XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2016 - 09:33

Obama Çin və Rusiyaya meydan oxudu – “Beynəlxalq birliyin lideri ABŞ-dır”

Obama-Konqress-11ABŞ prezidenti Barak Obama Rusiya və Çinə bir daha meydan oxuyub.

Konqresə hesabat-məruzəsində  Obama Amerikanın qlobal liderliyi ilə bağlı  çox iddialı danışıb. O qeyd edib ki,  beynəlxalq birlik öz lideri kimi Rusiya və Çini deyil, ABŞ-ı görür.

Röyter agentlyinin məlumatına görə, Obama siyasətçilərin indiki nəslinə özlərindən sonra sülh və stabil planet miras qoymağa çağırıb. O, əlavə edib ki, bu məqsədə çatmaq mümkündür.

Obama, həmçinin bildirib ki, Rusiya Ukrayna və Suriyada öz təsir imkanlarını itirir. Rusiya iqtisadiyyatının kiçilməsinə baxmayaraq, bu ölkələrdə təsir imkanları saxlamaq üçün Moskva resurslar sərf edir. ABŞ isə Ukraynaya demokratiyanı müdafiə etməyə yardım edir.

ABŞ pezidenti Konqresi İŞİD-ə qarşı mübarizə üçün Amerika hərbi qüvvələrindən ölkədən kənarda istifadə olunmasına  icazə verən qanunun qəbuluna çağırıb: Əgər Konqres bu müharibəni udmaq istəyirsə və bütün dünyadakı həbiçilərimizə mesaj vermək istəyirsə, onda siz, nəhayət ki, Silahlı Qüvvələrin İŞİD-ə qarşı istifadəsinə icazə verməlisiniz”.

Obama Amerikanın qlobal liderliyi ilə bağlı  da iddialı danışıb. Onun sözlərinə görə, beynəlxalq birlik öz lideri kimi Rusiya və Çini deyil ABŞ-ı görür: “Çox vacib beynəlxalq məsələlərlə bağlı dünyadakı insanlar onları öz arxasınca Pekinin, yaxud Moskvanın aparmasını istəmirlər, onlar bizi çağırırlar”.

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton lider mövqelərini saxlamalıdır, amma  “dünya jandarmı” olmamalıdır. ABŞ digər dünya ölkələrinə laqeyd yanaşa bilməz: “XXI əsrdə ABŞ-ın lider mövqeyi o demək deyil ki,  dünyanın digər hissəsinə laqeyd yanaşılmalıdır”.  Onun fikirincə, liderlik hərbi gücdən rasional istifadə olunması və dünya birliyini öz arxasınca düzgün istiqamətə aparmaqdır.

Obama bir daha “ABŞ-ın dünyanın ən qüdrətli dövləti olduğunu” vurğulayıb. O bildirib ki, “ABŞ öz hərbi qüvvələrinə onun arxasınca gələn 8 ölkənin birgə xərclərindən daha  çox vəsait xərcləyir.

Strateq.az