XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 May 2018 - 17:43

“TELEULDUZA ÇEVRİLMİŞ DEMAQOQ”UN QƏFİL QƏRARI:ABŞ-İran müharibəsi indi gerçəyə həmişəkindən daha yaxındır - TƏHLİL

Trita Parsi, Rayan Kostello

“Huffongton Post”

 

2015-ci ildə “Ortaq Kompleks Tədbirlər Planı” (JCPAO) elan edildikdə, İran xalqı bunu yeni dövrün başlanğıcı olduğunu düşünərək, küçələrə axışdı. Həm ABŞ-ın təzyiqi, həm də öz hökuməti tərəfindən sıxışdırmalar sonrası bu, yalnız nikbinlik doğururdu.

Müharibə təhlükəsi aradan qalxmışdı və İran iqtisadiyyatını boğan sanksiyaların tezliklə qaldırılacağı güman edilirdi. Bir çoxları prezident Həsən Ruhaninin danışıqlar masasında uğurunu təsdiqləməsi ilə, siyasi kapitalından yararlanacağına və İranın sərt təhlükəsizlik mühitini asanlaşdıracağına ümid etdilər.

Bu gün ABŞ prezidenti Donald Tramp müqavilədən çıxdığını elan etdikdə, daha çox zərər çəkən – İran xalqıdır. Müqavilənin uğursuz olduğu rəyində olan prinsipçilər Ruhani və xarici işlər naziri Cavad Zərifin boynunu üzmək üçün bıçaqlarını itiləyirlər və fəlakətli müharibə riski, şübhəsiz, daha böyükdür.

Birləşmiş Ştatlara etibar edilməyəcəyi və sanksiyalarını heç vaxt ləğv edilməyəcəyi fikri – Trampın qısqanc və özünə xidmət edən qərarı ilə təsdiqləndi.

İran müqavilənin şərtlərini yerinə yetirmək üçün lazım olan hər işi gördü: Ərakdakı reaktorun nüvəsini məhv etdi, Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin səlahiyyətlərini gücləndirdi və uranın zənginləşdirilməsi proqramını ciddi şəkildə məhdudlaşdırdı.

Sanksiyalar başlanğıcda prezident Barak Obama tərəfindən qaldırıldı və İran məhdud rahatlığa qovuşdu. Ancaq bu optimizm sələfinin imzaladığı müqaviləni ləğv etməyə söz verən Trampın seçkiləri udması ilə öləzilədi. İranın daha parlaq gələcəyinə olan ümidlər televiziya ulduzuna çevrilmiş bir demaqoqun səyi ilə dəfn olundu.

Trampın, həqiqətən, seçki kampaniyası zamanı söylədiyi prezidentliyinin ilk həftələrində iranlıların və Birləşmiş Ştatlarda bir çoxlarının şahidi olduğu fanatizmlə, başqa bir formada təzahür etdi: ABŞ-a giriş qadağası.

Qadağadan bir müddət sonra Tramp nüvə razılaşmasının müddəalarını bənd-bənd kəsib doğradı. “Boeing” kimi beynəlxalq şirkətlərlə başlıca sazişlər heç bir nəticə vermədi. ABŞ-ın sanksiyalarından qorxan Avropa bankları İran bazarına yenidən girməkdən imtina etdi. Üstəlik, Tramp və üst səviyyə səlahiyyətliləri dəfələrlə müqaviləni pozdular, xarici şirkətlərə İranla iş aparmağın cəzalanma ilə nəticələnəcəyi barədə xəbər etdilər, həm də ABŞ-ın öhdəliklərini şübhə altına aldılar.

Mart ayında Tramp İranın əsas milli təhlükəsizlik mövqelərinə dair qəzəbli səsini yüksəltdi. İranı bombalama çağırışını heç vaxt dayandırmayan və rejimin dəyişməsini istəyən terrorist kultundan pul alan Con Bolton milli təhlükəsizlik məsləhətçisi oldu. Nüvə razılaşmasının əsas opponentlərindən biri olan Mayk Pompeo isə indi dövlət katibidir.

Müharibə təhlükəsi bu dəfə həmişəkindən daha gerçək ehtimaldır.

Bir çox iranlılar yenə də ümidsizliyə qapılıblar – 2009-cu ildəki “Yaşıl Hərəkat”dan sonra İranı sarsıdan, dekabr və yanvar aylarında ortaya çıxan ən böyük etirazların ardınca. Bu faktdır, ancaq bir çox insanlar evdən çölə çıxmadı, rejimi dəstəklədiklərinə görə deyil, onlar gələcəkdə baş verə biləcək şeylərdən qorxdular.

Artıq ABŞ-ın etibarsızlığına və sanksiyalarını heç vaxt ləğv edə bilməyəcəyinə dair sərt xülasə Trampın nüvə razılığını ləğv etməsi ilə hakim rəydir. Prinsipçilər islahatlar ümidlərini məhv və İranın dini lideri Əli Xamneiyə layiqli varisi təmin etmək üçün iqtidarı Ruhani və Zərif kimi mötədillərdən almağa çalışırlar. Əgər onlar bunu bacarsalar, bu, daha çox repressiya və xaricdə artan gərginlik deməkdir.

Bununla belə, iranlı prinsipçilərə bənzəyən Vaşinqtondakı sərt siyasət tərəfdarlarının sonrakı dövrə dair “B planı” yoxdur. Trampın razılaşmanın ləğvinə dair qərarının qəfilliyini nəzərə alsaq, Ruhani və Zərifin nüvə kompromislərini xilas etmək, Trampın döyüş kabinetinin müharibə və rejim dəyişikliyi barədə  planlarının əsassızlığını isbatlamasına son şans verilib.

Avropa Birliyinin xarici siyasət şefi Federika Moqerini Avropanın təhlükəsizlik maraqları daxilində və iqtisadi investisiyaları qoruyaraq, Ai-nin müqavilə çərçivəsində öhdəliklərini yerinə yetirəcəyinə söz verib. Fransa prezidenti Emmanuel Makron xəbərdar edib ki, Tramp qərarı nüvə silahının yayılmaması rejiminə təhdiddir. Ruhani də İranın Birləşmiş Ştatlar olmadan JCPOA-nın davamına nail ola biləcəyini ifadə edib.

Avropa, Rusiya, Çin və İranın səyləri Tehranla iş aparan şirkətləri gözləyən təsirləri azaltmaq üçün əlavə müzakirələrə dair yeni mərhələ yaradır. Lakin belə bir təqib müqaviləsinin baş tutma ehtimalı, hətta Tramp olmadığı halda, kövrəkdir. Xüsusilə Avropa ABŞ sanksiyalarına həssasdır və Avropanin yeganə ümidi Trampa maneə törətməkdir.

İsrail və Səudiyyə Ərəbistanı da yaxın dövr üçün diplomatiya qurur və Birləşmiş Ştatları birbaşa hərbi münaqişəyə sürükləyən bir çox kartları əlində saxlayır. İran xalqının əksəriyyəti İraq və Suriyada xarici qüvvələr tərəfindən parçalanmamaqdan ötrü Ruhani və Zərifin bu bulanıq sularda balıq tuta biləcəyinə ümid edir.

 

Tərcümə: Strateq.az