Rusiya öz nəqliyyat şəbəkəsini və nüfuzunu – güneyə, İrana doğru genişləndirmək istəyir, lakin bunu etmək asan olmayacaq. Heç bir coğrafi maneə ruslar üçün Qafqaz dağları qədər bu cür vahiməli olmayıb və bu bölgədə tranzit dövlətlərdən az qismini Rusiya ilə dost saymaq olar. Buna görə də ölkənin Qafqaz dövlətlərində fasiləsiz nəqliyyat infrastrukturu qurmağı çətin olacaq. Lakin görünür, son nəticədə Moskva və Tehran bu ciddi maneələri aradan qaldırmaq və digər böyük dövlətlərin bölgədə varlığını məhdudlaşdırmaq üçün səylərini birləşdirəcək.
Rusiya hələlik Güney Qafqazdan İrana iki yol salmağa nail olub. Birinci yol Xəzər boyu Dağıstan və Azərbaycan ərazisindən, ikinci isə dağlarda Səlib keçidindən (Cvari) Gürcüstan Hərbi yolu üzrə keçir.
Düzdür, birinci yolun istismarı İranla Azərbaycan arasında tarixən formalaşmış qeyri-dostluq münasibətinə görə məhdudlaşıb. İkinci yolu isə qış dövründə tez-tez bağlayırlar və Rusiya, İran və Ermənistan arasında quru ticarətinin istənilən genişlənməsində tələb edilən yük nəqliyyatı üçün ondan istifadə etmək çətindir.
Rusiya bu problemlər ucbatından son iki ildə fəal şəkildə İrana daha etibarlı nəqliyyat dəhlizləri tapmağa çalışır. Variantlardan biri qismində Rusiyadan güney istiqamətində Xəzər dənizinin hər iki yaxasından keçəcək dəmiryol xəttinin inşası nəzərdən keçirilir. Rusiyanın işlək dəmiryolları 2014-cü ilin sonunda İranın dəmiryolları sistemi ilə məhz bu cür birləşdirici qanadlarla Qazaxıstan və Türkmənistan ərazisindən keçdi. Bu arada İran Xəzərə dənizinin ona aid sahili boyu Azərbaycan sərhəddi yaxınlığındakı Astara şəhərinə qədər Qəzvin-Rəşt dəmiryolunu salmağı davam etdirir. İnşaat başa çatandan sonra bu yol İranın quzey dəmiryol qanadını Azərbaycanın dəmiryol sistemləri və daha sonra isə Rusiyanınkı ilə birləşdirməyə imkan verəcək. Lakin bu variant da Rusiyanın avtomobil yolları kimi etibarsızdır: həm Türkmənistan, həm də Azərbaycan öz ərazilərindən Rusiya hərbi texnikasının daşınmasına icazə verməkdən imtina edir ki, bu da Moskvanın bu dəmiryollarından istifadə imkanlarını məhdudlaşdırır.
Tranzit ölkələri Moskvaya bu nəqliyyat dəhlizlərindən istifadədə mane olduğundan Moskva alternativ nəqliyyat variantları axtarmaq zonasını genişləndirməyə başlayıb. Mümkün variantlardan biri Quzey Qafqazdan Güney Osetiyaya (Gürcüstanın separatçı ərazisi) gedən və Azərbaycanı Gürcsüstanın Qara dəniz limanları ilə birləşdirən, önəmli “Şərq-Qərb” avtomagistralına qovuşan yoldur.
Başqa variant qismində Quzey Qafqazdakı Alagir şəhəri ilə Gürcüstanın Qori şəhəri arasında 160 km-lik dəmiryol qanadı inşa etmək olardı. Bu yollardan hər biri Rusiyaya Güney Qafqazın bütün ölkələrinin dəmiryollarına ən qısa və sürətli çıxış əldə emək imkanı verərdi.
Və nəhayət, daha bir variant Gürcüstandan ayrılmış daha bir ərazidən – Abxaziyadan keçəsi dəmiryoludur. RF-nın dəmiryol qoşunu 2015-ci ilin oktyabrında indi Abxaziyanı Gücüstanın qalan ərazisindən ayıran demarkasiya xəttinə çatan dəmiryolu sahəsinin bərpasını başa çatdırıb. Abxaziya hökuməti bunu bütün dəmiryolunun gələcək bərpasına işarə kimi ruh yüksəkliyi ilə qarşıladı, lakin Moskvanın Gürcüstanın bu separatçı ərazilərini dəstəklədiyi nəzərə alınsa, Tiflisin Rusiyaya bu planları nə zamansa gerçəkləşdirmək imkanı verəcəyi olduqca az ağlabatandır.
Bu maneələrə baxmayaraq, nə Moskva, nə də Tehran öz niyyətindən imtina edir. Artıq başa çatmış layihələr və Abxaziya, Quzey Osetiya və Azərbaycanda davam edən inşaata görə mühakimə yürüdülsə, deyəsən, İranla Rusiya birgə işləmək və xarici rəqibləri ora buraxmamaqla Qafqazda etibarlı nəqliyyat dəhlizi yaratmaq problemini qismən həll etmək niyyətindədir.
Stratfor (ABŞ), 15.01.2016