XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2016 - 02:53

Davosda liderlərə hesabat təqdim ediləcək:Dünyanın ən varlı 62 şəxsinin SİYAHISI
Davos-1İngiltərənin yardım qurumu olan “Oxfam”ın dərc etdiyi hesabatda 62 milyarderin sərvətinin dünya əhalisinin yarısının sərvətindən (3.5 milyard) daha çox olduğu məlum olub. 
Avropa.info xəbər verir ki, “Oxfam” gəlir bölgüsündəki qeyri-bərabərliklərlə bağı hazırladığı hesabatı bu həftə Davosdakı Dünya İqtisadi Forumunda ölkə liderlərinə təqdim edəcək.
Varlılarla kasıblar arasındakı gəlir bərabərsizliyinin artmaqda davam etdiyini vurğulayan qurum 2016-ci ildə dünya əhalisinin 1%-nə bərabər olan 70 milyon nəfərin dünyanın geri qalan 99%-dən (təxminən, 7 milyard insan) daha çox sərvətə sahib olduğunu açıqlayıb.
“Oxfam”ın hesabatına görə, sərvətləri 3.5 milyard insandan daha çox olan 62 nəfərin adları aşağıdakı kimidir:
1. Bill Geyts – “Microsoft”-un qurucusu (60 yaş) – 76.6 milyard dollar. ABŞ
2. Amansio Ortega – “Zara” geyim mağazaları şəbəkəsinin sahibi – 66.9 milyard dollar. İspaniya
3. Varren Buffett – maliyyə sektoru – 59.5 milyard dollar. ABŞ
4. Jeff Bezos – “Amazon”-un sahibi – 50.4 milyard dollar. ABŞ
5. Karlos Slim Helu – Telekommunikasiya sektoru – 48.7 milyard dollar. Meksika
6. Larri Ellison – Proqram şirkəti olan “Oracle”-ın sahibi – 43 milyard dollar. ABŞ
7. Mark Zukerberq – “Facebook”-un sahibi – 41.6 milyard dollar. ABŞ
8. Çarles Koç – “Koç” şirkətlər qrupunun səhmdarı – 39.7 milyard dollar. ABŞ
9. Devid Koç – “Koç” şirkətlər qrupunun səhmdarı – 39.7 milyard dollar. ABŞ
10. Lilian Bettenkaurt – “L’Oreal” kosmetika şirkətinin sahibi – 36.5 milyard dollar. Fransa
11. Maykl Bloomberg – “Bloomberg” xəbər agentliyinin sahibi – 36 milyard dollar. ABŞ
12. Larri Peyg – İnternet axtarış sisteminin qurucusu – 35.9 milyard dollar. ABŞ
13. Sergey Brin – İnternet axtarış sisteminin olan “Google”-un qurucularından – 35.2 milyard dollar sərvətə sahib. ABŞ
14. Cim Valton – “Wal-Mart” supermarketlər şəbəkəsinin ortağı – 35.2 milyard dollar. ABŞ
15. Bernard Arnault – Dəbdəbəli əşyaların satışı – 32.5 milyard dollar. Fransa
16. Alisa Valton – “Wal-Mart” supermarketlər şəbəkəsinin ortağı – 30.9 milyard dollar. ABŞ
17. S.Robson Valton – “Wal-Mart” supermarketlər şəbəkəsinin ortağı – 30.5 milyard dollar. ABŞ
18. Kristi Valton – “Wal-Mart” supermarketlər şəbəkəsinin ortağı – 29.6 milyard dollar. ABŞ
19. Li Ka-shing – Əmlak sektoru – 28.6 milyard dollar. Çin, Hong Kong
20. Vang Jianlin – Əmlak sektoru – 26.4 milyard dollar. Çin
21. Phil Nayt – “Nike”-ın sahibi – 24.9 milyard dollar. ABŞ
22. Corc Soros – Maliyyə sektoru – 24.5 milyard dollar. ABŞ
23. Stiv Ballmer – “Microsoft”-un qurucularındandır – 23.9 milyard dollar. ABŞ
24. Jorg Paulo Lemann – İş adamı – 23.9 milyard dollar. Braziliya
25. Corc Şeffler – İş adamı – 23.1 milyard dollar. Almaniya
26. Forrest Mars Jr. – Qida sektoru – 23 milyard dollar. ABŞ
27. Jaklin Mars – Qida sektoru – 23 milyard dollar. ABŞ
28. Con Mars – Qida sektoru – 23 milyard dollar.  ABŞ
29. Devid Tomson – “Reuters” xəbər agentliyinin sahibi – 22.8 milyard dollar. Kanada
30. Şeldon Adelson – Mərc oyunları sektoru – 22.5 milyard dollar. ABŞ
31. Li Şau Ki – Əmlak sektoru – 22.2 milyard dollar. ABŞ
32. Mukeş Ambani – Enerji sektoru – 21.9 milyard dollar. Hindistan
33. Maria Franka Fissolo – Qida sektoru – 21.8 milyard dollar. İtaliya
34. Jak Ma – Online alış-veriş sektoru – 21.8 milyard dollar. Çin
35. Leonardo Del Veççio – Eynək istehsalı – 21 milyard dollar. İtaliya
36. Stefan Persson – “H & M” geyim mağazalarının sahibi – 20.7 milyard dollar. İsveç
37. Karl İkahn – Maliyyə sektoru – 18.5 milyard dollar. ABŞ
38. Maykl Dell – “Dell” kompyuter şirkətinin  sahibi – 18.4 milyard dollar. ABŞ
39. Pol Allen – “Microsoft”-un ortağı – 17.9 milyard dollar. ABŞ. 
40. Bite Heister & Karl Albreçt Jr – “Aldi” supermarketlər şəbəkəsinin sahibi – 17.7 milyard dollar. Almaniya
41. Anne Cox Çambers – Media sektoru – 17.4 milyard dollar. ABŞ
42. Danin Çearavanont – Qida sektoru – 17.3 milyard dollar. Tayland
43. Suzanna Klatten – “BMW”-nin ortağı – 17.3 milyard dollar. Almaniya
44. Tadaşi Yanani – İş adamı – 17.2 milyard dollara. Yaponiya
45. Loren Povell Jobs – “Apple”-ın ortağı – 17.1 milyard dollar. ABŞ
46. Ma Hateng – Media sektoru – 16.8 milyard dollar. Çin
47. Şahzadə Vəlid ibn Talləl Əli Səud – Maliyyə sektoru – 16.8 milyard dollar. Səudiyyə Ərəbistanı
48. Len Blavatnik – İş adamı – 16.6 milyard dollar. ABŞ
49. Teo Albrekt Jr – İş adamı – 16.1 milyard dollar. Almaniya
50. Əzim Premji – Proqram təminatı sektoru – 16 milyard dollar. Hindistan
51. Maykl Otto – Əmlak sektoru – 15.9 milyard dollar. Almaniya
52. Dilip Şanghvi – Dərman sektoru – 15.7 milyard dollar. Hindistan
53. Stefan Quant – “BMW”-nin ortağı – 15.7 milyard dollar. Almaniya
54. Rey Dalio – Maliyyə sektoru – 15.7 milyard dollar. ABŞ
55. Donald Bren – Əmlak sektoru – 15.2 milyard dollar ABŞ
56. Serge Dassault – Təyyarə istehsalçısı – 14.8 milyard dollar. Fransa
57. Hinduja Qardaşları – İş adamı 14.5 milyard dollar. İngiltərə
58. Aliko Dangot – İş adamı – 14.3 milyard dollar. Nigeriya
59. Dieter Şvarz – “Lidl” supermarketlər şəbəkəsinin sahiblərindən biri – 14.2 milyard dollar. Almaniya
60. Ceyms Simons – Maliyyə sektoru – 14 milyard dollar. ABŞ
61. Çeng Yu-tung – İş adamı – 13.9 milyard dollar. Hong Kong
62. Çarles Ergen – Peyk platformasısektoru – 13.9 milyard dollar. ABŞ