XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2016 - 12:00

Səudiyyə-İran müharibəsinin əsas toqquşma ocaqları: Suriya və Bəhreyn – Təhlil

hizbullah-1Səudiyyə-İran müharibəsinin necə olacağı haqda yazmağımı xahiş edərkən, əvvəlcə oxuculardan xahiş etmək istədim ki, ətrafa boylansınlar, çünki müharibə artıq gedir. Yazıçı-fantast Uilyam Gibsonun qeyd etdiyi kimi, “gələcək artıq gəlib, sadəcə hələ qeyri-bərabər paylanıb”.

Səudiyyə Ərəbistanı və İran artıq Yəməndə, Suriyada, Bəhreyndə, həmçinin Səudiyyə Ərəbistanının şiə Şərq əyalətində bir-birinin əlaltısını, müşavir və hərbçilərini öldürür.

Gələcək hamımıza tanışdır. Mübarizə zaman-zaman əndazəsindən çıxaraq birbaşa kəskin toqquşmalara səbəb olub mövcud arşınlar üzrə güclənəcək, sonra isə öz məcrasına dönəcək və özgə ərazisində özgə əllərlə müharibə qanunları üzrə gedəcək. Bu dövlətlər arasında bu cür vasitəli müharibə artıq çoxdan üstünlük verilən üsuldur. İran rəhbərliyi İrana qarşı səkkizillik fəlakətli savaşdan sonra Livan “Hizbullah”ı, İraqın şiə yaraqlıları, həmçinin HƏMAS kimi öz əlaltıları və etibarlı şəxsləri vasitəsilə hərəkət etməyə üstünlük verir.

Demək olar ki, bütün tarixi boyu güclü ordusu olmayan Səudiyyə Ərəbistanı da öz düşmənlərinə, deyək ki, 1962-1970-ci illər vətəndaş müharibəsinin gedişində Misirin Yəməndəki işğalçı güclərinə və Əfqanıstanda Sovetlərlə ağrılı zərbələr endirib özgə əliylə müharibə aparmağı daha üstün tutur. İran və Səudiyyə Ərəbistanı elə etməyə çalışır ki, onların əvəzinə başqaları döyüşsün və həlak olsun.

İranın şiə yaraqlılarına fəal dəstəyi yaxşı sənədləşdirilib. Livan “Hizbullah”ı İsrailə qarşı  İran qisasının başlıca silahına çevrilib, bu qurum son zamanlar isə Tehranın çağrışına hay verdi və Bəşər Əsədin rejimini müdafiə etdiyi Suriyaya etibarlı quru qoşunu göndərdi. Livan “Hizbullah”ı hansısa sıravi partizan hərəkatı deyil, çünki onun Təl-Əvivə zərbə endirə bilən “Zilzal-1” raketləri var. Bu qurum tank əleyhinə güclü müasir raket cəbbəxanasına və İsrail tanklarını məhv etməyi bacaran deşici partlayış qurğularına sahibdir. İran həmçinin “Hizbullah”a 2006-cı ildə İsrailin döyüş gəmisini zədələyən gəmi əleyhinə müasirS-802 raketləri tədarük edib, bu yaxınlarda isə onu gəmi əleyhinə daha mükəmməl “Yahont” raketləri ilə təchiz edib.

Görünür, İran hazırda öz müttəfiqlərindən şiə husiləri də S-802 raketləri ilə təchiz edib, onlar isə Yəməndə Ər-Riyadın başçılıq etdiyi müharibənin gedişatında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbi gəmilərinə hücum zamanı bunlardan istifadə edirlər. Husilər ABŞ-ın tədarük etdiyi tankları və digər zirehli texnikanı böyük miqdarda məhv edərək Səudiyyə ordusuna ağır itkilər gətirir. Onlar bu zaman İranın tədarük etdiyi tank əleyhinə idarə edilən raketlərdən istifadə edirlər.

İranın əlaltıları Səudiyyə Ərəbistanının güneyində ərazilər tutur və krallığın dərinliklərində yerləşmiş hərbi bazalara “Skad” raketləri buraxırlar.

Tehran İraqda döyüşən yaraqlılara aviasya dəstəyi verir, həmçinin  onlara artilleriya sistemləri, radio-elektron mübarizəsi vasitələri və tibbi təminat tədarük edir. Bu gün İraqda əsas döyüş gücü olan “Bədr”təşkilatı İran-İraq müharibəsinin gedşində İran ordusunun hərbi birləşməsi qismində vuruşurdu. “Bədr” hazırda İraqın daxli işlər nazirliyinin ən böyük, sayı yarımmilyon nəfər təşkil edən təhlükəsizlik orqanına başçılıq edir. Şiə yaraqlılarından onların hamisini – İslam İnqilabının keşikçiləri Korpusunu (İİKK) çox xatırladan döyüşkən qanad təşkil edilib.

Hazırda bölgənin iki əsas dövlətində fəal şəkildə “hizbullahlaşma” prosesi gedir. Səudiyyə Ərəbistanında ən böyük təşvişi bu durum doğurur ki, İran bloku Bəhreyndən və krallığın neftlə zəngin, əhalisinin əksəriyyətini şiələr təşkil edən Şərq əyalətindən keçən artıq çoxdankı “qırmızı xətlər”ə etinasızlıq göstərir. Səudiyyə Ərəbistanı və BƏƏ 2011-ci ildə Bəhreyn kral ailəsini ərəb baharı üsyanından müdafiə etmək üçün xeyli sayda tank və zirehli maşın göndərdi. Görünür, bu qətiyyətli addım ABŞ-da səudiyyəli səfir Adil Cubeyri öldürməyə uğursuz cəhd göstərən İranı çaşdırdı.

İran keçən il Bəhreyndə və Səudiyə Ərəbistanının Şərq əaylətində daha da ehtirasla və düşüncəsiz hərəkət etməyə başladı. “Bədr”in İraq bölməsi olan “Kətaib Hizbullah” qruplaşmasından şiə yaraqlıları Bəhreyn və Şərq əyalətində İran dəstəyindən yararlanan özəklərlə əməkdaşlıq edirlər. Onlar Səudiyyənin hərbi repressiyalarından özünümüdafiə imkanları vermək üçün oradakı yerli şiələrə tamamilə aşkar şəkildə xeyli miqdarda müasir, fuqas tipli partladıcı qurğular daşıyırlar. Tehran taktikasının bu cür dəyişilməsi Səudiyyə Ərəbistanı hökumətinin bu günlərdə Şərq əyalətindən dissidentşeyx Nimr əl-Nimri edam etmək qərarının səbəblərindən biri oldu.

Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər sünni ölkələri bugünkü hərc-mərclikdən hələ xeyli öncə onların nəzarətində olan oyuncaq güclər şəbəkəsini yaratmağa başlamışdı. Fars körfəzi ölkələrindən ilk böyük hərbi yardımı Səudiyyə Ərəbistanının dəstəyindən istifadə edən Livan hökuməti aldı.BƏƏ 2007-ci ilin mayında ora tam silahlandırılmış, heyətlə bərabər doqquz SA-342L Gazelle döyüş helikopteri göndərdi. Məqsəd “Əl-Qaidə” ilə bağlı olan, Tripolidə qaçqın düşərgəsindəki “Fəth əl-İslam” qruplaşmasını məhv etmək idi. Bundan bir il sonra – 2009-cu ildə Səudiyyə kralı Birləşmiş Ştatları İranı bombalayıb “ilanın başını əzməyə” çağıranda Ər-Riyad Yəmənin quzeyində husilərə qarşı hərbi kampaniyaya başladı. Nəticədə 137 səudiyyəli hərbçi həlak oldu. Yekunda Səudiyyə Ərəbistanı, İordaniya və BƏƏ husilərlə vuruşan yaraqlıları pul, zirehli maşın və silahla təchiz edərək onlara təlim keçməyi kəskin şəkildə gücləndirdi.

Fars körfəzi ölkələri və Pakistan, Somali tipli digər müttəfiqlər hazırda Səudiyyə Ərəbistanına husilərə qarşı hərbi kampaniya aparmaqda yardım etmək üçün Yəməndə oyuncaq güclər yaradır.

Bundan sonra nə olacaq? Səudlar və iranlılar bir-birinin dözümünü yoxlamaq istəyir, ifrat tədbirlər sərgiləyəcəklər, lakin məsələ qarşılıqlı şəkildə məhvədək gedib çıxmayacaq. İran Şərq əyalətində və Bəhreyndə iğtişaşlar törətməyə başlayacaq, həmçinin husilərin sahil raket batereyalarını möhkəmlədib Yəməndən avadanlıqların dəniz tədarükünə mane olmağa cəhd edə bilər.

Səudiyyə-İran müharibəsində növbəti mərhələ Suriyada yad əllərlə savaşın fəallaşdırılması olacaq. Ər-Riyad Tehrana qarşı əsas döyüşü orada aparmaq niyyətindədir. Səudiyyə Ərəbistanınınkeçmiş xarici işlər naziri, şahzadə Səud əl-Feysəl hələ 2012-ci ilin martında “Suriya müxalifətinin silahlandırılması borcumuzdur” siqnalını vermişdi. Üsyançılar səudların, qətərlilərin və türklərin dəstəyi ilə tank əleyhinə raketlərdən istifadə etməklə Suriyanın quzey-qərbində Əsədin tank ordusuna ciddi ziyan vurublar. Növbəti addım zenit-raket komplekslərinin tədarükü ola bilər.

Görünür, ABŞ-ın başçılq etdiy koalisiya Suriyada Fəratdan qərbə sarı əxlaqi planda çoxmənalı müharibə aparmaq istəmir. Burada İŞİD və Əsədlə vuruşan başlıca qüvvə Qərb ölkələrinin əməkldaşlıq edə bilmədiyi radikal sələfilərdir. Lakin Səudiyyə Ərəbistanı öz müttəfiqləri ilə artıq beş ildir ki, Yəməndə bununla məşğul olur və indi Fəratdan qərbə doğru müharibəni öz əlinə ala bilər. Təəssürat yaranır ki, Ər-Riyad “Ərəbistan yarımadasındakı əl-Qaidə”ni İranın dəstəklədiyi Yəmən husilərilə müqayisədə zəif şər hesab edir. Suriyanın qərb hissəsində İŞİD-in “mötədil fraksiyaları”na və “Cəbhət ən-Nusrat”a da eynilə bu cür baxmağa başlaması üçün daha nə qədər vaxt keçməlidir?

Nə Səudiyyə Ərəbistanı, nə də İran bir-biri ilə açıq müharibə aparmaq niyyətindədir. Səudiyyənin varis şahzadəsi və müdafiə naziri Muhəmməd ibn Salman bunu bu günlərdə “çox böyük fəlakət” adlandırdı. Lakin sərhədyanı toqquşmalar, sahilyanı və Fars körfəzinin neytral sularında münaqişələr potensialı həmişə mövcuddur. Ümumi qaz yataqları və mübahisəli adalar toqquşmaların aşkar nöqtələri  ola bilər. İran öz raketlərini Fars körfəzinin sahillərində və dəniz yollarında getdikcə daha çx sınaqdan keçirdə bilər. Hər iki ölkə bir-birinin səbrini yoxlayıb sınamaqla hava gözətçiliyinə başlaya bilər. Səudiyyə yaxalayıcısı 1984-cü ildə İranın iki qırıcısını vuranadək İran-İraq müharibəsi vaxtı “Fəhd xətti” deyilən ərazidə artıq bu cür olmuşdu. İran (və yaxud Fas körfəzi ölkələri) gəmiləri saxlayıb və hətta bir-birinin ticarət yollarında mina qurmaqla qorxutma və qisas taktikası tətbiq edə bilər. (İran artıq 1980-ci illərdə bu cür üsullardan faydalanıb.) Bundan başqa, tərəflər tamamilə inkar etməklə bir-birinə qarşı kibernetik hücumlar təşkil edə bilər.

Qarşıdakı illərdə hansısa anda hər iki tərəfdən hesabda səhv görə bilərik və qısamüddətli, lakin güclü hərbi toqquşmaya apara bilər. Bu, həyəcan siqnalı olacaq. Bu gün İran və Səudiyyə Ərəbistanı İran-İraq müharibəsi dönəmindəkindən daha qüdrətli silahlanma vasitələrinə sahibdir. Səudiyyə Ərəbistanı və onun əsas müttəfiqi BƏƏ-nin müasir hərbi-hava qüvvələri HHM-nin təsir zonasından kənar yüksəkdədiqlikli döyüş sursatından istifadə etməklə praktik olaraq bütün liman qurğularını, neft terminallarını və İranın ən mühüm müəssisələrini məhv etməyə qadirdir. İran Fars körfəzinin sahil xətlərinə müxtəlif tipli idarə edilməyən raket yağışı yağdırar və idarə edilən uzaqmənzilli raketləri ilə biriklənmiş zərbə endirə bilər.

Birləşmiş Ştatlar 1988-ci ildə “”Dəvədəlləyi” əməliyyatı keçirdərək İranın hərbi-dəniz qüvvəsini cəmi bir döyüş gününə məhv etdi. Lakin bu gün birgünlük və yaxud ikigünlük “düymə müharibəsi” hər iki tərəf üçün öz münaqişələrini əlsiz-ayaqsız üçüncü tərəfin əraziləri ilə məhdudlaşdırıb birbaşa toqquşmadan yayınmağın nə qədər önəmli olduğu haqda xatırlatmadır.

 

Maykl Nayts

Foreign Policy (ABŞ), 12.01.2016 




Yuxarı Əvvələ Ana Səhifə