XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

30 May 2018 - 15:18

ABŞ-ın İRAQA “ARXA QAPI”dan GİRMƏ TƏŞƏBBÜSÜ:Vaşinqton "Mehdi Ordusu"nun komandanıyla dil tapmağa çalışır - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 30 may 2018-ci il

 

Dövlətlərarası münasibətlərdə hamımızın görüb-izlədiyi münasibətlərin arxa planında bir də “arxa qapıdan girişmə təşəbbüsləri” kimi məlum olan proseslər mövcuddur. Misal üçün, bir-birinin əleyhinə danışan iki ölkə açılan “arxa qapı”lardan istifadə edərək, eyni zamanda yaxşı münasibətlərin təməlini də ata bilirlər.

ABŞ bir müddətdir Şimali Koreyaya yönəlik olaraq, bu “arxa qapı” diplomatiyasını yaxşı tətbiq edirdi və bunun müsbət nəticələrini də almaq üzrədir.

Ayrıca, Rusiyanın da İranla İsrailin arasını düzəltmək üçün bir müddətdir bu “arxa qapı” diplomatiyasını dövrəyə soxduğu Vaşinqtonda məlumdur.

ABŞ indi də bu “arxa qapı” diplomatiyasını İraqa yönəlik olaraq başladıb.

 

Seçki sonrası

 

İraqda keçirilən son seçkinin nəticələri haqqında Vaşinqtonda dəyərləndirmələrin necə aparıldığını “İraqda ABŞ-ın gözü Türkiyənin üzərində” başlıqlı, 21 may tarixli yazımda çatdırmışdım.

O seçkidə ABŞ-ın açıqca dəstəklədiyi namizəd ancaq üçüncü olunca və bir zamanlar Amerikaya qarşı döyüşən Müqtəda əs Sədrin dəstəklədiyi partiya seçkidən birinci çıxınca, Vaşinqtonda “Nələr olur?” siqnalı verilmiş və nəticələr detallı olaraq araşdırılmağa başlanmışdı.

İranın dəstəklədiyi namizədin də ikinci yerə çıxması ilə, İraqda müstəqillik tərəfdarı olan gücün yüksəldiyi və beləliklə, İrana düşmən olmamaqla birlikdə, nə onun, nə də ABŞ-ın kölgəsinə girmək istəmədiyi nəticəsinə gəlinmişdi.

 

Türkiyənin manevrləri izlənilir

 

Digər tərəfdən, Vaşinqton, İraqda xalqın Türkiyəyə yönəlik davranışında hazırda bir sərtləşmə olmadığı, bunun da ölkədə siyasi manevr edə bilmək baxımından ona bir üstünlük verdiyi nəticəsinə gəlmiş və Türkiyənin İraqdakı addımlarının izlənilməsinə qərar verilmişdir.

Əslində, bu, edilməyə də başlanıb, amma Vaşinqton eyni zamanda Müqtəda əs Sədrə və onun yaxın çevrəsinə yönəlik bir “arxa qapı” da açıb.

Vaşinqton, bir dövr nəzarətindəki “Mehdi ordusu” ilə Amerikaya qarşı döyüşən Müqtəda əs Sədrin dəstəklədiyi gücün iqtidarı müəyyən edəcək hala gəldiyi İraqda ABŞ-a qarşı silahlı bir təşəbbüsdə olub-olmayacağı sualına cavab axtarmağa başlayıb.

 

Sədrdən mesaj

 

Vaşinqtonda bu məsələyə baxmaqda olan mənbələr Müqtəda əs Sədrdən də bir mesaj gəldiyini, onun özünün və yaxın çevrəsinin ABŞ-a qarşı silahlı bir təşəbbüs içində olmadığını, ancaq uzun müddətdə ölkədə xarici hərbçi olmasını istəmədiklərini, ölkənin qarşı-qarşıya olduğu bütün təhdidlərin neytrallaşdırılmasına qədər xarici gücləri əsas məsələləri halına gətirməyəcəklərini, lakin uzun müddətdə xarici hərbçilərin necə çəkilməsinə danışıqlarla qərar veriləcəyini söylədiyini bildirib.

Türkiyə də İraqda hərbçi saxlayan ölkələr arasında olduğu üçün, uzun müddətdə xarici hərbçilərin arzu edilməməsinin Türkiyəyə necə təsir edəcəyi isə iki ölkə arasındakı münasibətlər çərçivəsində həll edilməli olan bir məsələ kimi görünür.

Tərcümə Strateq.az-a məxsusdur




Yuxarı Əvvələ Ana Səhifə