XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

08 May 2018 - 18:15

RUS-TÜRK YAXINLAŞMASINI POZMAQ İSTƏYƏN KƏŞFİYYATÇI MKİ DİREKTORU GƏTİRİLİR –Senat 9 mayda toplaşır

Sərdar TURQUT,

“Habertürk”ün Vaşinqton təmsilçisi

 

9 mayda vəzifəyə təyin olunması üçün Senatda dindiriləcəyinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) direktorluğuna namizəd olan Gina Haspelin həyatı haqqında detallar MKİ tərəfindən paylaşılır.

Son paylaşmadan anlaşılır ki, Haspelin danışdığı dillər arasında türkcə də var. “Nə üçün türkcə danışır?” deyə soruşduğunuzda, onun 2000-2001-ci illərdə Ankarada məntəqə şefinin müavini vəzifəsində olduğunu anlayırsınız.

Təbii, dünyanın müxtəlif yerlərində rəsmi MKİ təmsilçisi kimi vəzifə tutan Haspelin Türkiyədə də işləməsinin, ilk baxışda, təəccüblü bir tərəfi yoxdur. Ancaq Vaşinqtonda baş verən hadisələrdə görünənin altında daima başqa anlamlar da olur. Bu da onlardan biridir.

Mənbələrə müraciət etdikdə, Haspelin Türkiyəyə göndərilməsinin elə də adi bir hadisə olmadığını anladım.

 

MKİ-də xüsusi təhsil

 

Çünki mənə anladılana görə, 1985-ci ildən sonra Haspelə MKİ daxilində xüsusi Rusiya təhsili verilib. Rus dili də öyrədilib. Yəni, anlayacağınız odur ki, Haspel Rusiyaya qarşı işləyəcək kəşfiyyat agenti olaraq tam təhsil alıb.

Rusiyaya qarşı əks-kəşfiyyat məsələsi üzrə ixtisaslaşmış bir agentin nə üçün Ankaraya göndərildiyini araşdırınca da, qarşınıza maraqlı bir əlaqə çıxır.

Dövr Klintonun prezidentliyi dövrüdür. Prezident Klinton və ABŞ hakimiyyəti, xüsusilə enerji nəqli baxımından, Türkiyə ilə Rusiya arasında yaxın əlaqələr qurulmasından narahatdır. İki ölkə arasında başlayan yaxınlaşmanın, bu gün olduğu kimi, ABŞ maraqlarına zidd olacağı danışılır.

Türkiyə o günlərdə Rusiya ilə “Mavi axın” layihəsi üzərində işləyir və iki ölkə arasında çox yaxın əlaqə qurulur. Anlayacağınız, Haspelə Türkiyə ilə Rusiyanın arasını pozacaq işlər görməsi vəzifəsi verilir.

O günlərdə ABŞ-ın Ankarada səfiri olan Mark Parris, 1982-1985-ci illər arasında Moskvada böyük elçi olduğundan, Rusiya məsələsi haqqında çox məlumatlıdır.

Hakimiyyət o günlərdə Parrisin səfir, Haspelin də MKİ məntəqə şefinin müavini olaraq Ankarada işləməsi halında, Rusiya ilə Türkiyənin daha çox yaxınlaşmasının əngəllənəcəyi yönündə bəzi addımlar atıla biləcəyini düşünür.

Ona görə də Haspel, iki il boyunca o vəzifədə qaldı, amma iki ölkənin enerji sahəsində yürütdüyü ortaq işi önləyə bilmədiyi kimi, bu günlərə miras buraxılan siyasi yaxınlaşmaya girməsini də əngəlləməyi bacarmadı.

 

Vəzifəyə təyinat olacaqmı?

 

Senatın Kəşfiyyat komitəsində vəzifəyə təyinatla bağlı dindirmə 9 mayda keçiriləcək. Vaşinqtonda nizamın necə işlədiyini yaxşı bilən qaynaqlar, senatorlarda Haspelə qarşı böyük bir əks-reaksiya olduğunu və onun təyin olunmaması ehtimalının olduğunu söyləyirlər.

Bu müddətdə sabiq direktorun, indiki Xarici işlər naziri Mayk Pompeonun sərgilədiyi mövqe ilə bağlı anladılanlar mənə çox maraqlı gəldi. Mənə anladılanları eynilə çatdırıram:

1. Vaşinqtonda yeni vəzifəyə təyin olunan heç kim öz əvvəlki vəzifəsinə daha güclü bir şəxsin təyin olunmasını istəməz. Çünki yeni vəzifəsi daha üst səviyyəli olsa belə, köhnə işi ilə bağlı gücü də eyni anda əlində tutmaq istəyər. Pompeo bu səbəblə, Haspelin rəsmən təyin olunmaması ehtimalına isti baxır və MKİ direktoru vəzifəsi bir müddət boş qaldığı təqdirdə, Trampın MKİ ilə bağlı sualları yenə ona vermək məcburiyyətində qalacağını bilir.

2. Haspel təyin olunsa belə, Pompeo yenə qazanacağını düşünür. Çünki Haspel ona tam bağlı olacağını deyib və davamlı olaraq onun fikirlərini soruşur. Pompeo hesab edir ki, MKİ direktoru vəzifəsi boş qalsa da, Haspel orada otursa da, əsl güc öz əlində toplanacaq.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə