XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 İyun 2018 - 00:40

TÜRKİYƏDƏ SEÇKİ: ƏRDOĞAN VƏ PARTİYASI TARİXİ ZƏFƏR QAZANDI –5 partiya BMM-də təmsil olunacaq

Türkiyədə keçirilən seçkilərin rəsmi nəticələri elan olunub.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, seçicilərin 87.42 faizinin iştirak etdiyi prezident və parlament seçkilərində səslərin 99 faizə yaxını sayılıb.

Beləliklə, prezident seçkiləri üzrə açıqlanan rəsmi nəticələr aşağıdakı kimidir:

  1. Ərdoğan – 52.51
  1. Muharrem İncə – 30.73
  1. Səlahəddin Dəmirtaş – 8.31
  1. Meral Akşener – 7.36
  1. Temel Karamollaoğlu – 0.89
  1. Doğu Perinçek – 0.20

Parlament seçkiləri:

Cumhur ittifaqı:

AKP – 42.43

MHP – 11.15

Millət ittifaqı

CHP – 22.72

Səadət – 1.36

İYİ – 10.05

HDP – 11.55

Digərləri – 0.56

Qeyd edək ki, hazırkı nəticələrə görə, 600 nəfərlik Böyük Millət Məclisində AKP 295, MHP 48, CHP 147, İYİ 43, HDP isə 67 deputat mandatı qazanıb…

Onu da qeyd edək ki, Türkiyənin iri şəhərlərində – Ankara, İstanbul və Trabzonda Ərdoğan və partiyası ciddi fərqlə üstünlük qazanıb. CHP və namizədi İncə isə İzmirdə mütləq qələbə əldə edib.




Yuxarı Əvvələ Ana Səhifə