XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

15 İyun 2018 - 18:26

TÜRKİYƏDƏKİ SEÇKİLƏR VAŞİNQTONUN DİQQƏTİNDƏ –Ərdoğanın qələbəsinə Rusiya-Türkiyə-Çin ortaqlığının yaranması kimi baxılır - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi

 

ABŞ hakimiyyətinin Türkiyə ilə əlaqədar olan qurumları 24 iyun, bazar günü saat 15.00-dan etibarən seçkinin nəticələrilə bağlı öz dəyərləndirmələrini Ağ Evin aparat rəhbəri Con Kellinin önünə yollayacaqlar.

O da bunları Donald Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona verəcək.

Bolton da ertəsi günün sabahı MKİ direktoru Gina Haspelin gündəlik brifinqində seçkinin nəticələrilə bağlı Türkiyə analizini dinlədikdən sonra Xarici işlər naziri Mayk Pompeo ilə görüşəcək.

Pompeo da əlindəki bütün hesabatları bir araya gətirərək, nəticəni xülasə edən, ən çoxu, iki səhifəlik olan hesabatını Trampın önünə qoyacaq. Tramp daha uzun olan hesabatları oxumadığına görə, qısa hesabatların yazılması Ağ Evin aparat rəhbəri Con Kelli tərəfindən qayda halına gətirilib. Hesabatların daha uzun olması lazım gələn hallarda da görüntülü vasitələrdən istifadə edilir.

 

Simulyasiyalar hazırlanır

 

Bütün bu prosesin problem çıxmadan irəliləyə bilməsi, Türkiyə ilə bağlı nəticənin alındığı Vaşinqtondakı o axşamüstü üçün bəzi şəxslərin hazırlıqlı olması lazımdır. Məhz bu səbəblə, hazırda bu qurumlarda müxtəlif səsvermə rəqəmləri əsas götürülərək, mümkün nəticələrlə bağlı simulyasiyalar hazırlanır.

Hər bir nəticə üçün ayrı bir analiz çərçivəsi çıxarılır. Əsl nəticələr alındıqda onlardan hansı doğru çıxarsa, həmin analiz yenilənərək, qısa müddətdə o gün axşamüstü ortaya qoyulacaq.

 

Mövqeləri nədir?

 

Hakimiyyətin müvafiq qurumlarından kimin və ya hansı partiyanın qalib gəlməsini istədikləri haqqında, “off the record” (qeydə alınmadan – tərc.) da olsa, hər hansı bir fikir almaq mümkün olmur, sanki təlimat alıblar.

Onların nə istədiklərini söyləməmələrinə baxmayaraq, nə istədikləri onsuz da uzun müddətdir məlum olduğundan, bunu aydın ifadə edə bilirlər. Bu da rəsmi bir mövqe olaraq ortaya qoyulmur, sadəcə özəl görüşlərdə təhlil arasında söyləyib keçişdirirlər.

 

Diqqətimi çəkən analiz

 

Bu qurumlarda həm səfirlikdən gələn məlumatlar, həm də özlərinin birbaşa aldıqları məlumatlar əsasında seçki prosesi ilə bağlı xeyli detallı analizin aparıldığını anlayıram.

Misal üçün, seçki kampaniyası prosesində körpü və digər infrastruktur investisiyaları haqqında söylənənlərlə bağlı olaraq burada verilən müxtəlif şərhlər diqqətimi çəkdi.

Buradakı müvafiq qurumlarda müxalifətin bu investisiyaların həqiqi mənasını tam qavraya bilmədiyi düşüncəsi dilə gətirilir.

Onlara görə, Ərdoğanın bu cür investisiyalara öncəlik verməsi Türkiyənin xarici siyasətinin gələcəyinə yönəlik çox fərqli bir strategiya ortaya qoyur.

Buradakı şərhə görə, “Kanal İstanbul” və “üçüncü körpü” kimi investisiyalar Ərdoğanın qısa müddət içində “İpək Yolu” layihəsi çərçivəsində Çinlə böyük bir eko/strateji əməkdaşlığa getmə strategiyasını ortaya qoyur.

Buradakı mütəxəssislər bu layihədə Rusiyanın da aktiv şəkildə yer alacağını və qlobal səviyyədə Avrasiya mərkəzli, Amerikaya qarşı olan yeni, güclü bir ortaqlığın təməlinin atılacağını düşünür və Türkiyəni də bu çərçivədə anlamaqla, mövqeyinin müəyyən edilməli olduğunu söyləyirlər.

Bu səbəbdən, yaxınlaşan seçki “Bu mümkün ortaqlıq ehtimalını ən aşağı səviyyəyə endirən formul hansı ola bilər?” çərçivəsində də dəyərləndirilir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə