XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2018 - 18:53

ERMƏNİSTANDA İKİHAKİMİYYƏTLİLİK:Paşinyan erkən parlament seçkilərinə gedə biləcəkmi? - TƏHLİL

İrina Corbenadze

rosbalt.ru, 13.05. 2018

 

Ermənistandakı inqilab əvvəlkitək “düşmən” Azərbaycan və Türkiyə ilə həmsərhəd olan respublikanın “coğrafıya”sını deyil, hakimiyyətin rəhbərlyini dəyişib. Postsovet məkanında ən qədim və tənzimləmək üçün ən ağır Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsi kütlənin köməyi ilə hakimiyyəti onun baş nazirliyinə razılaşmağa vadar edən müxalif lider Nikol Paşinyana miras qalıb. Ermənistanın əvvəlki rəhbərliyi dönəmində ümid vardı ki, bu, qismən həll olunacaq – paytaxtı Stepanakert (mətndə bu cürdür-red.) olan qondarma Dağlıq Qarabağ Respublikasından savayı işğal edilmiş, demək olar, bütün əraziləri Azərbaycana qaytarmaqla – bölgənin statusunun müəyyən edilməsi sonraya saxlanırdı.

Amma bu cür ssenari Ermənistan siyasətinin “qırğılar”ına, diasporanın bir bölümünə və müəyyən xarici-siyasi dairələrə  tamamilə yad idi. Və budur, nə dövlət idarəçiliyində, nə də diplomatiyada təcrübəsi olan inqilabçı Paşinyan Ermənistanın birinci şəxsi olub. Amma gözəl anlayır ki, Rusiya ilə bütün “keçmiş” antaqonizminə baxmayaraq, Ermənistanı öz torpaqlarını qaytarmaq istəyən Azərbaycandan “qorumaq”da bundan necə istifadə etməyin hələlik başqa yolu yoxdur. Və budur, o, Soçidə Avrasiya İqtisadi Birliyi ali şurasının toplantısı meydanlarında Rusiya prezidenti Vladimir Putinlə ilk dəfə görüşəcək (görüş bu gün baş tutub-red.).

Və rəsmi informasiya hər necə olsa da, yenə də bu görüş gülməlidir və güman etmirəm ki, inqilabçı baş nazir üçün əlverişli görünsün – doğrusu, onların siyasi “çəki”si, keçilən yol və ideologiyadakı fərqlər son dərəcə böyükdür. Belə ki, Putin başlanğıc üçün ya Paşinyana “iltifat” göstərəcək, ya da dərhal ona eyham vuracaq: İrəvan Rusiyayönlü kursdan sapsa və Qarabağ üzrə danışıqlar prosesində “hoqqalar” çıxartsa, ona və Ermənistana heç bir üz verilməyəck.

RF prezidenti köməkçisi Yuri Uşakov elan edib ki, tərəflər Soçidə “ikitərəfli gündəliyin əsas məsələlərini, habelə bölgəsəl təhlükəsizliyin bəzi aktual məsələlərini müzakirə edəcəklər”.

Lakin o, təxmin bildirib ki, ikitərəfli əməkdaşlığın müzakirəsi başlanğıc üçün dərin olmayacaq: “Bu, ilk, özlüyündə iki dövlət başçısının bir-biriylə tanışlığı baxımından önəmli təmasdır”. Amma hər halda cənab Paşinyanın AİB və KTMT çərçivəsində ifadələrinə aid “hansısa məsələlər aydınlaşdırılacaq”.

Bəli, bu sizin üçün küçələrdə  dal çantasıya yüyürmək deyil – bu, artıq böyük siyasət və bütün ölkəyə görə böyük məsuliyyətdir. Paşinyanın rəhbərlik etdiyi Ermənistanın Rusiyanın strateji tərəfdaşı Azərbaycanla savaş durumunda olduğu da nəzərə alınmaqla o bunu “dartacaqmı”?

Paşinyan Soçi səfəri və Putinlə görüşdən qabaq Rusiya qarşısında təzimlə salam verib – Ermənistan KİV-ləri onun müsahibəsini tirajlayıb. Deməli, o, əminlik ifadə edib ki, Rusiya-Ermənistan münasibətləri dəyişiləcək  – özü də yaxşılığa doğru. İnandırıb ki, nə Qərbyönlü, nə də Rusiyayönlü siyasətçidir: “Mən Ermənistanyönlü siyasi xadiməm”. Uyğun olaraq Ermənistanın həm AİB-ə, həm də KTMT-yə üzvlüyü onun üçün önəmlidir. Paşinyan hesab edir ki, birinci təşkilat öz iqtisadi potensialını gerçəkləşdirməyib və “bütün problemlər buradandır”. Amma “yeni adamın gəlişi bunların həlli üçün təkan olacaq”. Paşinyanın ideyaları yetərincədir və onun sözlərinə görə, bunları “təklif etmək” niyyətindədir.

KTMT-yə gəlincə, dəqiqləşdirmək gərəkdir ki, onun fəaliyyəti “əməl”də nəyi ifadə edir. Yəqin ki, Azərbaycan onun ölkəsinə hücum etmək, daha dəqiqi, işğal edilmiş əraziləri hərbi yolla qaytarmaq fikrinə düşərsə, Paşinyan birinci növbədə ölkəsinin təhlükəsizliyinə qəti zəmanət almaq (ümumiyyətlə, siyasətdə belə bir şey varsa) istərdi. O, əmin edib: “Ermənistan kollektiv təhükəsizlik haqda Müqavilənin üzvüydü və üzv kimi qalacaq”.

Ermənistan lideri deyib – onun ölkəsi o cümlədən silah tədarükü məsələsində Rusiya ilə çox sıx bağlıdır: “Bu, milli maraqlar və Ermənistanın təhlükəsizliyi məsələsidir. Biz bu (hərbi) müqavilələrin genişlənməsi və həcmi haqda düşünməliyik”.

O, Rusiyanın bir neçə ali təhsil məktəbinin filiallarının, rusca 3-4 telekanalın fəaliyyət göstərdiyi respublikada rus dilinin inkişafı məsələsinə də toxunub (məlum olduğu kimi, Moskva uyğun mövzuya qarşı çox həssasdır): “Adamlar rus ədəbiyyatını oxuyur və sevirlər və rus kinosunu xoşlayırlar”. Amma “mədəni əlaqələr daha dərin ola bilərdi və biz bunun üzərində işləyirik”.

Ümumiyyətlə, Paşinyan Putinlə ilk görüşünədək özünün antirusiya ritorikasını keçmişdə (müvəqqəti?) qoyaraq hər şeyi “necə lazımdır” deyib. Bunun verbal tərkibini “əlamətdar”  – inqilabçının deyil, təzə başlayan dövlət adamının sözləri saymaq olar. Qoy lap səmimi deyil, məcburən deyilsə də. Hara gizlənmək olar – yenə də Qarabağ, Azərbaycan, Türkiyə. O, sonuncuyla ilkin şərtlərsiz dialoqa hazırdır. Amma, bax, Azərbaycanla işlər daha pisdir. Və populizm səviyyəsində hoqqalara yer yoxdur.

Birincisi, Paşinyan bildirib ki, erməni xalqı Qarabağda qələbəni möhkəmləndirməyə heç vaxt bu qədər yaxın olmayıb : “Son ayyarımın etiraz hərəkatı sizin üçün nəinki təhlükəlidir, əksinə, bu, Dağlıq Qarabağın hüquqlarının tanınmasına səbəb olacaq. Bizim üçün ən önəmli milli hədəfin əldə edilməsinə … heç vaxt olmadığı qədər yaxınıq”.

İkincisi, Paşinyan Qarabağ üzrə istənilən güzəşti istisna edərək Ermənistanın adından tamdəyərli danışıqlar aparmağa hazır olduğunu bildirir, “amma Artsaxın ( Dağlıq Qarabağın)  (mətndə bu cürdür-red.) adından danışıqları  Artsax rəhbərliyi aparmalıdır”. Onun sözlərinə görə, nə qədər ki Azərbaycan təcavüzkar ritorikaya əl atır və Ermənistan ərazilərinin qəsbindən danışır, güzəştləri müzakirə etmək mənasızdır. Yada salaq ki, tezliklə baş nazir olan inqilabçı İrəvanda mitinqlərin gedişində car çəkib: “Yaşasın Ermənistan Respublikasının ayrılmaz hissəsi olmalı olan Dağlıq Qarabağ Respublikası!”

Razılaşaq ki, bu bəyanatların hamısı bir-birinə ziddir. Və Paşinyan populist ritorikadan populist fəaliyyətə keçərsə, yəni İrəvan DQR-in müstəqilliyini birtərəfli qaydada tanısa, ya da onun Ermənistana birləşdirilməsini bildirsə, Azərbaycan hökmən müharibə ilə cavab verəcək.

Bakı hələlik heç bir kəskin hərəkət etmir – müxtəlif ölkələrdən qonaqlarla onun üçün mühüm bayramları qeyd etməyə hazırlaşır. Bəs şənliklərdən sonra nə olacaq? Ermənistanın yeni, sayca dördüncü prezidenti Armen Sərkisyan “Эхо Москвы”-ya müsahibədə məlumat verib ki, Ermənistanda hakimiyyət dəyişikliyinin Bakıyla dialoqa təsir edib-etməyəcəyi sualını cavablandıra bilməz. “Bunu heç cür şərh edə bilmərəm, çünki prezident İlham Əliyevi şəxsən və yaxşı tanıyıram. Amma durum və siyasət elədir ki, məqam çox həssasdır, yəni Artsaxda (Dağlıq Qarabağda-red.) gərginliyin artacağını heç bir halda istisna etmək olmaz”.

Prezident qeyd edib ki, Ermənistanın yeni hökuməti özünün elə ilk iş günündən sərhədlərin təhlükəsizliyi ilə ciddi məşğul olmalıdır. Rusiyaya gəlincə, Sərkisyan onu “Ermənstanın strateji və hərbi-siyasi tərəfdaşı” sayır. O, izah edib: “Hamıya məlumdur ki, Ermənistanda ordu Rusiya ordusuna çox yaxındır. O, NATO və Çindən deyil, Rusiyadan texniki silahlandırmayla dəstəklənir”. Sərkisyan habelə yada salıb ki, Ermənistanda Rusiya hərbi bazası mənzillənib: “Bu bazanın harada yerləşdiyini, Ermənistan və Türkiyə arasındakı sərhədimizə nə qədər yaxın olduğunu bildiyimdən həmişə … mübarizə aparacağam ki, bu dostluq, qardaşlıq və hərbi-siyasi münasibətlər güclü qalsın”.

Lakin Qarabağın özünə dönək. Paşinyan açıq ehyam vurub ki, danışqılar formatının dəyişdirilməsini israr  edir və “Qarabağ bizimdir”. Əlbəttə, Bakı onun birbaşa çıxışını cavabsız qoya bilməzdi. Prezident İlham Əliyev deyib: “Azərbaycan bayrağı işğal edilmiş bütün ərazilərdə, o cümlədən Şuşa və Xankəndində qaldırılacaq”.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü danışqıların predmeti deyil. “Azərbaycan xalqı və dövləti Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Kimsə başqa cür düşünürsə, hədər illüziyadır… Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

Danışıqlar formatının dəyişdirilməsinə gəlincə, Azərbaycan XİN başçısı müavini Xələf Xələfov bildirib ki, bu format artıq çoxdan təsdiqlənib və “Dağlıq Qarabağın separatçı rejimi buna tərəf kimi qatıla bilməz”. O deyib – müzakirələrin predmeti yalnız işğal edilmiş ərazilərin azad edilməsi və orada erməni azlığın və azərbaycanlıların birgə yaşaması ola bilər.

Bir sözlə, Paşinyan – hər halda, hələlik – güzəştə meylli deyil, lakin təzəcə vəzifə alan erməni lider dövləti fəaliyyət təcrübəsi gəlişdikcə güzəştlər elmini mənimsəməlidir. Əlbəttə, Azərbaycan ona bunun üçün vaxt verərsə. Paşinyan isə münaqişə zonasında status-kvonu saxlamaq üçün hələlik Rusiya ilə işləməli olacaq. Amma bu, Azərbaycanı qane etmir, lakin ona da müharibə lazım deyil. Lakin Bakı da İrəvan kimi bir çox amillərə, başlıcası, Rusiyaya görə ehtiyatlı hərəkət etməli olur. Rusiya Ermənistanın “təhlükəsizliyinə zamin” olmasaydı, “qaytarma instinkti” Azərbaycanı özününkünü saydığını qaytarmağa mane ola bilməzdi.

Yada salaq ki, münaqişə 2016-nın aprelində güc mərhələsinə keçib, amma Rusiyanın səylərilə tezliklə neytrallaşdırılıb. Lakin hansısa 3-4 gündə hər iki tərəfdən xeyli adam həlak olub. Ciddi deyilsə, durum dalana girdiyi üçün hərbi eskalasiya başlanmışdı. İndi də belədir, buna görə də hərbi əməliyyatların – irimiqyaslı, ya da hədə üçün – təzələnməsini istisna etmək olmaz.  Belə ki, xalq etirazları dalğasında hakimiyyətə gəlmiş Paşinyanın, ehtimal ki, heç kimə heç nə vəd etməyərək güzəştlər və Qarabağ istiqamətində ermənilərin “qələbəsi”nə boş  əminliyin olmaması üstündə qurulan keyfiyyət dəyişiklikləri gətirən  Rusiya “örtüyü” ümidilə danışıqlar prosesində İrəvanın mövqeyi sərtləşdirməməyinə dəyər.

Müharibə başlasa, ermənilər bütün “vətənsevərlik”lərilə yanaşı əvvəlkini, Serj Sərkisyanı süpürdükləri kimi yeni liderlərini də süpürəcəklər, lakin ədalət naminə qeyd etməyinə dəyər ki, o, məsələni hərbi əməliyyatların tammiqyasda təzələnməməsinə çatdırmağa nail olub. Və Qarabağ kontekstində zaman-zaman Ermənistanın gah bu, gah da o biri prezidentinin başına qaxılan “məğlubçuluq əhvali-ruhiyyəsi” qəflətən tələb edilən çıxa bilər. Amma bu, artıq xeyli qan töküləndən sonra olacaq. Deməli, buna çatdırmağına dəyərmi?

Çətin ki, Ermənistan indi Rusiyanın gözündə olsun – müxtəlif daxili və xarici “cəbhələr”də onun işləri onsuz da o qədər yaxşı deyil. Amma Ermənistan-Azərbaycan münasibətlərində “iks saatı”nı fövtə verməyə sadəcə haqqı yoxdur – bu, onun xarici siyasətində, Rusiya sərhədlərinin təhlükəsizliyində, bütün təsir iddialarında, bütünlükdə Cənubi Qafqazın sabitliyində əks olunacaq. Moskanın sərəncamında Ermənistana basqının geniş spektri var və bundan faydalanmalıdır. Əlbəttə, Paşinyann siyasətdə anlaqlıdırsa, “yerliciyəz vətənsevərliyinə” qıcqıran qaynar inqilabi romantizm soyuq praqmatizmlə əvəzlənəcək.

Burada qeyd etməyinə dəyər ki, Ermənistanda inqilabdan sonra ilk təyinatlar respublika polisinin rəisi, Milli Təhlükəsizlik Xidməti direktoru və müdafiə naziri – bu, FHN şefi, keçmişdə müdafiə idarəsi başçısı müavini  David Tonoyan olub.

Yəni Paşinyan müdafiə naziri ilə bağlı indiki halda Sərkisyanın keçmiş komandasından olsa da, təcrübəli adamı təyin etməyi qərara alıb. Bunu yaxşı əlamət saymaq olar – eynilə inqilabçı olmayan xadimi –Ermənistanın BMT-dəki daimi təmsilçisi Zohrab Mnatsakanyanın XİN başçısı təyin edildiyi kimi.

Lakin “işarələr” hazırda zərrə-zərrə toplanır – həm müsbət, həm də mənfilər. Buna görə də Ermənistanda hər şeyi dəyişə biləcək erkən seçkilər hökmən elan olunacaq. Axı indiki halda durum olduqca yöndəmsizdir – parlament çoxluğu müxalifətdədir, icra hakimiyyəti isə azlığın hökumətini təmsil edir. Bu, daxili siyasi sabitliyə güclü mane olur və keçmiş hakim partiyanın yeni hökumətin qanunvericilik təşəbbüslərini sabotaj etmək təhlükəsi var ki, bu da ölkənin təkcə daxili siyasi böhranda deyil, həm də başqa bir ölkəylə savaş durumunda olduğu zaman xüsusən təhlükəlidir.

Belə bir ikihakimiyyətliliyin nə qədər çox çəkəcəyini söyləmək çətindir, çünki Paşinyan yalnız seçki məcəlləsi dəyişiləndən sonra erkən parlament seçkiləri keçirməyə hazırlaşır. Buna vaxt və ola bilsin, parlamentdə mandat çoxluğuna  malik  Respublika Partiyasından deputatların sərt müqaviməti sərf ediləcək. Paşinyan artıq bir dəfə onları öz namizədliyini baş nazirliyə təsdiqləməyə məcbur edib. O, seçki qanunvericiliyinin dəyişilməsilə bağlı öz niyyətini keçirə biləcəkmi, yaxud inqilab onun resursunu tükədib? Və ümumiyyətlə, küçənin basqısı altında deputatları qərar almağa məcbur etmək düzgündürmü? Ermənistan permanent inqilablar yolundan çıxmasa, onu Azərbaycansız da məhv edəcəklər. Belə ki, Əliyevlə Ərdoğan sakitcə kofe içə bilərlər: “düşmənlər” özləri hər şeyi onlarsız da edəcəklər.

Tərcümə Strateq.az-ındır.