XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

13 İyul 2018 - 21:59

Putin-Tramp görüşünə az qalmış sensasiyalı qərar –ABŞ Ədliyyə Nazirliyi 12 Rusiya kəşfiyyatçısına qarşı rəsmi ittiham irəli sürdü

ABŞ-ın Ədliyyə Nazirliyi Rusiyanın 12 kəşfiyyat zabitinə qarşı ittiham irəli sürüldüyünü bəyan edib. Onlar 2016-cı il ABŞ-da prezident seçkilərinə hakerliklə müdaxil etməkdə günahlandırılır.

İttihamnamə bu gün davam etməkdə olan tədqiqiatın bir hissəsi olaraq baş prokuror müavini Rod Rozensteyn tərəfindən elan edilib. Təhqiqat Tramp kampaniyasının Rusiya ilə əlaqələrini araşdırır.

Ruslar prezidentliyə demokrat namizəd Hillari Klintonun kompüter şəbəkəsinə qarşı hakerlikdə ittiham edilir. Daha əvvəl 20 fərd və 3 təsisata qarşı ittihamlar irəli sürülmüşdü. Onların 4-ü Trampın seçkiqabağı kampaniya komandasının üzvü, 13-ü isə rusdur.

Xatırladaq ki, iyulun 16-da Helsinkidə  Rusiya və ABŞ prezidentlərinin görüşü planlaşdırılıb.

Politoloq Şahin Cəfərli hesab edir ki, bu fakt  ABŞ dövlət aparatının bu görüşdən ən azı məmnun olmadığını göstərir: “”Dərin dövlət” Trampın Putinə hansısa məsələdə güzəştə gedə biləcəyindən ehtiyatlanaraq həm Trampa mesaj göndərir, həm də görüş öncəsi atmosferi zəhərləyir”.

Politoloq xatırladır ki, bir neçə gün əvvəl isə Senatın kəşfiyyat komitəsi Rusiyanın seçkilərə müdaxiləsi barədə apardığı təhqiqatın ilkin nəticələrini açıqlayaraq Moskvanın seçkidən əvvəl Klintona mane olmağa və Trampa kömək etməyə çalışdığını, bu barədə kifayət qədər sübutların olduğunu bəyan edib.

Turqut




Yuxarı Əvvələ Ana Səhifə