XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

24 May 2018 - 13:23

UKRAYNA PREZİDENTİ İLƏ BAĞLI QALMAQAL BÖYÜYÜR –Rus mətbuatı onun rüşvət müqabilində Trampla görüşdüyü iddasından əl çəkmir - TƏHLİL

Andrey Rezçikov, Muixail Moşkin

vzqlyad.ru, 23.05.2018

 

KİV-lər iddia edir ki, Ukrayna prezidenti Trampla görüşə nail olmaq üçün böyük rüşvət verməli olub. 20 dəqiqəlik görüş və Trampın əxlaqi monoloqu Poroşenkoya yüz minlərlə dollara başa gəlib. Rəsmi Kiyev bu xəbəri təkzib edir, amma güman etmirik ki, onları nüfuz mülahizəsi hərəkətləndirir. Ukrayna prezidentinin mövqeləri heç də belə qalmaqallarla müəyyən olunmur.

ABŞ prezidentinin vəkili Maykl Koen keçən ilin iyununda ABŞ və Ukrayna prezidentlərinin görüşünü təşkil etmək üçün 400 min dollara qədər pul alıb. Bu qalmaqallı xəbəri öz qaynaqlarına isnad edən Bi-Bi-Ci çərşənbə günü yayıb. Xəbər verilir ki, ödəniş vasitəçilərlə baş verib. Qaynaq əlavə edib: Kiyev təmsilçiləri Koenə ABŞ-dakı yəhudi xeyriyyə təşkilatı vasitəsilə yol tapıblar.

Britaniya redaksiyasının Kiyevdəki qaynağı bu məlumatı təsdiqləyib, amma dəqiqləşdirib ki, Koenin aldığı məbləğ çox imiş – 600 min dollar. Yeri gəlmişkən, bu fərqə özəl diqqət yetirmək lazımdır. Hər şeydən belə görünür ki, Kiyev 600 min ödəyib, amma Vaşinqtona yalnız 400 min çatıb. Məbləğin üçdə biri sanki yolda itib, amma çox ehtimal ki, hansısa vasitəçinin cibinə girib.

Koen yardım edib ki, Poroşenko üçün, heç olmasa, “yüksək səviyyədə danışıqlar”ı xatırladan nəsə təşkil etsin. Nəticədə Ukrayna prezidenti Vaşinqton səfərindən Trampla yalnız qısa fotosessiya əldə edib.

Bununla yanaşı, vəkilin öz xidmətlərinə görə bu qədər böyük məbləğ aldığından Trampın xəbərdar olub-olmadığı  barədə hələlik heç bir məlumat yoxdur. Bununla belə, Bi-Bi-Ci-nin məlumat verdiyi kimi, Koen istənilən halda Amerika qanunvericiliyini pozub – o, Ukraynanın ABŞ-dakı agenti kimi qeydiyyatdan keçməyib və deməli, bu cür görüşə rəsmən lobbilik etmək və xüsusən də pul götürmək hüququ yox idi. Başqa cür deyilsə, söhbət hətta Amerika qanunlarına əsasən də bayağı rüşvətdən gedir.

Xatırladaq ki, Poroşenkoya tabe olanlar o zaman onun səfərini qürurla qısa olsa da, ilk işgüzar səfər adlandırıblar.

Kiyev israr edirdi ki, Poroşenko Trampla Putindən daha tez görüşməlidir və buna müvəffəq olub. İindi aydındır hansı üsullarla.

Mətbuatda artıq o zaman qeyd ediblər ki, Ukrayna prezidentinə cüzidən də cüzi, 20 dəqiqədən az çəkən və əslində, fotosessiyaya müncər olunan qəbul ayrılıb. Səfər Ukrayna mətbuatının özünə bır yığın ən lağlağı şərhlər üçün əsas verib.

Aydındır ki, Bi-Bi-Ci-nin dərci, sadəcə, alovlu ələ keçən Poroşenkoya qarşı yönəlməyib. Vəkil Koen öz müştərisinə – prezident Trampa davam edən hücumlar çərçivəsində ciddi girişilən hədəfə dönüb. FTB aprelin əvvəlində Koenin ofisində axtarış aparıb, vergi sənədlərini, işgüzar sənədləşməni və Trampla yazışma daxil olmaqla elektron məlumatları müsadirə edib. İddia olunur ki, xəfiyyələr keçmiş pornoaktrisa Stormiyə (Stefani Klifforda) susmaq üçün ödədiyi pulun dəlillərini axtarırmışlar. Xatırladaq ki, Stormi iddia edir ki, ABŞ-ın indiki prezidentiylə intim əlaqədə olub.

Poroşenko administrasiyası qalmaqal başlanandan bir neçə saat sonra təkziblə çıxış edib. TASS administrasiyanın bəyanatından sitat gətirir: “Açlıq yalan, böhtan və feyk. Biz Ukrayna və ABŞ prezidentlərinin görüşünün pulla təşkil edildiyi barədə dezinformasiyanı məhz bu cür dəyərləndiririk”.

Bu zaman qeyd olunur ki, Ukrayna-Amerika sammiti “yalnız rəsmi diplomatik kanallarla, o cümlədən Ukraynanın ABŞ səfirliyi tərəfindən” təşkil olunub.

Poroşenkonun dəftərxanasında BBC-nin məlumatını “Ukrayna və ABŞ prezidentlərinə şəxsi, Ukrayna-Amerika münasibətlərini nüfuzdan salmağa yönəlik hücum” adlandırıblar. Administrasiyada təkzib tələb edərək vurğulayıblar ki, məhkəməyə iddia vermək hüquqnu özlərində saxlayırlar.

Bununla belə, artıq Ukrayna parlamentində ingilis jurnalistlərinin dərcini ciddi yoxlamağa söz veriblər. Xalq deputatı Yakov Bezbax “Vzqlyad” qəzetinə bildirib ki, rüşvət haqda məlumat diqqətlə araşdırılmalıdır. Bezbax əmindir ki, o, gerçəkliyə uyğun olsa, Ali Radada müzakirələr üçün əsas olacaq.

Tennessi ştatı universitetinin politologiya professoru Andrey Korobkov əmindir ki, qalmaqal nəticəsində nə Tramp, nə də Poroşenko üçün özəl nəticə olacaq. Daha çox əksinə, Amerika lideri hətta udur. Korobkov “Vzqlyad” qəzetinə deyib: “Bu, Amerika elitasının Trampın yalnız Putinlə maliyyə əlaqələri haqda yaratdığı mifi dağıdır… Pullar Kremldən deyil, Rusiyanın açıq düşməni Poroşenkodan gəlib”.

Bu qayda ilə Robert Müllerin əzəldən Trampa yönəlik araşdırması yekunda Trampın xeyrinə işləyə bilər. Korobkov güman edir: “Müllerin komissiyasının apardığı kimi araşdırmalarda ironiya buradadır. Bir xeyli adam istintaq altına və sonra məhkəmə araşdırmasına düşür, təhqiqatın özü isə çox tez-tez onun ilkin bəyan edilən hədəflərinə uyğu gələsi heç bir nəticə vermir. Və burada eyni durum yarana bilər. Məlum olur ki, Trampın kampaniyası və çevrəsi bütünlükdə əsla Rusiyaya bağlı deyilmiş. Uyğun olaraq, istintaqın ilk məqsədinin devalvasiyası gedir. Düzdür, məsələ Koen və ABŞ prezidenti çevrəsindəki insanlar üçün çox pis qurtara bilər”.

Poroşenkonun nüfuzuna gəlincə, Amerika elitasının gözündə onsuz da sıfırdır, “geniş ictimaiyyət onun kim olduğunu bilmir də”.

Andrey Korobkov hesab edir: “Ukraynada isə Poroşenkonun reytinqi əvvəlkitək cüzi olaraq qalacaq. Eyni zamanda o,Bəli, uşaqlar mən dəhşətəm, amma qalan hamısı daha pisdir. Buna görə də canınızı hara qoyacaqsınız?” deyən adam rolunu çox effektli oynamağa nail olur. Bunu Vaşinqtonda da anlayırlar. Kiyevi yardımdan məhrum etmək olmaz, çünki onda bu rejim çökə bilər, Kiyevin xarici siyasət yönü yenidən dəyişilər. Başqa məsələdir ki, Ukraynada seçkilər yaxınlaşır, daha kiməsə ümid ediləcək. Amma bu, rejimin məğzini dəyişməz”.

Ukrayna politoloqu Mixail Poqrebinski də hesab edir ki, Poroşenkonun reytinqi bunsuz da aşağıdır. “Özünə münasibəti pisləşdirməyi daha qəliz olacaq. Ukrayna vətəndaşlarının, haradasa, 80%-i Poroşenkoya inanmır, – Poqrebinski “Vzqlyad” qəzetinə şərhdə qeyd edir. – Amma bu növ heç bir ifşaedici məlumat, hətta Poroşenkonun açıq rüşvətxor kimi çıxış etdiyi Onişenkonun lentləri də onun mövqeyinə heç bir təsir etmir. Reytinqi 7% idi, 5% olub”.

Siyasi Marketinq Mərkəzinin direktoru Vasili Stoyakin də hesab edir ki, bu dəfə ingilis mətbuatı da rüşvət vermək ittihamıyla çıxış etsə də, çətin ki, Poroşenkonun durumuna təsir edər. Ekspert “Vzqlyad” qəzetinə deyib: “Onun Vaşinqtonla münasibətləri tamamilə başqa amillərlə, yəni ABŞ nə deyirsə, Poroşenkonun bunu yerinə yetirməyə hazır olmasilə  müəyyən olunur”.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə