XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 İyun 2018 - 03:46

AZƏRBAYCAN MÜDAFİƏ NAZİRİNDƏN MÜHÜM AÇIQLAMALAR:"Əməliyyata başlayanda, kimdənsə icazə almayacağıq!" (VİDEO)

Xəbər verdiyimiz kimi, iyunun 20-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir qrup jurnalisti Silahlı Qüvvələrin yaranmasının 100 illiyi münasibətilə Bakı ətrafındakı “N” saylı hərbi hissənin döyüş poliqonuna toplayaraq, onların suallarını cavablandırıb.

Strateq.az bildirir ki, general-polkovnik Zakir Həsənovun keçirdiyi mətbuat konfransı kifayət qədər əhatəli açıqlamalar və düşmənə xəbərdarlıq xarakteri daşıyan mühüm bəyanatlarla diqqət çəkib.

Nazir bu mətbuat konfransında jurnalistlərin Ordumuzla bağlı ən müxtəlif səpkili suallarını ətraflı cavablandıraraq, həm düşmənin cəbhə xəttindəki və sosial şəbəkələrdəki fəaliyyətindən bəhs edib, həm Ordumuzun hazırki durumu və son vaxtlar keçirilən əməliyyatlar haqda təfərrüatlı bilgilər verib, həm də cəmiyyəti intizarda saxlayan, narahat edən bir çox məsələlərə aydınlıq gətirib.

Strateq.az Müdafiə nazirinin mətbuat konfransından hazırlanmış geniş videoreportajı təqdim edir:

Müdafiə naziri Zakir Həsənov jurnalistlərin suallarını cavablandırıb

Müdafiə naziri Zakir Həsənov jurnalistlərin suallarını cavablandırıb.Müdafiə naziri Laçına gedən yola ordumuzun nəzarət etdiyini açıqladıAzərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadirdir. Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 20-də keçirdiyi mətbuat konfransında deyib.Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə xalqımızı təbrik edən nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib.Nazir əlavə edib ki, Naxçıvanda çox uğurlu hərbi əməliyyat keçirilib: “Neytral torpaq anlayışı yoxdur. Sahibsiz torpaq da yoxdur. Bu ərazilər bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu, bizim növbəti uğurumuzdur”.Zakir Həsənov deyib ki, kütləvi informasiya vasitələri əsgər ölümləri ilə bağlı məlumatları yayarkən həssas olmalıdırlar. “Hər bir əsgər ölümü olanda biz çox ciddi sarsıntı keçiririk”, – bildirən nazir əlavə edib ki, hər dəfə hərbi qulluqçularımızın həlak olması faktı baş verəndə ciddi araşdırma aparılır: “Araşdırmalardan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri döyüş şəraitində həlak olub. Ona görə də mətbuat nümayəndələri hadisə barədə məlumat verməyə tələsməməlidirlər. Gəlin, araşdırmanın nəticəsini gözləyək. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə, tələsməyə yol vermək olmaz”.Zakir Həsənovun sözlərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrində həyata keçirdiyi islahatlar çox uğurla davam etdirilir. Əsas istiqamətlərdən biri də ordunu tam müasir, yüksək dağıdıcı gücə malik və düşməni dəqiqliklə məhv edə bilən silahlarla təchiz etməkdir: “Azərbaycan Ordusuna ən müasir silahlar alınıb və bu proses davam edir. Yaxın illərdə bu istiqamətdə görülən işlər yekunlaşacaq. Bütün döyüş maşınları yeniləndi və qalan hissəsi də yüksək səviyyədə modernizasiya edilib. Bilirsiniz ki, ordumuza yeni tanklar alınıb. Digər tanklarımız da hərtərəfli modernizasiyadan keçirilib. Bu tanklar öz funksiyalarını yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Ordumuza yeni piyada döyüş maşınları, zirehli transportyorlar, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Yeni alınan texnikalarımızı paradda görə biləcəksiniz. Xeyli sayda yeni artilleriya sistemləri alınıb. Onlar ən müasir atəş idarəetmə sistemləri ilə təchiz olunub. Bu sistemlər uzaq məsafədən dəqiqliyi ilə hədəfi məhv etməyə qadirdirlər”.“Bu islahatların əsas istiqamətlərindən biri də ordunun idarə olunmasıdır. Dünyada nadir ordular var ki, avtomatlaşdırılımış komanda sistemi ilə təchiz olunub. Bizim bütün qoşun növlərində və mərkəzi idarəetmə sistemində bu iş 90 faiz səviyyəsində qurulub. Planlaşdırırıq ki, yaxın vaxtlarda bu işi yekunlaşdıraq. Biz artıq bu sistemdən istifadə edirik. Nazirliyin rəhbər heyəti, əsas, ehtiyat idarəetmə məntəqəsi, qoşun növləri, Hava Hücumundan Müdafiə Qoşunları, artilleriyanın avtomatlaşdırılmış idarəetmə sistemi artıq istifadə olunur və bu iş yekunlaşır. Biz bütün bunları ümumi idarəetmə məntəqəsinə yerləşdirmişik və ordunu bu ən müasir sistemlə tam şəkildə idarə edirik. Bu, çox böyük islahatdır”, – nazir qeyd edib.

Gepostet von Təbliğat və Maarifləndirmə am Mittwoch, 20. Juni 2018