XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2018 - 15:38

SURİYADA DİPLOMATİYA HƏRBİ ÜSTƏLƏYİR –Moskva bütün tərəflər üçün sərfəli vasitəçiyə çevrilib - TƏHLİL

“Middle East Eye”

 

Diplomatiya Suriya münaqişəsində liderlik etməyə başlayır. Son həftələrdəki əhəmiyyətli görüşlər və danışıqlar, bir növ, Suriyaya dair razılaşmanın hazırlandığını ifadə edir. Rusiya prezidenti Vladimir Putin iyulun 11-də İsrail baş naziri Binyamin Netanyahu ilə bir araya gəlib, sonra ABŞ prezidenti Donald Trampla zirvə görüşü keçirib.

İyulun 19-da Rusiyanın Suriya üzrə xüsusi səfiri İrana səfər edib. Bazar ertəsi günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov müdafiə nazirinin birinci müavini ilə birlikdə İsrailə yollanıb. Diplomatik fəaliyyətin bu axını Moskvanın münaqişənin müxtəlif tərəfləri ilə ünsiyyət qurmaqda hamı üçün məqsədəuyğun vasitəçi olmasını təsdiqləyir.

 

Üsyançılarla ittifaq

 

Son aylarda Suriya münaqişəsi tanış bir sxem üzrə davam edir. Cənubdakı hərbisizləşdirilmiş zonada əməliyyat keçirilib. Suriya ordusu, Rusiya hava qüvvələrinin dəstəyi ilə, Dəraa istiqamətində hərəkət edərək, bəzi üsyançıları İdlibə evakuasiya ediləcəyi ilə razılaşıb, digərləri isə mülki həyata reinteqrasiya olunub.

Bu inkişaf İsrail və ABŞ-ın diqqətini daha çox cəlb edib. Onlar üçün əsas məsələ İranın Suriyadakı mövcudluğudır; Tel-Əviv və Vaşinqton istəyir ki, Rusiya öz nüfuzundan istifadə edərək Tehranı sıxışdırsın. Lakin əsas məsələ: Rusiya İranın Suriyadakı mövcudluğunu həqiqətən məhdudlaşdıra bilərmi?

Cənub cəbhəsində müxalifət Suriya hökumət qüvvələri və Rusiyaya qarşı ona yardım göstərməkdən imtina edən Vaşinqtondakı tərəfdarlarından zərbə alıb. Bu, Suriya ordusunun yeni ərazilərə nəzarət etməsinə nisbətən asanlaşdırıb.

Əvvəlcə, hücum başlayanda İordaniya-Suriya sərhədinə təxminən 60 min suriyalı toplaşıb, Suriya ordusu əsas keçidi ələ keçirəndən sonra atəşkəs razılaşmaları imzalayan üsyançı qruplar vuruşmaqdan vaz keçib.

Nəticədə, Suriyanın demək olar ki, bütün cənubuna Suriya ordusu nəzarət edir.

Bu vəziyyət, təbii olaraq, İranın sərhəddəki təsirinin dərinləşməsi ilə İsraili qayğılandırır.

İyulun 11-də Netanyahu Moskvada Putinlə görüşüb. Rusiyada tez-tez qonaq olan baş nazir onunla sıx əlaqələr qurub, mütəmadi görüşlərdə tez-tez Suriya və İranın bölgədəki rolu kimi məsələlərə toxunulur. Bununla yanaşı, onların fikir mübadiləsi Suriyada iki ölkə arasında baş verə biləcək toqquşmanın ləğvinə kömək edib.

Bu dəfə də Netanyahunun səfəri yenidən İranın Suriyada, xüsusilə də cənub sərhədindəki hərbi varlığının müzakirəsinə yönəlib. O, Putindən İranın çəkindiriləcəyinə və İsrail-İordaniya sərhədləri yaxınlığında hərbi varlığının minimuma endirəcəyini zəmanət istəyir.

 

İsrail və ABŞ

 

Rusiya İsrailin istəklərini tam şəkildə yerinə yetirə bilməsə də, Suriyanın cənubundakı sıx nəzarət üçün əlindən gələni edəcək. Ehtimal ki, Rusiya Suriyanın cənub-qərbindəki dağıntı zonasına öz hərbi polislərini yerləşdirəcək və İran qüvvələrinə nəzarəti təmin etmək üçün bufer zonası yaradacaq. Suriyalı qüvvələrin Rusiyanın hərbi polisi ilə əvəz edilməsinə dair oxşar razılıqlar artıq digər yerlərdə var.

Bu, cənubdakı geniş əraziyə şamil olunduqda, belə bir strategiya həm İsrail, həm də ABŞ tərəfindən dəstəklənəcək. Əslində, o, bütün tərəflərə fayda verər: Suriya üçün İsrail hücumlarının riskini əhəmiyyətli dərəcədə azaldacaq və İran üçün bu, artıq İsrail hərbi hücumlarından yayınmağa kömək edəcək.

Rusiya Suriyadakı bütün tərəfdaşlarını yerləşdirmək üçün əlindən gələni edir. İranı Suriyadan tamamilə çıxara bilməsə də, öz hərbi varlığından istifadə edərək, çəkindiricilik edə bilər. Moskva İsrailin təhlükəsizlik tələblərini tam şəkildə zamin olmasa da, vəziyyətin nəzarətində olduğunu göstərmək imkanındadır.

Əhəmiyyətli olan digər məsələ budur ki, vətəndaş müharibəsi başlamazdan əvvəl Suriyada İran artıq mövcud idi. Buna görə tam çəkilmə çağırışları əsassızdır.

 

Şamın gücləndirilməsi

 

Həm Moskva, həm də Dəməşq İranın Suriyadakı müsbət aspektləri ilə yanaşı, həddindən artıq hərbi iştirakının əlavə risklər yaradacağını başa düşür. Suriya hökuməti hətta başa düşür ki, İrandan ifrat asılılıq, xüsusən də ABŞ-ın nüvə razılaşmasından çıxması və yaxın zamanda Tehrana qarşı yeni sanksiyaların tətbiqi nəzərə alınmaqla, onu da girdaba sürükləyəcək.

Moskva güclü və daha müstəqil Dəməşqin vacibliyini anlayır; bu, İrana bölgədə öz siyasətini diktə etmə imkanını və beynəlxalq hay-küyü azaldır.

Beləliklə, Rusiyanın Suriyadakı vəziyyəti tarazlaşdırmaq yollardan biri də Şama öz dəstəyini artırmaqdır.

 

Tərcümə: Strateq.az