XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 12:45

Ollandın Bakı səfəri: Onun “soyqırım” ziyarəti Parisin iqtisadi maraqlarına TƏHLÜKƏ yaradır –TƏHLİL

Olland.jpg

Fransa prezidenti Fransua Olland İrəvanda qondarma “erməni soyqırmı” mərasimində işiriak etdikdən sonra aprelin 25-də Bakıya gələcəyini rəsmən açıqlayıb. İlk baxışdan bu qərar təəccüblü görünə bilər. Azərbaycanın strateji müttəfiqi və qardaş dövləti Türkiyə ilə birgə siyasi təzyiq aləti saydığı qondarma “soyqırım”la bağlı sərt mövqeyinin ortada olduğu bir zamanda Ollandın qəfil Bakı səfəri nəyin göstəricisidir?

Olland niyə Bakıya gəlir?

Siyasi ekspertlər bu səfərin Qarabağ danışıqları ilə bağlı Minsk Qrupuna müəyyən dəstək olduğunu vurğulayırlar. Paris bu münaqişənin həllində ədalətli görünmək istəyir.

Amma bu səfərin məramı təkcə bununla bitmir. Ollandın səfərini zəruri edən səbəblərdən biri, ilk növbədə, ölkəsinin iqtisadi maraqlarıdr. Erməni matəminə ağlamaq öz yerində, amma Paris özünün biznes maraqlarını göz yaşı ilə islanmış dəsmala da qurban verə bilməz.

Fransa – Ermənistan münasibətlərinin əsasının orada yaşayan ermənilərin mənəvi bağları və siyasi iddaları üzərində qurulduğu sirr deyil. Bu, uzun illərin “siyasi tablosudur”. SSRİ-nin mövcud olduğu zamanlarda fransız siyasətçiləri seçkiqabağı “erməni kartı” ilə daxili siyasi prosesləri yönləndirirdilər. Son 25 ildə Türkiyənin güclənərək söz sahibinə çevrilməsi, müstəqil Azərbaycan dövlətinin dünya siyasi arenasına çıxması ilə “erməni kartı” rəsmi Paris üçün onun iqtisadi maraqlarına əngəl olan bir amilə çevrilməkdədir.

Dünyada davam edən hazırkı iqtisadi böhran Avropanın sosial sistemini zədələdiyi göz önündədir. ölkələr bütün təmtəraqlı şüarları bir kənara ataraq özlərinə sərf edən iqtisadi müqavilələrini bağlamaq üçün təbii ehtyatları bol olan ölkələrlə yaxşı əlaqələrin qurulmasına can atırlar.

Fransa da bu baxımdan istsina deyil. Cənubi Qafqazda söz sahibi olmaq istəyən Paris üçün Azərbaycan -Fransa əlaqələri dailm priroritet olan məsələdir. İki ölkə arasında siyasi əlaqələrin çağdaş tarixi bunu aydın göstərir. Qarşılqılı münasibətlərin son 10 ilinə baxdıqda Bakı ilə Paris arasında yaxşı ənənələrə əsaslanan siyasi-iqtisadi müstəvinin formalaşdığını söyləmək olar.

2014-cü ilin mayında Bakıda səfərdə olan Fransua Olland iqtisadi əlaqələrin göstəricilərindən məmnunluğunu gizlətməmişdi. Doğurdan da ürəkaçan rəqəmlərdir: İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 4 milyard avroya yaxınlaşıb, bu gün Azərbaycanda 30-dan çox fransız şirkəti fəaliyyət göstərir. Fransa hətta 2011-ci ildə Azərbaycanla ticarət əlaqələrində 2-ci yerdə olub. Hazırda “beşlik”dədir.

Bundan başqa, Fransa 1,75 milyard avroya neft alışı ilə Azərbaycanın 3-cü neft alıcısı olub. 2008-ci ildə Azərbaycana ixracat 150 milyon avro təşkil edib. 2012-ci ildə isə yüksələrək 164,9 milyon avro təşkil edib və Azərbaycana ixrac edən ölkələr arasında Fransa 10-cu yeri tutub. Fransanın idxalı 2012-ci ildə 1,76 milyard avro təşkil edib, ondan əvvəlki il isə 3,15 milyard avro olub.

Fransanın əsas iqtisadi uğurlarından biri də enerji sahəsində Azərbaycanla imzaladığı müqavilələrdir. 2009-cu il fevralın 27-də “Total” şirkəti Xəzərin Azərbaycan sektorunda “Abşeron” strukturunun birgə kəşfiyyatı və işlənilməsinin əsas prinsipləri haqqında PSA tipli müqavilə imzalayıb. Burada “Total”ın iştirak payı 40%-dir. Müqavilə çox ümidverici olub. Sonralar GDF Suez şirkəti 20% pay iştirakı ilə konsorsiuma qoşulub.

2008-ci il dekabrın 15-də fransız CNİM şirkəti Bakıda dəyəri 346 milyon avro olan zibil emalı zavodunun tikib (2012-ci ilin dekabrında işə salınıb). Zavodun 20 il ərzində istismarı (350 milyon avro) barədə müqavilə imzalayıb. Bu fransız müəssisəsinin Qafqazda imzaladığı ən mühüm müqavilədir.

Amma Fransa dost saydığı Ermənistanla iqtisadi əlaqələrinə görə göz yaşı tökə bilər. Ermənistan Statistika Komitəsinin rəsmi məlumatlarına görə, Fransa ilə Ermənistan arasında ticarət dövriyyəsi 2013-cü ildə 52 milyon dollar olub. Bunun cəmi 4 milyonu eksport malları olub. 47 milyon dollar isə Fransadan idxal olunan mallardır. Ermənistanda olan Fransa investisiyalarının 74 faizi telekommunikasiya sisteminə yönəldilib. Fərq göz önündədir.

Ollandı Bakıya sürükləyən vacib detal!

Ollandın Bakıya səfərini şərtləndirən mühüm amil də var. 2014-cü ilin mayında Azərbaycanda rəsmi səfərdə olan Fransua Olland buradakı çıxışları zamanı maraqlı bir detala toxunub. Fikrimizcə, bu amil Azərbaycanı Fransa üçün mühüm tərəfdaş kimi yerini müəyyən edir.

Bakıdakı çıxışında Olland “Fransa-34” sənayeləşmə planını tərtib etdiklərini demişdi. Və əlavə etmişdi ki, bu planı dost ölkələrlə birgə həyata keçirmək fikrindədirlər. “Azərbaycan kimi böyük inkişafda olan ölkələrlə də uzunmüddətli tərəfdaşlıq qurmalıyıq. Bu işlə məhz bu gün məşğuluq, yəni, uzunmüddətli strategiyanı müəyyən edirik”-deyə Fransa prezidenti vurğulamışdı.

“Fransa-34” planı nədir? Fransa hökümətinin 2013-cü ildə təntənəli şəkildə elan etdiyi bu plana əsasən qarşıdakı 10 ildə sənayenin inkişafı proqramlaşdılırb. Bu plan Fransanın dünyada sənayeləşmə mövqeyini bərpa etməlidir. Plan yeni texnologiyalar sahəsində 34 konkret layihədən ibarətdir və nəhəng dövlət investisiyası cəlb etmədən, özəl sektorla əlaqəli işləyərək qarşıdakı 10 illikdə ölkədə 475 min iş yeri yaradılmasına hədəflənib. Burada 3 strateji istiqamət birləşdirlib: Yeni enerji sahəsi, səhiyyə və rəqəmsal texnologilyalar. Fransa bununla bağlı yeni və etibarlı bazarların əldə olunması üçün bütün səyini ortaya qoyub.

Təsadüfi deyil ki, Olland ötən il Bakıda çıxışı zamanı enerji layihələrini xüsusi vurğulayaraq qeyd etmişdi ki, Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsi prosesində tərəfdaşlıq edə bilər.

“Enerji mənbələrini şaxələndirməliyik. Siz də istiqamətlərinizi şaxələndirməlisiniz. çünki hər zaman işləri əvvəlcədən planlaşdırmaq lazımdır. Bu halda, biz Azərbaycana yardım etməyə və öz texnologiyalarımızla enerji inkişafınızı, hətta nüvə enerjisi, bərpa olunan enerji sahəsində tərəqqinizi təmin etməyə hazırıq”-deyə Olland bildirmişdi.

İndi belə ciddi iqtisadi layihələrin ortada olduğu zamanda siyasi səhvə yol verməmək üçün Paris bütün gedişlərə hazırdır. Ollandın İrəvana gəlişi Paris erməniləri arasında onun siyasi etimadını artırsa da, fransız işgüzar dairələrinin, özəl sektorunun bağlanacağına ümid etdiyi bahalı müqavilələri təhlükə altına atır. Fransa prezidenti bunun fərqindədir.

Odur ki, Dağlıq Qarabağ üzrə danışıqlarda ölkəsinin mühüm məsuliyyətini etiraf edən Olland bir tərəfdən bu səfərlə özünün “barışıq tərəfdarı” olduğunu göstərmək istəyirsə, digər tərəfdən “soyqırım ziyarətinin” Azərbaycan kimi mühüm və əhəmiyyətli dövlətlə münasibətlərində siyasi-iqtisadi diskomfort yaradacağının fərqindədir.

Odur ki, Fransa prezidenti gözlənilən səfərində ə
sas diqqəti nümayişkaranə şəkildə Dağlıq Qarabağ probleminin həlli üçün Parisin “sülh mələyi” olmasına yönəldir. Əslində bu reverans Parisin Cənubi Qafqaz regionunda əsas dövlət olan Azərbaycanla nəzərdə tutulan iqtisadi layihələri üzərinə şübhə izinin düşəcəyi qorxusudur. Bütün bunlara aydınlıq gətirmək üçün Fransua Olland Bakıya gəlməyi və Azərbaycan prezidenti İlham Əliyevlə “tet-a-tet” danışmağı planlaşdırıb.

Xaqani SƏFƏROĞLU

Strateq.az