XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

12 İyul 2018 - 10:28

RUSİYA MUZDLU ƏSGƏRLƏRİNİ LEGİTİMLƏŞDİRMƏYƏ ÇALIŞIR:onların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına cəlb edilməsi ehtimalı var

Anton Mordaşov

“Əl-Monitor”

 

Rusiyanın müharibə veteranları Vladimir Putindən xüsusi hərbi şirkətlərin qanuniləşdirilməsi üçün lazımlı addımlar atmasını tələb edir. Rusiya liderinə ünvanlanmış müraciətdə veteranlar yalnız muzdlu əsgərlərin qanuniləşdirilməsini deyil, eyni zamanda, muzdluların Suriya münaqişəsində iştirakının rəsmi olaraq açıqlanmasını istəyirlər.

Veteranlar sənədləri Prezident Administrasiyasına, eləcə də Rusiya Ali Məhkəməsinə göndəriblər. Bəyanat Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin keçmiş rəhbəri (1996-2001), təqaüdçü general-polkovnik Leonid İvaşov, “Şərəf və Vətən” beynəlxalq ictimai təşkilatının rəhbəri Vladimir Petrov və Rus Zabitlər Konqresi Komitəsinin sədri Yevgeni Şabayev daxil olmaqla, bir qrup veteran tərəfindən imzalanıb.

Bəyanatda deyilir ki, heç bir hüquqi statusları olmadığından hökumətin sosial, reabilitasiya və iqtisadi dəstəyinə sahib ola bilməyən Suriyada yaralanmış əsgərlərdən veteran təşkilatlarına şikayətlər gəlir.

Muzdluların leqallaşdırılması məsələsi uzun illər Rusiyada müzakirə mövzusu olub. Hazırda xüsusi podratçıların fəaliyyəti Cinayət Məcəlləsinin icarəçi qrupları qadağan edən maddəsi ilə qanunsuzdur. Muzdlu əsgərlər müharibə veteranları olaraq tanınmır və eyni imtiyazlardan istifadə edə bilməzlər.

Rusiya siyasətçiləri muzdluların leqallaşdırılmasının mənfi və müsbət nəticələrinə dair uzun, nəticəsiz müzakirələrə qoşulublar. Ancaq Ukraynanın şərqində müharibə başladıqda və daha sonra Rusiya Suriyadakı kampaniyasına start verdikdə, problem xüsusilə də kəskinləşib.

Veteran təşkilatları xüsusi hərbi şirkət zabitlərinin Mərkəzi Afrika Respublikası, Sudan, Yəmən və Liviyada fəaliyyət göstərdiyini iddia edirlər. Bəyanatda deyilir ki, bu yalnız “Vaqner” qrupunun deyil, həm də “Patriot” – yeni xüsusi hərbi firmanın üzvlərinə də aiddir.

Rusiyanın müxalif “Dojd TV” kanalının məlumatına görə, “Patriot” bu ilin yazından etibarən Suriyadakı döyüşlərdə iştirak edir. Onun birləşmələrinə, başqaları ilə yanaşı, Donbasdakı müharibə zamanı uydurulan “məzuniyyətçilər” sözü ilə ehtiva olunan peşəkar rus əsgər və zabitləri daxildir.

İvaşovun sözlərinə görə, Baş Kəşfiyyat İdarəsinin hərbi vəkilləri və xüsusi təyinatlı qüvvələrinin əsgərləri “Patriot” üçün işləyir. Müdafiə sektorundakı bir mənbənin iddiasına əsasən, “Patriot”un daha yaxşı maaşlar, daha mürəkkəb döyüş vəzifələrlə təmin edilir və “Vaqner” qrupundan fərqli olaraq, üzvlərinin daha yaxşı qoruması ilə tanınır.

“Bazarda başqa şirkətlər də var. Biz onların tam siyahısını bilmirik, amma əminik ki, Liviya, Yəmən, Sudan və Bruneydə artıq mövcuddurlar. Həm də bir sıra Afrika ölkələrinə daxil olmaq barədə danışıqlar aparılır “, – Şabayev deyib.

Kreml məlum bəyanata ciddi yanaşıb. Putinin mətbuat katibi Dmitri Peskov deyib: “Əgər belə bir sənəd rəsmi kanallar vasitəsilə bizə çatıbsa, onu Müdafiə Nazirliyinə göndərəcəyik ki, problemə bağlı bəzi əsas yanaşmalar hazırlasınlar”.

Rusiya hakimiyyət orqanlarının Şabayevin bəyanatına necə cavab verəcəyini anlamaq üçün bir neçə məqam aydınlaşdırılmalıdır.

Birincisi, bir çox siyasi qruplar Suriya müharibəsində Rusiya muzdlularının gizli iştirakı məsələsini, problemin dərinliyinə baxmayaraq, siyasi məqsəd üçün istifadə edirlər. Buna görə də, bəyanatın təşəbbüskarları birləşmiş veteran təşkilatları kimi çıxış etmirlər. “Amerikanın səsi”nin dəqiq şəkildə müşahidə etdiyi kimi, bu maraqlı bir qarışıqdır: İvaşov uzun müddət öz şəxsi fikirlərini səsləndirən vətənpərvər “statist” ekspertdir; Petrov bir müddətdir İvaşovla birlikdə müxtəlif mühafizəkar təşkilatların rəhbərliyində iştirak edir; Şabayev fevral ayında Suriyada “Vaqner” xadimləri arasında “kütləvi itki” haqqında danışan kazak fəalıdır.

Bundan başqa, 2011-ci ildə İvaşov hətta prezidentliyə namizəd kimi çıxış etməyə çalışıb. O, pərakəndə veteran cəmiyyətlərinə və vətənpərvər qruplara gündəmini təqdim etmək məqsədi ilə bir müddət siyasətlə məşğul olub.

İkincisi, birbaşa qarşılıqlı əlaqələrə baxmayaraq, hər hansı bir xüsusi hərbi şirkətin rəsmi olaraq tanınmayan dövlət qurumlarından cavab gözləməyin mənası yoxdur. Məsələn, “Vaqner”in muzdluları Müdafiə Nazirliyinin Malkino kəndi yaxınlığındakı təlim poliqonunda yerləşir, burada, adətən, hərbi kəşfiyyat vahidləri təlim keçir.

Bundan əlavə, Müdafiə Nazirliyi muzdlu əsgərlərin qanuniləşdirilməsinə müqavimətdə tək deyil. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın ortalarında iki rusun İŞİD-çilər tərəfindən ələ keçirilməsini şərh edərkən, deyib: “Bu insanların qorunması üçün möhkəm hüquq bazası yaradılmalıdır”. Bir çoxları bu sözləri podratçıların vəziyyətini qanuniləşdirmək kimi qavrayıb. Eyni ayda “Spravedlivaya Russiya” Partiyasının lideri Sergey Mironov və onun müavini Mixail Yemelyanov özəl şirkətlərin Rusiyada qanuniləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlayıblar. Ancaq sənəd Rusiya hökumətinin bütün əsas qurumları: müdafiə, maliyyə, ədalət və xarici işlər nazirlikləri, Milli Qvardiya, Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Federal Mühafizə Xidməti və Baş Prokurorluq tərəfindən rədd edilib.

Daha sonra Federasiya Şurası Rusiyada belə şirkətlərin olmadığını iddia edib. Rəsmi olaraq, Rusiyadakı xüsusi hərbi şirkətlərinin əksəriyyəti digər ölkələrdə qeydə alınıb və milli qanunvericiliyə əsasən, statusları yoxdur, onlar adətən şərti rus firmaları olaraq qəbul edilə bilər. Rusiyada qeydiyyatdan keçmiş “RSB Group” və “LUKOM” (əsas qurucu və ümumi müştəri “Lukoyl” neft şirkətidir) kimi şirkətlər özəl təhlükəsizlik şirkətləri və ya məsləhət agentlikləri kimi tanınırlar. Beləliklə, “Vaqner Group” və rəsmi hüquqi statusu olmayan mövcud digər şirkətlər texniki cəhətdən qanunsuz silahlı birləşmələr sayılır.

“Əl-Monitor” danışan silahlı qüvvələrdəki bir qaynağın sözlərinə görə, bu şirkətlər Rusiya hərbi kəşfiyyatının gizli alətləri kimi fəaliyyət göstərir, lakin onların şübhəli hüquqi təcrübəsi çətin ki, siyasət sahəsinə yönəldilsin. Bu şirkətlərin şəffaf sənədləri yoxdur; “Vaqner” iddiasında mühasibatlığın əsasən saxta olduğu barədə məlumatlar var. Buna baxmayaraq, Rusiyanın uzaq bölgələrindən gələn muzdluların əksəriyyəti buna dözümlü yanaşır. Bundan başqa, “Vaqner” qrupu xarici vətəndaşları, xüsusilə də ukraynalıları və keçmiş Yuqoslaviya ölkələrinin əhalisini sıralarına cəlb edir.

Bəzi mənbələr iddia edir ki, əvvəlcə Ukrayna ordusunun xətləri arxasında sabotaj üçün nəzərdə tutulmuş “Vesna” birliyi daha sonra yenidən qurularaq Suriyaya göndərilib, çünki əsgərlər sabotaj tipli əməliyyatlar üçün kifayət qədər bacarıqlı olmayıb.

Rusiyada xüsusi hərbi şirkətlərin keçmiş sovet respublikalarının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hüquqi bazasına bağlana biləcəyini iddia edənlər də var. Bu tədbir bütün rəsmi bəyanatlara və hərbi iştiraklara baxmayaraq, Rusiyanın daxilində atrofiyadan əzab çəkən qruplara yeni nəfəs verərdi. Məlumdur ki, Moskva Təhlükəsizlik Xidmətləri və Davamlı İnkişaf İnstitutu bəzi əməkdaşları xüsusi xidmətlərlə işləyib və indi ekspert qismində Duma qruplarına qoşularaq belə bir qanun layihəsi hazırlayıblar.

Bununla belə, hələ də bir çox suallar açıq qalır. O cümlədən KTMT ölkələri bu addımı atmağa hazırdırmı? Ən əhəmiyyətlisi, KTMT çərçivəsində kifayət qədər şəffaf əməliyyatlar üçün Rusiya bu podratçıları legitimləşdirməlidirmi?

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə