XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2018 - 15:58

PENTAQONDA TÜRKİYƏ MƏSƏLƏSİNDƏ ZİDDİYYƏTLƏR:generallar vahid qərar qəbul edə bilmirlər - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 13 iyul 2018-ci il

 

ABŞ Türkiyə ilə danışarkən, Menbiçdən çəkilmə təqvimindən bəhs edir, kürdlərə isə fərqli şeylər söylənilir. Məsələ Avropada müzakirə olunarkən fərqli, regionda müzakirə olunarkən də fərqli fikirlər deyilir.

Bunun sadəcə bir başqatmaq taktikası olduğunu düşünmək yanlış olardı.

Təbii, ABŞ administrasiyası hər tərəfin başını bir az qataraq zaman qazanmaqla, öz strategiyasını da dəqiqləşdirmək istəyir. Ancaq bu ziddiyyətli açıqlamaların kökündə Pentaqonda davam edən çox sərt bir müzakirənin olduğunu da görməli və bilməliyik.

Bu müzakirə mart ayında başlayıb və hələ də qızışaraq, davam edir.

 

Tərəflər nə deyir?

 

ABŞ ordusunun Avropa Qüvvələri Komandanı (Supreme Allied Commander Europe – EUCOM) general Kurtis Skaparotti Müdafiə naziri Mettis ilə Türkiyə haqqında danışmaq üçün ötən mart ayında təcili olaraq Vaşinqtona gəlmişdi.

Pentaqondakı məlumatlı qaynağım, bu görüşdə Skaparottinin Mettisə Türkiyənin qətiyyən itirilməməli olan bir müttəfiq olduğunu, regionda Türkiyə ilə birlikdə hərəkət edilməsini ABŞ-ın milli maraqlarının tələb etdiyini, ABŞ-ın son dövrdə İŞİD-lə mübarizə naminə YPG ilə ortaq hərəkət etməsinin Türkiyəni ondan sürətlə uzaqlaşdırdığını, Türkiyənin sanki Rusiya ilə strateji ortaqmış kimi hərəkət etməyə başladığını, bunun da ABŞ baxımından böyük təhdid yaratdığını söylədiyini çatdırıb.

 

YPG ilə münasibətlər müvəqqəti olmalıdı

 

Xəbər qaynağıma görə, bu görüşdə komandan Skaparotti belə bir maraqlı bənzətmə də edib: “Bizim əsil evliliyimiz Türkiyə ilədir, YPG isə sadəcə gəzdiyimiz məşuqədir”.

 

Mettis arada qalıb

 

Əslində Mettis də Türkiyəni ABŞ-dan uzaqlaşdırmaqdan yana deyil. Ancaq onun özü də bugünkü vəzifəsinə hazırda regionda terrora qarşı aktiv mübarizə aparmaq vəzifəsini üzərinə götürmüş və YPG ilə birgə işləyən ABŞ ordusunun Mərkəz Qüvvələri Komandanlığından (CENTCOM) gəldiyindən, EUCOM-un baxışlarına qarşı çıxan CENTCOM komandirlərinin fikirlərindən asanlıqla kənara çıxa bilmir. Qısası, Mettis arada qalıb.

 

YPG-dən yana olanlar

 

CENTCOM-un mövqeyini mənimsəyən komandirlər isə aradabir Menbiçdə görünən general Votel (Joseph Votel, CENTCOM-un komandanı – tərc.)general Danforddur (Joseph F. Dunford, ABŞ SQ Birləşmiş qərargah rəisləri komitəsinin sədri – tərc.).

Onlar qəti şəkildə ABŞ-ın YPG ilə əməkdaşlığının səviyyəsinin aşağı düşməsinə qarşıdırlar və Menbiçlə Fərat çayının şərqi üçün Türkiyə ilə ABŞ arasında əldə edilən razılaşma əsasında ortaya qoyulan “yol xəritəsi”ni qəbul etmək istəmirlər.

Dediyim kimi, Pentaqon daxilində bu müzakirə hələ də davam edir. Tramp hazırda formalaşdırmaq istədiyi yeni Türkiyə strategiyasını dəqiqləşdirmədən öncə, Müdafiə naziri Mettisdən baxışlarını təqdim etməsini istəyir. Mettis də hazırda CENTCOM-un baxışlarından yana olsa da, EUCOM kimi, Türkiyəni itirməkdən qorxur.

Menbiç məsələsi açılarkən, ABŞ tərəfindən ziddiyyətli mövqelərin nümayiş etdirilməsinin, fərqli baxışların sərgilənməsinin təməlində yatan da məhz bu mübahisələrdir.

ABŞ administrasiyası komandirlər arasında gedən bu mübahisələri heç cürə həll edə bilmyib. Trampın 16 iyulda Putin ilə keçirəcəyi görüşdən sonra Vaşinqtonda bu müzakirə və mübahisələrin artıq yekunlaşdırılmasını istəyəcəyi də söylənilir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə