XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 İyun 2018 - 11:24

Qoca Qitə eyni vaxtda Tramp, Putin və Zinpinlə döyüşür –Avropalıları necə xilas etməli? - TƏHLİL

Gi Vernhofstadt

“Project Syndicate”

 

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dəstəkləyən əsas dəlillərindən biri Dumanlı Albionun təklikdə digər ölkələrlə – hətta Avropa ilə – daha sərfəli ticarət sövdələri əldə edə bilməsi idi. İngiltərənin xarici işlər naziri Boris Conson kimi, bir çox “Brekzit”çinin sözlərinə görə, Avropa İttifaqı üzvləri Avropa Layihəsinin bütövlüyünü müdafiə etmək əvəzinə, öz böhranlarından daha çox qayğılanır və buna görə də, “İstədiyimiz dəyişikliyin yalnız bir yolu var: Aİ-dən ayrılmaya səs verin”.

Böyük Britaniyanın Aİ üzvlüyü rəsmən sona çatmasına – “Brexit günü”ə bir ildən az vaxt qalmış Britaniya hökumətinin Aİ iqtisadiyyatının bölünməsi və fəthinə ümidləri kəsilib. Avropa İttifaqı üzvləri “Brexit” müzakirələri boyunca təsirli bir şəkildə vəhdətdə qalıblar. “Brexit”in özü qeyd edilmə üçün səbəb olmasa da, proses ən azı Avropanın güclü olduğunu göstərib.

Əslində, bir çox avropalı üçün Aİ ölümdən geri dönmüş kimi görünür. Blokun ən güclü liderlərindən olan Fransa prezidenti Emmanuel Makron və Almaniyanın baş naziri Angela Merkel yavaş-yavaş, lakin Aİ səviyyəsində uzun müddətli islahatlar aparmaq üçün bir araya gəldiklərini göstəriblər.

Bundan əlavə, İtaliyada antiinhisarçı koalisiya hökumətinin meydana gəlməsinə və Avropa daxilində populist partiyaların yüksəlişinə baxmayaraq, ictimai sorğularda Aİ-yə dəstək əvvəlki onilliklərdəkindən artıqdır.

“Eurobarometer”in son sorğusuna görə, bu gün Aİ üzvlüyünə dair bir referendum keçirilsə, avropalıların 83%-i blokda qalacaq; rekord səviyyəsində yüksək olan respondentlərin 60%-i Aİ üzvlüyünü öz ölkələri üçün “yaxşı şey” hesab edir.

Başqa sözlə desək, populizm ucbatından Aİ içərisində siyasi bölünmələr mümkün olsa da, “Brexit”in domino effektinə gətirib çıxaracağına çox az sübut var.

“Brexit” lideri Naycel Farac İtaliyanın yeni populist hökumətinin onun millətçi brendinə uyğun gəldiyini düşünmək istəsə də, Avropa populistləri Böyük Britaniyadakılara nisbətən fərqlidir. İtaliyanın yeni liderləri ölkəni Avrozonadan çıxa biləcəyini söyləməsi maliyyə bazarlarında çaşqınlıq yaratsa da, mart ayındakı seçkidən sonra keçirilən sorğularda italyanların 60-72%-i bu cür hərəkətləri dəstəkləməyəcəyini bildirib.

Ancaq son zamanlardakı sorğular Aİ-nin hazırkı trayektoriyası ilə bağlı daha çox ambivalentlik nümayiş etdirir. Vətəndaşların yalnız 32%-i Avropa İttifaqında “hər şey düzgün istiqamətdə gedir” rəyindədir, 42% blokun səhv yolda olduğunu düşünür. Daha sonra avropalıların çoxu üçün əsas məsələ Avropa İttifaqını məhv etmək deyil, onu necə inkişaf etdirməkdir.

2008-ci il maliyyə böhranı və sonrakı avro böhranının qalıcı təsirləri səbəbindən Aİ lazımi islahatları həyata keçirməyə müvəffəq olmayıb. Amma indi bunu hərəkətə keçirmək üçün bir pəncərə var, çünki Avropanın təhlükəli yeni geosiyasi reallığı, nəhayət, Aİ-də çoxlarının beyninə girib.

“Brexit”lə müqayisədə, Donald Trampın təqdim etdiyi – bloka meydan oxumadır. ABŞ prezidentinin NATO-ya nifrəti və 2016-cı il seçkilərindən əvvəl Kremllə sövdələşməsi ilə əlaqədar iddialar avropalıların artıq öz təhlükəsizliyi üçün yalnız ABŞ-a etibar edə bilməyəcəyini aydınlaşıb.

Üstəlik, Trampın Avropa İttifaqını (Kanada və Meksika kimi digər ABŞ müttəfiqləri ilə birlikdə) polad və alüminiuma yeni tariflər qoyma qərarı Avropa liderlərini ümumi təkəbbür və nifrətdə birləşdirib. Trampın ABŞ küçələrini alman avtomobillərindən təmizlənməsinə dair təklifi (bir çox “alman” avtomobillərinin məhz ABŞ-da istehsal edilməsini nəzərə almaqla) Almaniyanı digər avropalıların avtosənayesi qorumalı olduğunu dərk etməyə kömək edə bilər.

Beləliklə, Trampın tarifləri Almaniyanın böyük koalisiya hökuməti üçün – Aİ və Avrozonanın islahatına dair iddialı təklifləri ilə bağlı – Makronla görüşmək üçün mükəmməl bir imkan yaradıb. Almaniyanın Cənubi Avropa ölkələrinə ehtiyacı barədə açıq fikirli olma vaxtı da gəlib-çatıb.

Trampın “Öncə Amerika” siyasəti – köhnə dövrün çılpaq millətçiliyinə və proteksionizminə yanlış yönəldilmiş qayıdışdır. O, 73 il boyu davam edən rifah və sabitliyin təməlinə, müharibə sonrası beynəlxalq nizama birbaşa təhlükə yaradır.

Donald Tramp səpdiyi xaosu mədh edir. O, bunu beynəlxalq əlaqələrin qalibləri və ziyana uğrayanların oyunu kimi təsvir edir, xarici və ticari siyasəti heç bir mənasını vermədiyi halda, bundan vaz keçmir.

Əksinə, Aİ-dəki “modus operandi” əməkdaşlıq və kompromislərdən biridir. İndi bu iki dünyagörüşü çarpışarkən, hər biri ehtiyatlı olmadır. “Brexit” və Tramp ilə yanaşı, Rusiya prezidenti Vladimir Putinin revanşizmi və Çinin iddialılığı inkişaf edir.

Lakin, avropalı kimi, yaxşı bilirik ki, hər şeyin yenidən hərəkətə gətirilməsi üçün böhrandan yaxşı şey yoxdur. Onilliklər ərzində sərt qərarlardan çəkinmişik. İndi qərar verməliyik, Avropanın 2050-ci ildə və bu tarixdən sonra necə olmasını istəyirik…

 

Tərcümə: Strateq.az        




Yuxarı Əvvələ Ana Səhifə