XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

24 May 2018 - 14:34

RUSİYANIN UKRAYNAYA KİBERHÜCUM PLANININ ÜSTÜ AÇILDI –Rus haker qrupu 500 mindən çox cihazı yoluxdurub

“Ukrainskaya pravda”,

Ukrayna, 24 may 2018-ci il

 

“Reuters”in yazdığına görə, hakerlər gələn ay Ukraynaya qarşı kiberhücum həyata keçirmək üçün bütün dünya üzrə onlarla ölkədə ən azı 500 min routeri – yönləndiricini (İP paketlərini bir şəbəkədən başqa bir şəbəkəyə yönləndirən cihaz – tərc.) və məlumatlar saxlanan cihazı yoluxdurub.

Pensilvaniya federal məhkəməsi FTB-yə internetdəki, hakimiyyətin hesab etdiyinə görə, “Sofacy” adı ilə tanınan rus haker qrupunun yoluxmuş cihazları idarə etmək üçün istifadə etdiyi domeni (Domen veb saytın internetdəki adı və ünvanıdır. Bu ünvan olmadan internet istifadəçiləri veb sayta girə bilməzlər – tərc.) ləğv etmək icazəsi verib.

Məhkəmənin qərarı cihazları FTB-nin nəzarət etdiyi serverlərə yönləndirməyə imkan verəcək, o da yoluxdurulmuş cihazlardan zərərli proqramları kənarlaşdırmağın vacibliyi haqqında bütün dünya üzrə hüquq-mühafizə orqanlarına məlumat vermək üçün onların yerləşdiyi yeri müəyyən edəcək.

Baş prokurorun milli təhlükəsizlik üzrə köməkçisi Con Demersin bəyanatında deyilir: “Bu əməliyyat “Sofacy” hakerlərinə çoxlu imkanlar verən bot şəbəkələrin (müstəqil və ya avtonom proqram təminatı ilə çalışan, bir sıra kompüterdən ibarət olan kompüter şəbəkəsi – tərc.) məhv edilməsi üçün atılan ilk addımdır. Bu bot şəbəkələr, kəşfiyyat məlumatlarının toplanması, qiymətli informasiyaların oğurlanması, destruktiv və ya təxribat hücumlarının həyata keçirilməsi, həmçinin belə fəaliyyətlərin izlərinin qarışdırılması və bu işlərə görə digərlərinin günahlandırılması daxil olmaqla, müxtəlif zərərli məqsədlər üçün istifadə edilə bilər”.

ABŞ hökuməti, Cisco Systems Inc (CSCO.O) kompaniyası Linksys”, “MikroTik”, “Netgear Inc” (NTGR.O), “TP-Link” “QNAP” cihazlarının yoluxması barədə məlumatın verildiyi haker kampaniyası haqqında hesabat nəşr etdikdən sonra bot şəbəkələrin məhv edilməsi cəhdləri haqqında məlumat verib.

Cisco” bəyan edib ki, “VPNFilter” virusu ilə yoluxan ən çox cihaz Ukraynada yerləşir, bu da belə bir nəticə çıxarmağa imkan verir ki, Rusiya ona hücum etməyi planlaşdırıbmış.

Məlumata görə, Cisco” texniki detalları ABŞ və Ukrayna hökumətlərilə, həmçinin təhlükəsizliyi təmin etmək üçün proqram təminatı, cihaz və xidmətlər satan rəqiblərilə paylaşıb.

“Reuters”in xəbərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti “bu, nümayiş etdirir ki, Rusiya şənbə günü Kiyevdə keçiriləcək çempionlar liqası finalı öncəsi irimiqyaslı kiberhücum hazırlayırmış” deyərək, məlumata cavab verib.

Kibertəhlükəsizlik firmaları, hökumət və korporativ təhlükəsizlik üzrə komandalar artıq dünyanın ən bahalı və dağıdıcı kiberhücumlarından birinin baş verdiyi Ukraynada gedən hadisələri diqqətlə izləyirlər.

Kreml agentliyin şərh haqqındakı xahişinə cavab verməyib.

Rusiya əvvəllər ölkələrin, o cümlədən Ukraynanın, həmçinin kibertəhlükəsizlik firmalarının Ukrayna iqtisadiyyatına zərbə vurulması və ABŞ-dakı 2016-cı ilin prezident seçkilərinə müdaxilə edilməsi cəhdlərini nəzərdə tutan miqyaslı qlobal haker proqramının arxasında onun durması haqqında irəli sürdüyü iddiaları inkar edib.

“Netgear” və “Linksys” avadanlıqlarının istehsalçıları müştərilərə məsləhət görüb ki, onlar yönləndiricilərinin son versiyayadək yeniləndiyindən əmin olsunlar.

“MikroTik”, “TP-Link” və “QNAP”-dan isə şərh almaq mümkün olmayıb.

Tərcümə Strateq.az-ındır