XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

19 İyul 2018 - 08:37

ABŞ KƏŞFİYYATÇILARI PREZİDENTLƏRİNƏ QARŞI –Tramp məsuliyyətsizlikdə və Vətənə xəyanətdə suçlanır

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 18 iyul 2018-ci il

 

Trampın Putinlə zirvə görüşündən sonra ABŞ-da aləm bir-birinə dəyib.

Rusiyanın ABŞ-da keçirilən son prezident seçkilərinə müdaxilə etməsi məsələsini zirvə görüşünün gündəliyinə gətirməyən Trampın çox yumşaq davrandığı, özünü və Amerikanı əzdirdiyi və ölkənin rəzil olmasına yol açdığı həm demokratlar, həm də respublikaçılar tərəfindən söylənilir.

Ən sərt reaksiyanı isə Amerikanın kəşfiyyat təbəqəsi verib.

Putinin özü də üst səviyyəli sabiq kəşfiyyatçı olduğuna görə, onu ən yaxşı tanıya bilənlərin məhz özləri olduğunu düşünən Amerika kəşfiyyat camiəsi Trampın bu gedişlə Putinin oyuncağı halına gələcəyini düşünür.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru və camiənin nüfuzlu şəxsi olan Con Brennan zirvə görüşündəki davranışına görə Trampı vətənə xəyanətdə belə ittiham edib.

Hazırda Milli Kəşfiyyat Şurasının sədri olan Den Kouts da Trampın əleyhinə açıqlama verib.

Hakimiyyət daxilində üst səviyyəli kəşfiyyatçı vəzifəsi daşıyan bir bürokratın belə danışması qəribə qarşılansa da, Den Koutsun istefa verməyi düşündüyü deyilir.

Den Kouts, ABŞ kəşfiyyat camiəsinin duyğularını əks etdirdiyini söyləyərək, rusların son seçkiyə müdaxilə etdikləri haqqında əllərində dəlil olduğunu və bunu Trampın da bilməsinə rəğmən, onlara inanmaq yerinə, ruslara daha çox inanırmış kimi davrandığını vurğulayır.

 

Dosyenin bir səhifəsini də oxumayıb

 

Tramp bu zirvə görüşünə, demək olar ki, heç bir hazırlıq görmədən girib.

KQB təhsili və strateji ustalığı olan Putinin qarşısına bu cür çıxmağın siyasi intihar olduğunu düşünən Vaşinqtonun kəşfiyyat camiəsi zirvə görüşündəki uğursuzluğun da bundan qaynaqlandığını düşünür.

Zirvə görüşü öncəsi Trampa 100 səhifəlik bir hazırlıq dosyesi verilib. Trampın isə bunun bir səhifəsini belə, oxumadığı məlumdur.

Zirvə görüşü öncəsi onsuz da hazır olan Putin üst səviyyəli adamları ilə birlikdə strategiya işləyib hazırlamaq üçün toplantılar keçirərkən, istifadə edəcəyi “bədən dili”ni belə məşq edərkən, ona nisbətən çox təcrübəsiz olan Tramp o saatlarda Şotlandiyada öz klubunda qolf oynayırdı.

Vaşinqtonda onun bu məsuliyyətsizliyinə yönəlik böyük reaksiya var.

Öz partiyası daxilindən də çox ağır sözlər söyləyənlər olur.

 

Camiə daxilindən xəbərdarlıq

 

Əvvəllər hərbi kəşfiyyatda işləmiş və casus camiəsi içində çox hörməti olan köhnə bir dostum mənə “Prezidentlərin öz kəşfiyyatçılarını bu şəkildə qarşısına alması heç doğru şey deyil. Pislik etmək üzrə mütəxəssis olan bu adamlarla davamlı toqquşma içində olmaq məntiqli də deyil” dedi.

Dostum, “Tramp, rus casuslara daha çox simpatiya duyurmuş kimi davranaraq, onsuz da üsyan etməkdə olan ABŞ kəşfiyyat camiəsinin daha sərt reaksiyalar verməsinə yol aça bilər” deyərək, xəbərdarlıq edib.




Yuxarı Əvvələ Ana Səhifə