XƏBƏR LENTİ

04 Mart 2021
03 Mart 2021

Digər Xəbərlər

08 İyun 2018 - 04:35

ABŞ VƏ RUSİYA GENERALLARI YENİDƏN GÖRÜŞÜR –Bakını bu dəfə Helsinki əvəzləyib

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Jozef Danford iyunun 8-də Helsinkidə rusiyalı həmkarı Valeri Gerasimovla görüşəcək.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, ABŞ və Rusiyanın hərbi qurumları ABŞ Birləşmiş Qərargahlar rəisi general Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında nəzərdə tutulmuş bu görüş barədə rəsmi açıqlama yaymayıblar.

Finlandiya Xarici Siyasət İnstitutunun əməkdaşı STT agentliyinə deyib ki, bu görüşdən məqsəd Suriya və Ukraynadakı münaqişələrdə anlaşılmazlıqların qarşısının alınmasıdır.

Xatırladaq ki, ötən aprel ayında Gerasimov NATO Birləşmiş Komandanlığının rəisi Kurtis Skaparrotti ilə Azərbaycan paytaxtı Bakıda görüşmüşdü.