XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2018 - 09:39

Media Klubu mətbuatın problemlərini müzakirəyə çıxardı –VİDEO

Media Klubu Milli Mətbuat Gününün 143-cü ildönümü münasibətilə mediamızın köklü problemini müzakirə edib.

Strateq.az Xural.com-a istinadən xəbər verir ki, müzakirədə Media Klubunun üzvləri iştirak ediblər. Xaricdə səfərdə olan media eksperti Ələsgər Məmmədlidən başqa Media Klubunun bütün üzvləri – “Turan” informasiya agentliyinin baş direktoru Mehman Əliyev, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, professor Qulu Məhərrəmli, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, “Xural” qəzetinin və xural.com saytının baş redaktoru Əvəz Zeynallı, qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət və aztoday.az saytının baş redaktoru Elmidar Əliyev dəyirmi masada iştirak ediblər.

Professor Qulu Məhərrəmlinin moderatorluq etdiyi dəyirmi masada 143 ildə baş verən media tariximizə qısaca ekskurs edilib, günümüzdə baş verən media olayları təhlil edilib və çıxış yolları göstərilib. Eyni zamanda mətbuatın bu acınacaqlı duruma salınmasının səbəbləri göstərilib.

Toplantının videoyazısını təqdim edirik:

 

Media Klubun dəyirmi masasından fotolar: