XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

30 May 2018 - 17:28

AKŞENERİN İNCƏ NEŞTƏRİ:Ərdoğanın rəqibləri bir-birini cırmaqlamaq üçün əllərindən gələni edirlər - TƏHLİL

Anberin Zaman

“Əl-Monitor”

 

Çox çılğın birlik nümayişindən sonra Türkiyə müxalifəti köhnə ədavətə dönür? Bu sual “İyi” Partiyasının prezidentliyə namizədi Meral Aksener CHP-li Mühərrəm İncəyə diş qıcırtdığı zamandan meydana gəlib.

Mayın 28-də müstəqil onlayn qəzet olan “Duvar”a müsahibə verən Aksener deyib: “Demək olar ki, bütün səsvermə şirkətlərinin anketləri göstərir ki, əgər cənab İncə prezident Rəcəb Tayyip Ərdoğanla seçkilərin ikinci turuna qalarsa, Ərdoğan böyük üstünlüklə qalib olacaq. Amma mən ikinci tura keçərəmsə, Ərdoğan məğlub ediləcək”.

Onun israrına baxmayaraq, Aksenerin iddiaları sorğu anketlərinin nəticələrində təsdiqlənmir. İndi bütün əlamətlər Ərdoğanın iyulun 8-də keçiriləcək potensial ikinci turda üstünlük qazanacağını göstərir. Ancaq bunun böyük önəmi yoxdur. İyunun 24-də keçiriləcək parlament və prezident seçkilərinə cəmi üç həftə qalmış Ərdoğanın rəqibləri bir-birini cırmaqlamaq üçün əllərindən gələni edirlər və bu işdə Akşener daha fəal görünür.

“Əl-Monitor”un keçirdiyi bir sorğunun nəticələrinə əsasən, ilk turda Akşenerin səslərin 11.2%-i, İncənin isə 20.1%-i alacağını bəlli olur. Aksener, həmçinin ən böyük kürd partiyası olan Xalqların Demokratik Partiyasının (HDP) sabiq lideri Səlahəttin Demirtaşdan daha çox səs ala bilər. Həbsxanadan ağıllı mesajlar göndərən və sosial mediada yayımlanan şən şəkillərlə o, yaxşı kampaniya aparır.

Aksenerin qəzəbi naxələflik kimi qəbul edilə bilər. Onun partiyası yalnız 15 CHP-li deputatın transferindən (bu, seçkiyə qoşulmaqdan ötrü partiyanı lazımi kvorumla təmin edib) və parlament seçkiləri üçün CHP-“İyi” seçki ittifaqı qurulduqdan sonra yarışa qatıla bilib.

İndi bütün gözlər İncəyə yönəlib, hətta CHP-li tənqidçilərin tikanlı sözlərinə baxmayaraq, o, kampaniyanı gözləniləndən daha yaxşı həyata keçirir. Son üç həftə ərzində İncə ölkəni boydan-boya dolaşaraq demokratiyanın, qanunun aliliyinin bərpa edilməsi və daha yaxşı ödənişlə təhsil imkanı vəd edib.

Keçmiş fizika müəllimi hətta kürd dilində təhsil və kürd problemini silahla deyil, dialoq yolu ilə həll etməyə söz verib. İncə Türkiyə siyasətini əxlaqsızlıqdan – Ərdoğana nifrətdən müalicə edərək təmizləməyi düşünür.

Aksenerin uğursuzluqlarına əlavə olaraq, HDP artıq ikinci turda İncəni dəstəkləyəcəyini bəyan edib.

Analitiklər İncənin onun ittihamlarına cavab verməməsinin olduqca vacib olduğunu deyir. Bu uzun məsafəyə atəşdir, lakin bir çox hesablamalar onun hədəfə dəyməyəcəyini deyir.

Müxalifətin davamlı problemi nə Aksener, nə də İncə yox, Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasından (AKP) səs qoparmağa müvəffəq olmamağıdır. Türk lirəsinin dəyərində kəskin azalma da daxil olmaqla, son dövrdə baş verən iqtisadi ixtilaflar AKP tərəfdarlarının getdikcə azaldığını göstərir.

İncə dindar olduğunu deyir, o, Quran kursu keçib, Cümə namazlarını qaçırmır, anası İslam şəriəti qaydasında hicaba riayət edir. Ancaq CHP etiketi avtomatik olaraq onu bir çox AKP seçicisinin gözündə İslama təhlükə kimi qəbul edən milliyyətçi dünyəvilik növü ilə bərabərləşdirir.

Eyni şəkildə, Aksenerin türk millətçiliyinin dünyəvi gücü dindarlar arasında az da olsa etiraz doğurur.

Türkiyənin Suriyada kürd kantonu Afrini işğal etməsi və sağ milliyətçi lider Dövlət Bahçeli ilə Ərdoğanın ittifaqı ucbatından dindar kürdlərin HDP-yə sığınması gözlənilirdi. Ancaq sorğular bunun baş vermədiyini göstərir.

İndi bütün baxışlar daha çox canlı bir kampaniyaya başlayan İslamçı Səadət Partiyasının lideri Temel Karamollaoğluna zillənib. Lakin onun partiyası belə kiçikdir ki, təsadüfi nümunə sayıla bilər.

Səadət də CHP və “İyi” ilə ittifaqdadır.

Keçdiyimiz günlərdə kürdlərin kiçik İslamçı partiyası “Huda-Par” Ərdoğanın prezidentliyə namizədliyini dəstəkləyib və kürd səslərinin ilk turda Demirtaşla onun arasında bərabər şəkildə bölünəcəyi proqnozunu yaradır. Ancaq şeyi Aksener barədə demək olmur.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə