XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

19 İyun 2018 - 13:42

İSRAİLDƏ SABİQ NAZİR İRAN CASUSU KİMİ HƏBS OLUNUB –Keçmiş hərbi pilot Tehrana hansı sirləri satmaqda ittiham edilir? - ARAŞDIRMA

Anna Ahronhaym

“Jerusalem Post”

 

İsrail hökumətinin sabiq naziri Qonen Seqev İranın nəfinə casusluqda ittiham edilib. Bunu bazar ertəsi günü İsrailin “Şin Bet” daxili təhlükəsizlik agentliyi açıqlayıb.

Narkotik maddələr qaçaqmalçılığı, saxtakarlıq və fırıldaqçılıq ittihamı ilə əvvəllər məhkum olunmuş sabiq enerji və infrastruktur naziri müharibə zamanı düşmənə yardım etmək, İsrail dövlətinə qarşı casusluq və düşmənə kəşfiyyat məlumatları ötürmək şübhəsi ilə həbs olunub.

İyunun 15-də Qüds Dairə Prokurorluğunda iddia qaldırılıb, baş prokuror və dövlət vəkili tərəfindən təsdiqlənib.

Seqev iranlı rezidentlərə İsrailin enerji sənayesi, təhlükəsizlik obyektləri, siyasi və təhlükəsizlik orqanlarının səlahiyyətliləri ilə bağlı məxfi məlumatların təmin etmədə ittiham olunur.

“Şin Bet”ə görə, Seqev may ayında Ekvatorial Qvineyaya gəlib və burada cinayətkar keçmişi ilə əlaqədar ona ölkəyə giriş qadağası qoyulub.

Təhlükəsizlik orqanları Seqevin İran kəşfiyyatı ilə əlaqə saxladığını və İsrail dövlətinə qarşı fəaliyyətdə olduğunu sübut edən kəşfiyyat informasiyası toplayıb. İsrail polisi sonradan “Şin Bet”də istintaqı üçün onun dərhal həbs olunması və İsrailə ekstradisiyasını tələb edib.

“Şin Bet” və İsrail Polis Departamenti tərəfindən aparılan istintaq Seqevin İran kəşfiyyatının casusu olaraq işə götürüldüyünü və fəaliyyət göstərdiyini təsbit edib. 2012-ci ildə Seqev ilk olaraq Nigeriyadakı İran səfirliyinin əməkdaşları ilə tanış olub və daha sonra gizli fəaliyyətlə bağlı İrandakı işverənləri ilə görüşmək üçün iki dəfə bu ölkəyə səfər edib.

İstintaq, həmçinin zahirən biznesmen kimi görünən rezidentlər arasında mesajların şifrələməsi üçün gizli kommunikasiya sistemi əldə edən Seqevin onlarla müxtəlif ölkələrdə görüşməsi, gizli fəaliyyəti üçün istifadə edilən otellər və mənzillərdə iranlılarla görüşdüyünü aşkarlayıb.

Seqev aldığı tapşırıqları yerinə yetirmək üçün təhlükəsizlik və xarici əlaqələr sahələrinə bağlı olan İsrail vətəndaşları ilə əlaqələrini davam etdirib. “Şin Bet”ə görə, Seqev bəzi israilliləri İran kəşfiyyatı üçün ələ almağa çalışıb, onların hamısını aldatmağa və iranlıları günahsız iş adamı kimi təqdim etməyə çalışıb.

“Şin Bet” və İsrail Polis Departamentinin tələbi ilə işin digər təfərrüatları ilə bağlı məlumatlar məxfiləşdirilib.

Sabiq naziri təmsil edən vəkillər – “Qoldfarb Seliqman”ın təmsilçiləri olan Eli Zohar və Moşe Mazor bir ay əvvəl İsrailə gəldikdən sonra öz müştərilərinə dair iddianamə ilə tanış olduqlarını təsdiqləyiblər.

“Məlumatların əksəriyyəti dövlətin tələbi ilə gizli saxlanılır. Hətta bu erkən mərhələdə də icazə verilmiş olan açıqlamanın işi daha da çətinləşdiyini söyləmək mümkündür. Baxmayaraq ki, iddianamədə – tam detalları gizli qalır, – fərqli bir mənzərə ortaya çıxır”.

Seqev 1956-cı ildə İsraildə anadan olub və 1970-ci illərdə İsrail Hərbi Hava Qüvvələrində pilot vəzifəsində çalışıb, kapitan rütbəsinə çatıb. Hərbi xidmətdən sonra Negevdəki Ben-Qurion Universitetində təhsil alıb və həkimlik edib.

O, 1992-ci ildə Knessetə seçilib, hazırda mövcud olmayan müxalif Tzomet Partiyasının üzvü kimi fəaliyyət göstərib. Siyasi fəaliyyətdən imtina etməzdən əvvəl, 1994-cü ildə Yitzhak Rabin hökumətinin energetika naziri vəzifəsini tutub.

Niderlanddan İsrailə 32 min ekstazi (MDMA) həbi gətirmək cəhdindən sonra 2005-ci ildə narkotik qaçaqmalçılığı və kredit kartı fırıldaqçılığı ittihamı ilə həbs və məhkum edilib. O, beş illik cəza müddətinin iki ilini həbsdə keçirib və 2007-ci ildə azad edilib. Həblərin “M & M” olmasını söyləyən Seqevin lisenziyası İsraildə ləğv edildikdən sonra Nigeriyaya köçüb.

2016-cı ildə Seqev səhiyyə naziri Ya’akov Litzmandan İsraillə köçmək və tibbi fəaliyyətə dönmək üçün əfv xahişi edib, lakin müraciəti rədd olunub.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə