XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 10:19

 Putindən çox maraqlı açıqlamalar:"Mən nə dost, nə gəlin, nə bəyəm, mən Rusiya Federasiyasının prezidentiyəm"

Putin-BildRusiya prezidenti Vladimir Putin Almaniyanın məhşur Bild qəzetinə müsahibəsində maraqlı açıqlamalar verib. O, NATO-nun hökmranlıq etmək cəhdlərinin Avropadakı böhrana təsir etdiyini bildirib, Qərb sanksiyalarını “axmaq addım” adlandırıb, Rusiya iqtisadiyyatının 2017-ci ildə dirçələcəyini proqnozlaşdırıb və 2007-ci ildə onun laborador cinsindən olan Koni adlı itinin Almaniya kansleri Angela Merkeli qorxutması hadisəsini şərh edib.

Onun sözlərinə görə, əgər NATO genişlənməyə çalışmasaydı və hökmranlıq etməyə səy göstərməsəydi Avropadakı böhranlar belə kəskin xarakter almazdl: “Əgər qocaman, ağıllı alman Eqon Bar dediyi kimi etsəydilər Avropanı birləşdirən hər hansı bir yeni  nəsə yaradardılar və bu böhranlar da olmazdı. Başqa vəziyət olardı, başqa problemlər olardı. Bələkə də bu problemlər belə kəskin xarakter almazdı. Başa düşürsünüzmü?”.

Şərqi Avropa ölkələrinin NATO-ya üzvlüyü ilə bağlı sualı cavablandıran Putin əminliyini ifadə edib ki, Alyans  vaxtında bu region ölkələrinə “yox” deməklə də keçinə bilərdi: “Məgər Nizamnamədə yazılıb ki, NATO üzv olmaq istəyən hər kəsi qəbul etmək məcburiyyətindədir. Yox. Meyalarlar, şərait lazımdı. Əgər siyasi iradə olsaydı, istəsəydilər hər şey edərdilər. Sadəcə istəmədilər. Hökmranlıq etmək istədilər. Bu taxta əyləşdirlər, Bəs bundan sonra necə olacaq? İndi biz böhran vəziyyətlərini müzakirə edirik”.

Müsahibəsində Rusiya prezidenti ölkəsinə qarşı Qərb ölkələrinin Krımın Rusiyaya ədalətli birləşməsinə cavab olaraq sanksiyalar tətbiq etməsini “axmaq və ziyanlı addım” kimi qiymətləndirib: “Rusiya əhalisi çox gözəl hiss edir və ürəyi ilə başa düşür ki, nə baş verir. Napoleon bir dəfə demişdi ki, ədalətbu Allahın yer üzündə təcallasıdır. Bax Krımın Rusiyaya birləşməsi ədalətli qərardır”.

Onun fikrincə, Rusiyanın Qərb tərfdaşlarının bu qərara reaksiyası səhv idi və Ukraynın dəstəklənməsinə yox, Rusiyanın imkanlarının genişənməsinin qarşısını almağa yönəlib.

Putin bildirib ki, bu sanksiyalar Rusiya iqtisadiyyatın müəyyən məhdudiyyətlər gətirir, xüsusən Qərb bazarların çıxış məhdudlaşıb: “Bunlar neqativ faktorlardır, amma nə qədər qəribə də olsa müsbət tərəfləri də var. Neftin qiyməti yüksək olanda,  neft gəlirlərindən cari xərclər üçün istifadə etməkdən çəkinə bilmirik. Mənim fikimcə,  bizdə nef-qaz defisiti təhlükli həddə qədər artıb. İndi biz bunu aşağı salmağa məcburuq. Bu isə sağalamlaşdırır”.

Putin qeyd edib ki, Rusiya beynəlxalq hüquq normalarının vahid qaydada başa düşülməsi şərti ilə Avropa İttifaqı ilə kompomiss axtarmağa hazırdır. O, əlavə edib ki, Rusiyanın milli maraqlarının müdafiəsi onun üçün əsas vəzifə olaraq qalır: “Məndən soruşdunuz – Siz dostsunuz, yoxsa düşmən? Dövlətlər arasında münasibətlər, insanlar arasındakı münasibətlərdən bir az  başqa cür qurulur. Mən nə dostam, nə gəlinəm, nə bəyəm, mən Rusiya Federasiyasının prezidentiyəm. 146 milyon nəfər-bu insanların öz maraqları var və mən onların keşiyində durmalıyam”.

Onun sözlərinə görə, ölkələr arasında konstruktiv münasibətlər üçün tərəflər bir-birinə hörmət etməli, hər dəfə, kimlərəsə lazım olanda oyun  qaydalarını dəyişməməlidirlər.

İkili standaralrdan danışan Putin Kosovonun müstəqliyinin tanınması  və Krımın Rusiyaya biləşdirilməsini müqayisə edib. Onun sözlərinə görə, Kosovo məsələsində BMT-nin Beynəlxalq Məhkəməsinin qərarına görə, suverenlik məsələsinin həllində mərkəzi hakimiyyətin fikrini nəzərə almamaq olar. Putin bildirb ki, Kosovo müstəqilliyini bəayn etdi və onu bütün dünya tanıdı. Heç referendum keçirilmədi. Parlamentin qərarı ilə bu edildi. Krımda isə legitim parlament referendum təyin etdi, vətəndaşlar isə Rusiya ilə bilərşməyə səs verdilər: “Biz nə etdik? Biz heç kimlə vuruşmadıq, heç kimi işğal etmədik. Heç yerdə atəş açmadıq. Krımdakı hadisələr zamanı bir nəfər də həlak olmadı. Bir nəfər olsun belə!Biz silahlı qüvvələrimizi orada yerləşən 20 minlik Ukrayna hərbi qulluqçusunun vətəndaşların öz iradələrini sərbəst bəyan etməsinə əngəl olmasının qarşısını almaq üçün istifadə etdik. İnsanlar referenduma gəldilər və səs verdilər. Onlar Rusiyanın tərkibində olmaq istədilər”.

Rusiya prezidenti bilirib ki, Rusiya iqtisadiyyatının 3.8% geriləməsinə baxamayaraq, tədricən iqtisadi inkişafın bərpa olunacağına əmindirlər. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının kifayət qədər ehtiyatları var. Mərkəzi Bankın 340 milyard dollar qızıl-valyuta ehtiyatı var. Hökumətin isə hərəsi 70-80 milyard dollarlıq iki ehtiyat fondu var.

Prezident Putin bir neçə il əvvəl iti Koninin  Alaman-Rus danışıqları aparıldığı otağa girən zaman Almaniya kansleri Angela Merkelin itlərədn qorxduğunu bilmədiyini açıqlayıb. 2007-ci ildə Soçidə Merkel-Putin danışıları gedən zaman Koni otağa daxil olaraq Almaniya kanslerini qorxutmuşdu. Bir çox Qərb KİV-i Putinin bunu qəsdən etdiyini yazmışdı.

Putinin sözlərinə görə, o qətiyyən Merkelin itdən qorxuduğunu bilmirmiş, o Konini göstərərək kansleri sevindirmək istəyib. Sonra isə A.Merkelden üzr istəyib.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə