XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

04 İyun 2018 - 12:05

Şimali Koreya problemi Trampla Sini dosta çevirəcəkmi? –ABŞ-ın müharibə iştahası yoxdur - TƏHLİL

Riçard Haass

“Project Syndicate”

 

Sovet İttifaqının dağılmasından sonra Şimali Koreya ABŞ-Çin münasibətləri üçün ən yaxşı körpü ola bilər. Bunun həyata keçirilib-keçirilməyəcəyindən asılı olmayaraq, bu potensialı başa düşmək çətin deyil.

Müasir Çin-Amerika münasibətləri təxminən yarım əsr əvvəl Sovet İttifaqı tərəfindən hər iki ölkəni özünə təhlükə görməsi ilə bağlı ümumi narahatlıq yarandıqda doğulub. Bu, köhnə zərb-məsələ uyğun dərslik idi: “Düşmənimin düşməni mənim dostumdur”.

Bu cür əlaqələr yalnız ümumi düşmənin yox olması istisna olmaqla, hər yerdə işlək ola bilərdi. Amma 1989-cu ildə Soyuq müharibənin sona çatması və 1992-ci ilin əvvəlində Sovet İttifaqının dağılması ilə ümumi düşmən buxarlandı.

Bununla belə, ABŞ-Çin əlaqələri təəccüblü sabitlik qazandı: iqtisadi fayda. Amerikalılar nisbətən ucuz Çin istehsalı olan malların böyük miqdarda satın alınmasından xoşbəxt idilər, bu əmtəələrə tələbat on milyonlarla çinlinin yoxsul kəndlərdən yeni və sürətlə genişlənən şəhərlərə köçü ilə nəticələndi.

Öz növbəsində, Birləşmiş Ştatlar daha qabaqcıl məhsulların – hələ də yerli istehsalı olmayan malların böyük Çin bazarına ixracı potensialı ilə heyranlıq duyurdu.

ABŞ-da bir çoxları güman edirdi ki, ticarət Çinə mövcud beynəlxalq nizamı qorumaqda, böyük sülhpərvər güc olmaqda kömək edəcək. Ehtimala görə, siyasi islahat iqtisadi artımı izləyəcəkdi. Bu kimi hesablamalar ABŞ-ın Çinin 2001-ci ildə Dünya Ticarət Təşkilatına daxil olmasına dəstək verməsinə gətirib çıxardı.

İndi, illər sonra Çin-Amerika əlaqələrinin təməli halına gələn iqtisadi əlaqələr getdikcə daha çox təhdid qaynağı halına gəlir. Çin, ABŞ-a milyon dollarlıq əmtəə ixrac etməklə, amerikalıların iş yerlərini itməsinə səbəb olur, gözlənildiyi kimi, öz bazarını ABŞ-a açmayıb və vəd edilən islahatlara təslim olmayıb. Bundan başqa, Çin hökuməti dövlət müəssisələrini subsidiyalaşdırmağa davam edir, əqli mülkiyyətləri ələ keçirir və xarici şirkətlərin daxili bazarına çıxmasının əsas şərti kimi Çin tərəfdaşları tapmağı tələb edir.

Bu tənqid Çinin Tramp administrasiyası tərəfindən təklif olunan bir çox vasitə ilə razılaşmadığı halda, həm ABŞ-lı respublikaçılar, həm də demokratlar tərəfindən çox geniş şəkildə dilə gətirilir. Üstəlik, tənqid iqtisadi məsələlərlə məhdudlaşmır. ABŞ-da Çinin öz sərhədlərindən kənarda artan iddiaları ilə bağlı narahatlıq güclənir. “Bir Kəmər-Bir Yol” təşəbbüsü inkişaf proqramından daha çox Çin təsirini genişləndirmək üçün geoiqtisadi vasitələr kimi görünür. Pekinin Cənubi Çin dənizinə geniş iddiaları və orada hərbi bazalar yaratması bölgədə təxribat tək nəzərdən keçirilir.

Çinin daxili siyasi inkişafı da müşahidəçiləri məyus edib. Başçılıq dövrü məhdudiyyətinin ləğv edilməsi və prezident Si Zinpinin güc konsentrasiyası çoxları üçün xoşagəlməz bir sürprizdir. Müxalifətin yatırılması (Sinin korrupsiyaya qarşı mübarizə üsulu kimi), vətəndaş cəmiyyətinə təzyiq və Qərbi Çində uyğur və Tibet azlıqlarına qarşı repressiya ilə əlaqədar digər narahatlıqlar var.

Nəticədə, rəsmi Pekin barədə, Rusiya kimi, strateji rəqib tək danışılır.

Bütün bunlar bizi nüvə silahları və uzun mənzilli raketləri olan Şimali Koreya məsələsinə qaytarır. Çin tərəfindən özü üçün deyil, rəqiblərin regional maraqları üçün təhlükə kimi qiymətləndirilən Şimali Koreyaya.

Çin regional ticarəti pozan və öz sərhədindən axan milyonlarla qaçqına səbəb ola biləcək qarşıdurma istəmir. Belə bir müharibənin Amerikanın strateji orbitində möhkəm birləşmiş Koreya ilə bitəcəyindən qorxur. Yaponiya və digər qonşularının nüvə silahlarını inkişaf etdirməsini istəmir. Çin hökuməti Cənubi Koreyanın raket əleyhinə müdafiə sisteminə də qarşı çıxır.

Ağ Ev Amerika şəhərlərinə nüvə başlıqlarını çatdırmağa qadir olan uzun məsafəli raketlərə malik Şimali Koreyanın kölgəsində yaşamaq istəmir. Eyni zamanda, ABŞ-ın bahalı sərt tədbirlərlə, müharibə iştahası yoxdur.

Beləliklə, Çin və ABŞ diplomatiyası istənilən ABŞ-Şimali Koreya sammitinin uğurlu olmasını təmin etməkdə şərikdirlər.

Amma Çinlə bağlı əsas sual budur: o, Şimali Koreyanın nüvə və raket proqramları üzərində mənalı sərhədlərin qəbul edilməsi üçün kifayət qədər təzyiq göstərməyə hazırdırmı?

ABŞ-la bağlı sual: Ağ Ev Koreya yarımadasında nüvə vəziyyətinin sabitləşdirən diplomatik nəticəni qəbul etməyə hazırdırmı? Əlbəttə, yaxın gələcəkdə bu məsələyə bir daha qayıtmadan…

ABŞ-Şimali Koreya zirvəsi nə ABŞ-a, nə də Çinə fayda gətirəcək bir böhranı önləyib, hər iki ölkədə Çin-Amerika əməkdaşlığının dəyərini xatırladıb.

Regional və qlobal problemləri həll etmək üçün dünyanın iki böyük gücünün birgə işləmə nümunəsi yeni əsrdə ikitərəfli münasibətlərin növbəti dövrü üçün təməl ola bilər.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə