəssisələr, az korrupsiya, ədalətli ödəmə, daha çox tənzimləmə, daha yaxşı təhsil, vəzifə yüksəlişində bərabər imkanlar…

Yolun qarşısını kəsən nənə də (mən redaktorlara fotoşəkillər göndərə bilim deyə) lüks ticarət mərkəzinin WiFi-nı sındıran 15 yaşlı uşaqlar kimi erməni olsa da, (əksər ermənilər və diaspor üzvlərinin inanmaq istədiyi kimi) bu hərəkatda insanları bir yerdə tutan yeganə yapışqan deyil.

Əsas yapışdırıcı element budur: vətəndaşlar, nəhayət, anladı ki, cəmi üç milyon insanın (bir çoxları yoxsulluq həddinin altındadır) yaşayan ölkədə gerçək dəyişiklik yaratmaq çətin, amma mümkündür. Onlar başa düşdü ki, 10 gün ərzində dinc tətillər və yolların kəsilməsi siyasətçilərə və oliqarxlara şiddət tətbiq etmək və ya xalqın iradəsi ilə razılaşmaq arasında seçim imkanı verir.

Bu hərəkatın ən təəccüblü hissəsi etirazçıların əsəbilik, tərəddüd mühiti və “məntiq”i necə dağıtması idi.

Paşinyan təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduğu gün redaktor və fotojurnalist olan arvadım ofisə gəldi. Gülümsəyə-gülümsəyə cins şalvarını aşağı endirdi və mənə qürurla qaz bombasından aldığı yaraları göstərdi. Narahat olduğumu görüb, o, sadəcə gülümsədi: “Mən tamamilə yaxşıyam, bu dəfə xalq qalib gələcək”.

Demə, o, haqlı imiş.

İnsanlar qalib gəldilər. Onlar dinc müqavimət, birlik və qürurla bir xuliqanı, zəhlətökən zehniyyəti məğlub etdilər.

Demokratiya – Ermənistan konstitusiyasında qeyd edildiyi kimi, – bərpa olunur. Daha ədalətli çərçivədə dəyişiklik bərabər şəkildə inkişaf etdirilə bilər. Bu dəfə insanlar hansı “çiçəklər”in yetişəcəyinə diqqət yetirəcəklər, çünki bu dəfə yeni Ermənistanın toxumlarını öz əlləri ilə əkiblər.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə