XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2016 - 03:23

İŞİD: “Made in USA!” –Təhlil

İŞİD – ABŞ-ın III Dünya Savaşı törətmək layihəsi idi

226360847İŞİD Mosul və Ər-Ramadinin süqutunun deyil, ABŞ-ın planlaşdırılmış ssenarisinin məhsuludur.

Bunu biz iddia etmirik. İŞİD-in ABŞ tərəfindən yaradılması haqda Amerikanın DİA hərbi kəşfiyyat qurumu danışır. DİA-nın etiraf xarakterli  yeddisəhifəlik məruzəsi keçən həftə ortalığa çıxıb. Türkiyədəki seçkiöncəsi kampaniyaya görə sənəd diqqəti cəlb etməsə də, bir çox ölkələrdə, hər şeydən əvvəl, alman mətbuatında qəzetlərin birinci səhifəsinə çıxarılmışdı. Məruzədə İŞİD-in qəflətən necə meydana çıxması kimi “diqqəti məşğul edən” suallara, həmçinin Mosul və Ər-Ramadinin hətta heç bir müqavimətə rast gəlməyən bir ovuc cihadçı qarşısında süqutuna  ətraflı cavab verilir.

Sənəd iddia üzrə bir neçə həftə əvvəl keçirilmiş məhkəmənin qərarı əsasında informasiya azadlığı haqqında Qanun çərçivəsində dərc edilib. Haqqında danışdığımız sənədin tarixi 2012-cil avqustuna aiddir. O, “məxfi” adlandırılıb və ABŞ-ın ancaq Milli Təhlükəsizlik Agentliyi, Dövlət Departamenti, hərbi kəşfiyyat, FTB, MKİ, Müdafiə Nazirliyi, Mərkəzi Komandanlıq və bir sıra başqa qurumları arasında yayılmasına icazə verilib. Lakin faktların bir pis xasiyyəti var – günlərin birində üzə çıxmaq.

***

Ən pis halda hələ 2012-ci ildə Vaşinqtonun İŞİD-dən xəbəri var idi. Buna baxmayaraq, İŞİD-in sələflərinə – İraq “Əl-Qaidə”si və “İraq İslam Dövləti”nə hərbi və maliyyə dəstəyini davam etdirirdi. ABŞ bu qrupların yaraqlılarına təlim keçməkdə idi. ABŞ İŞİD-in inkişafını öz geopolitik məqsədləri baxımından strateji üstünlük kimi nəzərdən keçirirdi. Dəməşqin təcrid edilməsi və İranın genişlənməkdə olan nüfuzu ilə mübarizə üçün ona “subpodratçı” lazım idi. Bax, cihadçılar ona buna görə lazım idi. Buna görə ABŞ təşkilatın yaranması, inkişafı və səfərbər edilməsinə də göz yumdu.

***

Lakin bu, hələ hamısı deyil. ABŞ Müdafiə Nazirliyi “İraq İslam Dövləti”nin digər təşkilatları biləşdirib İraq və Suriyada “İslam Dövləti”ni və Şərqi Suriyada sələfi əmirliyini elan edəcəyini, ya da de-fakto yarada biləcəyini proqnozlaşdırırdı (!). Əlbəttə, Mosul və Ər-Ramadinin süqut edəcəyi kimi. Ya da bu şəhərlərin, həmçinin Rakki və Dəyr-əz-Zorun süqutunun bölgədə hansı nəticələrə gətirib çıxaracağı kimi.

Məruzə həmçinin böhranın necə inkişaf edəcəyinə nisbətdə proqnozları da ehtiva edir. Bununla bağlı qeyd olunur ki, “rejim mövcudluğunu sürdürəcək” və indiki hadisələr sonradan bir tərəfdən İran, Rusiya və Çin, digər tərədən isə Qərb, Fars körfəzi ölkələri və Türkiyənin iştirak edəcəyi “yad əllərlə mühaibə”yə gətirib çıxardacaq.

Cihadçıların fəal iştirak etdiyi müxalıifətə yardım edərək onu “mötədil” adlandıran və bu gün İŞİD-lə “döyüşdüyünü” iddia edən ABŞ, yumşaq desək, kələk gəlirdi. O özünə hesabat verirdi ki, “İslam Dövləti” yaradılacaq. Buna baxmayaraq, yardımı davam etdirirdi. ABŞ-ın bölgəsəl mövqeyi nəzərə alınsa, bu cür “doğuş” baş verməliydi. Və baş verdi. Bütün bu proqnozlar özlüyündə İŞİD-in yaradılması ilə bağlı prosesi açıqlayır. Bu, mütləqlikdən daha çox arzu olunan hadisə və ehtimalların proqnozlaşdırılmasıdır.

***

Keçən il, təxminən, bu vaxt İŞİD-in bir ovuc döyüşçüsü Mosulu tutdu. İraq ordusunun vahimə içində qaçması bütün dünyada heyrət doğurdu. Bir neçə həftə əvvəl oxşar şəkildə Ər-Ramadi süqut etdi. Bundan sonra ABŞ-la İraq bir-birini, Rusiya ilə İransa ABŞ-ı ittiham etdi. DİA-nın hesabatı, tərəflərin qarşıqlıqlı bəyanatları, ABŞ-ın bölgə maraqları və döyüş meydanında gələn xəbərlər bu fikrə aparır ki, İŞİD-in əldə edilməsi ABŞ üçün sadəcə, sərfəsiz deyil, həm də arzu olunandır.

Məruzə bir sıra konkret faktlara isnad etsə də, İŞİD-in nə dərəcədə Amerika mənşəli olması sualı mübahisəlidir. İŞİD-in tam şəkildə ABŞ-ın məhsulu olduğunu iddia etmək lovğalıqdır. Bunun nə dərəcədə fiksiya və yaxud siyasi üstüntutmanın yan məhsulu olmasını zaman göstərəcək. Güman ki, tam sükut çökəndən sonra həqiqəti biləcəyik. “Əl-Qaidə”dən Talibana qədər çoxlu islamçı qrupların meydana çıxması və inkişafına sanbalı töhfə vermiş ABŞ-ın xidmət siyahısı hamıya məlumdur. Hamı gözəl xatırlayır ki, bu qurumların əsasında ölkələrdə və regionlarda yeni dizayn yaradılırdı. Radikal islamçı qruplardan keçmişdə SSRİ-yə qarşı, bu gün isə Əfqanıstan, Liviya, Somali və Suriyaya qarşı istfadə edilir.

İbrahim Varlı

“Birgün” (Türkiyə), 03.06.2015