XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

08 May 2018 - 15:54

ƏRDOĞANA MEYDAN OXUYAN “TEMEL REİS”…-AKP iqtidarını "7 Y hökuməti" adlandıran 88 yaşlı prezidentliyə namizəd - TƏHLİL

Sibel Hürtaş

“Əl-Monitor”

 

Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində Rəcəb Tayyip Ərdoğan 1990-cı illərin sonu və 2000-ci ilin əvvəllərində onu siyasi meydana gətirən qüvvələrlə bağlı problemlə üzləşib. Bu ölkədə siyasi İslamın təcəllisi sayılan “Milli Görüş” Ərdoğana qarşı çıxmaq üçün Səadət Partiyasının lideri Temel Karamollaoğlunun namizədliyini irəli sürüb. Karamollaoğlu artıq böyük müxalifət partiyaları ilə ittifaq qurub.

Səadət Partiyası 2015-ci ildə keçirilmiş son seçkilərdə səslərin 1%-dən də azını alıb və populyarlığının artmasına baxmayaraq, parlamentə daxil olmaq üçün lazım olan 10%-lik səddi keçə bilməsi hələ də sual altındadır. Amma kəskin yarışda Səadət Partiyası Ərdoğan hakimiyyətindən məyus olmuş dindar türklərin və kürdlərin səslərini qazanmağa can atan mühüm oyunçu halına gəlib.

Müxalifətin Ərdoğan əleyhinə birləşmək səylərində Karamollaoğlu iqtidarın (Ərdoğanın təkbaşına rəhbərliyi, cəmiyyətin qütbləşməsi, iqtisadiyyatı pisləşməsi, korrupsiya və nepotizmdə günahlandırılan) tənqidçiləri xoruna islamçıların səsini əlavə edib. Ağıllı və təbiətcə həlim adan olan səksən səkkiz yaşlı Karamollaoğlu öz tənqidində açıq və kəskindir, buna görə də, hətta qatı dünyəviçilər arasında siyasi İslama rəğbət oyadır.

Amma onunla həmrəylik ruhu mübahisəlidir. Bir çox sekulyaristlər üçün Karamollaoğlunun adı 2 iyul 1993-cü il tarixində Sivasda, tanınmış solçu şəxslərin qatıldığı ələvi mədəniyyət festivalında 33 ziyalının qətli ilə bağlıdır. Həmin hadisə zamanı islamçı bir dəstə gərginlik sırasında oteldə yanğın törədib, xeyli sayda insan həlak olub. Cümə namazından sonra toplanan kütlənin “Sivas dünyəviçilərin məzarı olacaq” çağırışı ilə otelin yandırılmasından əvvəl festivalın rəmzi olan heykəl də aşırılıb.

Şəhərin ozamankı bələdiyyə başçısı Karamollaoğlunun faciənin qarşısını almaq üçün kifayət qədər səy göstərməyi indi deyilir. Bəziləri kütləni sakitləşdirmək əvəzinə, onun daha da kükrətdiyini iddia edirlər.

Karamollaoğlu ittihamları rədd edir, təhlükəsizlik qüvvələrinin üzərinə heç bir səlahiyyəti olmadığını və onların kütləni dayandırmamasını fərziyyəsini irəli sürür.

Oteldə baş verən qarışıqlıqdan xilas olan aləvi yazıçısı Mürtəza Demir tənqidçilərin Karamollaoğlunun ogünkü rolunu səhv qiymətləndirə biləcəyinə inanır.

“Karamollaoğlu avtobusun üstündə durduğunu xatırlayıram, – Demir “Əl-Monitor”a bildirib. – O kütlənin öz məqsədlərinə çatdığını və indi dağılmalı olduğunu söyləyirdi. Bu zaman heykəlin sökülməsinə istinad edirdi. Yəqin ki, o da heykələ qarşı idi və abidənin sökülməsi istəklərinə uyğun gəlirdi. Ancaq ədalətli olmaq lazımdır. Bunu insanları yanğın törətmək üçün… çağırış kimi qiymətləndirmək olmaz. Karamollaoğlunun daxili dünyasını təhlil edə bilmərəm, əlbəttə, amma etirazçılara şərik olması heykəlin uçurulması ilə sona çatdı”.

Bu hadisədən 25 il sonra Karamollaoğlu yenidən diqqət mərkəzindədir, lakin çox fərqli halda. Havaya qalxan yumruqla Ərdoğana xitabən: “Saraylar və sultanatlar bir gün çökəcək”, – deyir.

Karamollaoğlu müxalifəti birləşdirmək üçün göstərilən səylərin əsas təşviqçisidir. Prezidentlik yarışında ortaq müxalifət namizədi ortaya qoyma fikrinin arxasında da o dururdu. Tərəflər vahid namizəd irəli sürməklə razılaşa bilməyiblər, amma parlament seçkiləri üçün ittifaqa qurmağı bacarıblar.

Mayın 1-də Karamollaoğlu prezidentliyə namizədliyini irəli sürüb. İslamçı dünyagörüşün canlı xatirəsini dəstəkləyənlər arasında “Milli Görüş”ün həmtəsisçiləri Recai Kutan və Oğuzhan Asilturk da var.

1990-cı illərdə belə bir görüşdə sonralar İstanbulun meri olmuş Ərdoğanı görmək mümkün idi. Ərdoğan “Milli Görüş” köynəyini əynindən çıxardığını iddia etdi və 2002-ci ilin noyabrında Abdullah Güllə birlikdə Ədalət və İnkişaf Partiyasının (AKP) tərkibində hakimiyyətə gəldi.

On altı il sonra “köhnə qvardiya” Ərdoğana meydan oxuyur.

Karamollaoğlu və Ərdoğanın siyasi İslamda paylaşılan ümumi kökləri nəzərə alınanda, onların vədləri necə fərqlənir?

Ərdoğanın sərt milliyyətçi ifadələri ilə müqayisədə, Karamollaoğlu çıxışlarında kürdləri də əhatə edən mesajlar yayır. Üstəlik, 2016-cı ilin iyul ayında baş verən hərbi çevriliş təşəbbüsündən sonra fövqəladə vəziyyətin aradan qaldırılmasına, on minlərlə insanı işinə qaytarmağa söz verib. O, çıxışlarında ictimai sülhü vurğulayır və Türkiyənin iqtisadi çətinliklərini həll edəcəyinə and içir. Bununla bərabər, korrupsiyanı möhürləmək vədi ən böyük alqış toplayır.

Karamollaoğlu AKP-ni “7 Y hökuməti” adlandırır – “yolsuzluq” (korrupsiya), yoxsulluq, yağmalama, yaltaqlıq və yerliçilik (nepotizm), – bütün bunlar “Y” hərfi ilə başlanır. Bunun əvəzinə, Anadolu türkcəsində “A” hərfi ilə başlayan 5 vəd verir: ağıl, əxlaq, ədalət, ləyaqət və məsuliyyət.

Ədalət və əxlaqa vurğu bir çox mühafizəkarları AKP-nin sıralarında geniş yayılmış korrupsiya və nepotizmə qarşı qəzəbini əks etdirir. “Ağıl” sözü diplomatiyaya aiddir və AKP-nin xarici, xüsusilə də Suriya siyasətinin kəskin tənqidindən irəli gəlir.

Müxalifət partiyaları arasındakı fərqlərə baxmayaraq, digərləri – Cümhuriyyət Xalq Partiyası (CHP), “Yaxşı” Partiya və Demokrat Partiyası – keçən il mübahisəli referendumla təsdiqlənmiş yeni prezidentlik sistemini parlament sistemi ilə bərpa etməyi düşünür.

Politoloq Əhməd Murat Aytacın fikrincə, Ərdoğana verilən səslər yeni prezidentlik sisteminin gücləndirilməsi deməkdir. “Buna görə də, eyni dünyagörüşü və həyat tərzini bölüşən seçicilər iki siyasi formata – prezident və ya parlamentar sistemə rəğbətə uyğun səs verəcəklər”.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə