XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 May 2018 - 11:45

NÜVƏ SAZİŞİNDƏN İMTİNANIN DOĞURACAĞI NƏTİCƏLƏR:Tramp Tehranın qürurunu sındıra biləcəkmi? - TƏHILİL

Şahid Şahidsaless

“Middle East Eye”

 

2017-ci ilin sentyabrında Kim Dzyan (Çen) Inın rəhbərliyi ilə Şimali Koreya 1945-ci ildə Yaponiyanın Hiroşima şəhərini məhv edən silahdan təxminən yeddi dəfə böyük nüvə bombasını partlatdı. İki aydan sonra şimali koreyalılar qitələrarası ballistik raketi sınaqdan çıxardılar ki, elm adamlarının fikrincə, Vaşinqtona çatması üçün onun kifayət qədər gücü vardı. Bundan sonra Vaşinqton və Pxenyan arasındakı gərginlik yeni yüksəkliyə çatdı.

 

Müxtəlif fərziyyələr

 

Bu zəmində Şimali Koreyanın aprelin 21-dən etibarən nüvə və raket sınaqlarını dayandırmasını bəyan etməsi siyasət dünyasını heyrətə boğdu. Bəyanatın ardınca Kim Cənubi Koreya prezidenti Mun Ce ilə görüşdü. Yığıncaqda liderlər Koreya yarımadasının “tamamilə nüvəsizləşdirilməsi”nə söz verdilər.

Kimin qəfil hərəkəti ilə bağlı bir neçə fərqli fərziyyə irəli sürüldü. Keçən il Şimali Koreyada gərginliyin yüksəlməsi daha məqbul fərziyyədir. Bu ehtimala əsasən, Kim amerikalılar və Cənubi Koreya ilə danışıqları güc mövqeyindən apara bilmək üçün gərginliyi bilərəkdən artırıb.

Bu plan İranla nüvə razılaşmasına gətirib çıxaran, danışıqların başlamasından əvvəl 2005 və 2015-ci illər arasında daha kiçik bir miqyasda olsa da, İran tərəfindən həyata keçirilib.

2005-ci ildə İranla avropalılar arasında nüvə danışıqları iflasa uğradı, çünki İrana məlumat verilmişdi ki, ABŞ uranın zənginləşdirilməsi (yüksək zənginləşdirilmiş uran atom bombaları yaratmaq üçün istifadə olunur) üçün lazım olan bir sentrifuqanı belə qəbul etməyəcək. O zaman deyildiyi kimi, “İranda sıfır zənginləşdirmə”.

2005-ci ildən 2015-ci ilə qədər İranla ABŞ arasında gərginlik çox yüksək idi, çünki İran sentrifuqalarının sayı 164-dən 19 minə çatdırıldı, uran zənginləşdirmə səviyyəsi 3-dən 20 faizə (atom bombası üçün 90% zənginləşdirmə lazımdır) yetişdi və bir dağın dərinliyində yeraltı zənginləşdirmə müəssisəsi inşa edildi.

Şimali Koreya kimi, İran da nüvə sanksiyalarının böyük təzyiqi altında idi. 2015-ci ildə İran nüvə proqramının miqyasını 15 il müddətinə azaltmaq üçün sanksiyaların yumşaldılması əvəzinə, zənginləşdirmə proqramını saxlamağa razılıq verib.

 

Rejim dəyişikliyi?

 

ABŞ prezidenti Donald Tramp İranla bağlı məsələlər arasında nüvə razılaşmasının yenilənməsi və İranın nüvə proqramına dair məhdudiyyətlərin qalıcı olması fikrini müdafiə edir. Əks təqdirdə, Trampın sözlərinə görə, 15 il sonra İran nüvə bombasını əldə etməyə çalışacaq.

Ekspertlər hesab edirlər ki, İranla razılaşmada “əlavə məhdudiyyətlər və şəffaf tədbirlər” mövcuddur və onlar “beynəlxalq birliyi İranın ilk 15 illik dövrdə nüvə silahı əldə etmə cəhdini tez bir zamanda aşkar etmək və qarşısını almaq üçün güclü alətlərlə təmin edəcək” .

Tramp müqaviləni ləğv etmək və sanksiyaların bərpası niyyətindədir ki, bu da Tehranda rejim dəyişikliyinə doğru son addım sayılır. Dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik məsləhətçisi Con Bolton da İranda rejim dəyişikliyinin amansız müdafiəçiləridir.

Amerikalılar belə bir nəticəyə gəliblər ki, doğru və ya yanlış bir şəkildə, Kimin, nəhayət, “qəddini əyməsi”nə səbəb sanksiyalı təzyiq idi. Pompeo NATO-nun Brüsseldə keçirilən konfransında deyib ki, “prezident Trampın rəhbərlik etdiyi bu qlobal səylə ortaya qoyduğumuz iqtisadi təzyiq (Kimi) bu müzakirə üçün ən yaxşı şəkildə maraqlanmağa inanırdı və o, nüvəsizləşdirmədən danışmağa başladı”.

İran əleyhinə iqtisadi sanksiyaların yenidən bərpa olunmasına dair Trampın son qərarvermə tarixi 12 maydır. Əgər sanksiyalar, Şimali Koreyada olduğu kimi, nüvəsi olan həssas rejimə tətbiq olunacaqsa, Tramp və administrasiyası İrandan da eyni nəticənin gözlədiklərini iddia edə bilər.

Tramp və komandası İran hökumətinin sanksiyaların təzyiqi ilə ABŞ-ın tələblərinə təslim olmasını, nüvə proqramına daimi məhdudiyyətlər daxil olmaqla, ballistik raket proqramına məhdudiyyətlər qoyacağını və regionda, xüsusilə Suriyada İsrailin təhlükəsizliyi üçün təhdid olaraq qəbul edilən genişlənmiş aktiv roldan geri çəkilməsini gözləyəcək.

Alternativ olaraq, Tramp və qrupu Tehranın müqavimətlə ölkəni xaosa aparacaqlarını gözləyə bilər. İsrail, Tramp və onun məsləhətçiləri, ehtimal ki, bu ilin əvvəlində təxminən 80 şəhərdə baş vermiş etirazların davam edəcəyinə inanırdılar. Tramp nüvə müqaviləsinin gələcəyini şübhəyə alırdı ki, bu da ötən ilin oktyabrından etibarən İran milli valyutasının – rialın dəyərinin yarısından çoxunu itirməsinə səbəb olub.

İran hökumətinin açıq bazarda dollar ticarətini dayandırması və 42,000 rialın rəsmi valyuta məzənnəsi kimi təyin etməsinə baxmayaraq, (mayın 5-də) “qara bazar”da 1 ABŞ dolları = 63 min riala dəyişdirilir. Xarici valyuta məzənnəsinin, xüsusən də ABŞ dollarının qiymətini artması isə həmişə inflyasiyanın artması deməkdir.

 

Netanyahunun teatrı

 

Birincisi, bir ekspertin fikrincə, İsrail baş naziri Binyamin Netanyahunun açıqladığı məlumatların məzmununda “yeni bir şey yox idi”. İkincisi, Netanyahu tərəfindən böyük fəxrlə açıqlanan “məlumatlar Tehranın dünyanın altı dövləti arasında 2015-ci ildəki nüvə razılaşmasını pozduğunu göstərmədi”.

Avropada təpkilər Netanyahu üçün daha da ümidsiz idi. Çünki “Mossad”ın Tehrandan “oğurladığı sənədlər” İranın nüvə sazişini pozmadığını göstərdi.

 

Avropa sazişi xilas edə bilərmi?

 

Ekspertlərin böyük əksəriyyəti Avropanın sazişi qoruyacağını güman edir. Əgər bu baş verərsə, iki ssenari mümkündür.

Birincisi, sanksiya qanunları və sanksiyalarla əlaqəli əmrlərə əsasən, Tramp administrasiyası İranla iş aparan Avropa şirkətlərinə cəza tətbiq etməyə başlayır və nəticədə Transatlantik ticarət müharibəsi baş verir.

İkincisi və daha çox mümkün ssenari – ABŞ-ın müqavilədən imtina etməsi, lakin cəzaların icrasını təxirə salmasıdır. Bununla yanaşı, Avropa İrana ABŞ-ın tələbinə uyğun yenilənmiş və ya əlavə razılaşmanı imzalamağa razı salmaq üçün son tarix verəcək.

Trampın müqaviləni tərk etmək təhdidi artıq İran iqtisadiyyatına təsir edib. Beləliklə, bu ssenaridə İran razılaşmanı formal şəkildə pozmadığı halda belə, gözlənilən iqtisadi mənfəəti almayacaq.

İranın yüksək vəzifəli məmurları dəfələrlə bildirib ki, müqaviləni tərk edəcəklər. Amma İran neftinin sərbəst satıldığı dövrdə Tehranın sazişdən imtina etməməsi də mümkündür.

Təbii ki, nüvə sazişinin tam iflası, bütün hallarda, ABŞ-İran münaqişəsinin artması mənası verir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə