XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2018 - 23:39

NİYƏ İRANIN ALİ LİDERİ AMERİKA İLƏ BİRBAŞA DANIŞIQLARIN ƏLEYHİNƏDİR? –O, tarixin yaddaşında antiimperialist kimi qalmaq istəyir - TƏHLİL

Səid Qolkar

“Əl-Cəzirə”

 

“Vaşinqton Post”un 13 iyun tarixli məqaləsində ABŞ-ın keçmiş səfiri Zalmay Xəlilzad bildirib ki, Tramp administrasiyasının İrana yanaşması – nüvə sazişindən çıxma və sarsıdıcı sanksiyaların tətbiqi – Tehran rəhbərliyini danışıqlar masasına gətirməyə imkan yaradır.

Bu ideyanın arxasında duran məntiq təkcə “ən yüksək səviyyəli” iqtisadi sanksiyaların qoyulması ilə, İranın yalnız Yaxın Şərqdəki fəaliyyətinə maneə törətmək deyil, həm də dolanışıq-güzəran çətinlikləri ilə rejimin sabitliyini sarsıda biləcək kütləvi etirazlar doğurmaqdır.

Məlum yanaşma Obama administrasiyası dövründə sınaqdan çıxarılıb, nəticədə, 2013-cü ildə İran danışıqlar masası arxasında oturub və 2015-ci ildə prezident Həsən Ruhani ilə nüvə razılaşması imzalanıb.

Ancaq ABŞ prezidenti Donald Trampın nüvə razılaşmasından çıxmaq qərarından sonra bunun yenidən baş verə biləcəyi ideyası bədbin və səhvdir. Çünki İrandakı sərt tənzimçilər Tramp administrasiyası ilə birbaşa danışıqlarda maraqlı deyil.

Şimali Koreya lideri Kim Dzyan Indan fərqli olaraq, Ayətullah Əli Xamnəi rejimini qanuniləşdirmək üçün ABŞ-a ehtiyac duymur və əslində, amerikalılarla danışıqlar tam əks səmərə verə bilər. Bu, onun yerli ritorikasını yalançı çıxarmaqla yanaşı, “ev”də və xaricdəki tərəfdarlarını özündən uzaqlaşdırar.

Ayətullah Xamnəi həmişə ABŞ və onun xarici siyasəti barədə şübhə ifadə edib. Hətta 2015-ci il müqaviləsinin imzalanmasından sonra belə o, xəbərdarlıq edib ki, hər hansı gələcək danışıqlara maneə törədəcək. ABŞ-ın nüvə razılaşmasından çıxması isə Xamnəinin Vaşinqtona etibar edilməyəcəyinə dair iddiası üçün lazımi sübut idi.

Xamnəinin antiamerikaçılığı onun siyasi apelyasiyasının əsas komponentidir. Qərbin İslam Respublikasını devirmək, İrana hakim olmaq və bölgəni müstəmləkəyə çevirmək cəhdlərinə müqavimət onun siyasətinin əsas pillələrindən biridir. Ayətullah öz çıxışlarında və açıqlamalarında daima İran, onun vəkilləri və hətta bəzən ABŞ və müttəfiqlərinə müqavimət göstərməklə vəzifələndirilən Venesuelanı “müqavimət oxu”na daxil edir.

Xamnəinin ritorikası 1979-cu ildə İslam Respublikasının başlanğıcından etibarən ABŞ həmişə rejim dəyişikliyinə yönəlmiş siyasət yeritməsinə əsaslanır. Bu məntiqlə ABŞ təhdidinə istənilən güzəşt qaçılmaz olaraq ABŞ-ı təzyiqi artırmağa ilhamlandıracaq.

Amerika imperializminə qarşı “müqavimət oxu” ideyası 30 ildir Xamnəinin ali lider kimi ən böyük nişanəsidir. 79 yaşında və sağlamlığı sarsılmış vəziyyətində, o, qalıcı bir miras buraxmaq istəyir. Amma İranın nüvə silahına malik ölkələr klubuna daxil edəcək nüvə proqramı 2015-ci ildə sazişin imzalanması ilə dağılıb.

Odur ki, onun yeganə irsi – “antiamerikalı” və “antiimperialist” gündəmdir. O, ABŞ-ın təzyiqlərinə məruz qaldıqdan sonra təslim olmaq və tərəfdarlarının gözündə düşmək yerinə, tarixin yaddaşında antiamerikaçı kimi qalmağı üstün tutacaq.

Müzakirələrin uğursuzluğu ona rejiminə daha çox dəstək qazanmaq və onillərlə İranın beynəlxalq təzyiqlərə sinə gərməsinə kömək edən əvvəlki siyasətini davam etdirmək imkanı verə bilər. Sanksiyalara alışqan bir ölkə olaraq, İranı onları necə adlamağı da öyrənib və bu, həmin strategiyaları yenidən işə salmanı daha da asanlaşdırır.

Xamnəi artıq İranı “müqavimət iqtisadiyyatı” relsinə keçirib – bu, idxalı azaltmağa və yerli istehsalın artırılmasına, idxal olunan məhsulları yerli məhsulla əvəz etməyə çalışaraq, iqtisadi millətçilik formasına müraciət etmək üçün hazırlanmış termindir. Əsas fikir İran iqtisadiyyatını beynəlxalq sanksiyalar və qlobal maliyyə böhranı risklərindən qorumaqdan ibarətdir.

Siyasi cəhətdən Xamnəi, həmçinin Trampla birbaşa danışıqların nəzərdən keçirilmədiyini açıqlayıb. ABŞ prezidenti nüvə sazişindən çıxdıqdan sonra, Ali Lider deyib: “Mən ilk gündən dəfələrlə demişəm: Birləşmiş Ştatlar, Fransa və Almaniya – bu üç ölkə güvənilməzdir”.

Bir qrup İran siyasətçisi və islahatçısı rejimin ABŞ-la birbaşa danışıqlar aparması, iki ölkə arasındakı münaqişələri həll etmək və İranı sanksiyaların zərərindən qurtarmaq üçün məktub imzaladıqda, dərhal Xamnəi tərəfdarlarından cavab gəlib.

Demək olar ki, bütün iranlı mühafizəkarlar və bir çox islahatçılar iki ölkə arasında birbaşa danışıqları sərt tənqid ediblər. İranın ən güclü hərbi təşkilatının – İnqilab Keşikçiləri Korpusunun komandiri, general-mayor Məhəmməd Əli Cəfəri isə bu fəalları amerikalı casusları adlandırıb və xəyanətdə ittiham edib.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə