XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyul 2018 - 13:25

ABŞ İRANLA İRİMİQYASLI HƏRBİ TOQQUŞMAYA HAZIR DEYİL –Əsas hədəf daxili narazılıqları artırmaqla hakimiyyəti dəyişməkdir - TƏHLİL

Stanislav Tarasov

regnum.ru, 04.07.2018

 

ABŞ dövlət katibi Mayk Pompeonu hələ MKI direktoru olarkən dediyi kimi, İran amerikalılar üçün “yürüşdəki” düşmən olaraq qalır. Dövlət Departamentinin Siyasi Planlaşdırma şöbəsinin direktoru Brayan Huk bu günlərdə bildirib ki, Vaşinqton “4 noyabrda təzələnəcək” energetik sanksiyalar vasitəsilə İranın neft gəlirlərini “sıfıradək” аzaltmağa hazırlaşır. Bu məlumatı ABŞ maliyyə naziri Stiven Mnuçin də təsdiqləyib. O, bu zaman qeyd edib ki, “ABŞ İrandan neft idxalını kəskin azaldan ayrı-ayrı ölkələrə sonralar göz yuma bilər”, amma bu “göz yummağın” necə görünə biləcəyi hələlik aydın deyil.

Gördüyümüz kimi, ABŞ Tehranla nüvə sazişindən çıxandan sonra bu ölkəyə basqını müntəzəm şəkildə artırır. Ekspertlər bunun İrana və Yaxın Şərqdəki duruma hansı biçimdə təsir edə biləcəyi haqda müxtəlif izahatlar verir, hadisələrin sonrakı inkişafının mümkün ssenarilərini təsvir edirlər. İlk gözə dəyəni dərhal qeyd edək. Amerikalılar hazırda İranla tammiqyaslı hərbi toqquşma başlamağa hazır deyillər.

Honkonqun “Asia Times” nəşrinin yazdığı kimi, “hərbi əməliyyatlar onlar üçün yüngül gəzinti olmayacaq”. Bu ölkə uzun zaman ərzində hərbi müdaxilə təhlükəsi altındadır, hazırlanmış müqavimət planı var. ABŞ-da müxtəlif analitik qrupların məruzələri dərc olunub və göstərilir ki, İran ABŞ-ın Hörmüz və Fars körfəzinə çıxışını məhdudlaşdırmaq, bu bölgə ölkələrindən Qərbə enerji resurslarının tədarükünü pozmaq, siyasi, demoqrafik və təriqət gerçəkliklərindən faydalanaraq partizan müharibəsi aparmaq imkanına malikdir.

İran prezidenti Həsən Ruhani bununla bağlı bildirib ki, “ABŞ öz müttəfiqlərini İran neftini almaq imtinasına məcburiyyəti davam etdirsə, onda Yaxın Şərqdən qara qızılın ixracatı təhlükə altında olacaq və ABŞ-ın atdığı addımlar nəticələr verəcək”.

Pentaqon nəzəri səviyyədə cavabında bildirib ki, Tehranla mübarizədə yeni əməliyyat planı hazırlayıb, amma bunun ayrıntıları hələlik məlum deyil. Buna görə də bu mərhələdə İranla müxtəlif sanksiyalar metoduyla döyüşmək, neft satışından ölkə büdcəsinə mədaxili azaltmaq və daxili-siyasi duruma təsir etmək nəzərdə tutulur.

Yada salaq ki, əvvəllər ölkə əhalisinin 85%-i “neft pulları”ndan ödənilən dotasiya ilə yaşayıb. Bunlar yox olanda iğtişaşlar başlanıb. Hər şey indi də təkrarlana bilər. 2018-ci ilin aprelindən İran rialının kursu, demək olar, iki dəfə düşərək bir dollara, təxminən, 90 min riala çatıb. Qərb KİV-ləri iddia edir ki, məhz devalvasiya kütləvi etirazlara səbəb olub. Vaşinqton gizlətmir ki, islam respublikasında hakimiyyəti dəyişmək qəsdilə daxili narazılıqdan faydalanmaq niyyətindədir.

Geopolitik amil amerikalıların bu qərarında hələlik birinci yerdə deyil, amma ikinci birincidən qaynaqlanır. Daxili sabitsizlik üzrə İranda proses başlayacağı halda bu, Tehranın təkcə birbaşa ABŞ-a deyil, həm də İsrailə və Səudiyyə Ərəbistanı başda olmaqla ərəb koalisiyasına qarşı durduğu Yaxın Şərqdə nüfuz səviyyəsini aşağı sala bilər.

Sabitsizləşmə bumeranqı asanlıqla Cənubi Qafqaza keçə bilər. Söhbət, hər şeydən qabaq, tarixi səbəblər üzündən İran hadisələrinə həssas reaksiya verməyə məcbur olan Azərbaycandan gedir. Bakı və Tehran arasındakı sazişə əsasən, onlar bir-birinin maraqlarına zidd hərəkət etməməlidirlər. Lakin Azərbaycan prezidenti İlham Əliyev İran və ABŞ-a münasibətdə “və – və” siyasətini nə qədər uzun müddətə yürütməyə nail olacağını heç kim bilmir.

Bakı politoloqları İlqar Vəlizadə və Zərdüşt Əlizadə hesab edirlər ki, burada problem “İran və Azərbaycan münasibətlərinin heç vaxt “hamar” olmadığı və həmişə ziddiyyətli olmağındadır, amma bu, ikinci plana keçərək yerini iki ölkənin praqmatik maraqlarına verib”.

Ancaq Azərbaycannın özündənsə İranda daha çox azərbaycanlının yaşadığı nəzərə alınsa, ABŞ-ın “Azərbaycan kartı”nı oynamağa şirniklənməsi həmişə olub və qalır. Habelə amerikalıların Tehranın neft gəlirlərini “sıfıradək” azaltmaq qərarıyla bağlı ciddi problemləri də qeyd edək.

Vaşinqtonun əsas əndişəsi budur ki, İran hökuməti bölgədə öz nüfuzunu artırmaq üçün hərbi və təbii resurslardan faydalanır.

İş həm də bundadır ki, Avropa ölkələrinin İranla əməkdaşlığı bağlanır. ABŞ-ın əlavə sanksiyaları Tehranla əməkdaşlıq edən Avropa şirkətlərinə toxuna bilər. Britaniyanın “Financial Times” nəşrinin yazdığına görə, ilk nəticə “bu ölkə ilə ticarətin faktiki dondurulması” olacaq. Amma mühüm bir özəllik var. İranla sazişin imzalandığı 2015-ci ildəki durumdan fərqli olaraq ABŞ-ın indikdi sanksiyaları birtərəflidir.

Çin və Rusiya amerikalıların neft sanksiyalarına qoşulmayacaq, buna görə də onun Tehran üçün nəticələrini öncədən dəqiq söyləmək çətindir. İndiki halda söhbət İranın xarici siyasətində ağla gələn, amma hələ olmayan mümkün müəyyən dəyişikliklərdən gedir, amma Ruhani “ABŞ-ı dizüstə qoymaq”la hədələyib.

Tərcümə Strateq.az-ındır.