XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

25 İyul 2018 - 22:33

İRAN-İSRAİL ƏDAVƏTİNİN ALTINDA NƏLƏR YATIR:kim kimi xəritədən siləcək? – Araşdırma

Georgi Asatryan

Vzqlyad.ru, 24.07.2018

 

KİV-lər Suriya üzərində səmada qırıcı məhv ediləndən sonra İran və İsrail arasında, bəzi ekspertlərin hesab etdiyi kimi, üçüncü dünya savaşına keçəcək yaxın müharibə haqda yenidən danışmağa başlayıb. Yəhudilər və farslar arasındakı münaqişənin, həqiqətən, msitika daxil olmaqla yönü çoxdur, amma buna yoldaşlıq edən miflər daha çoxdur. Bunlardan başlıcası, əslində, kimin kimi məhv etmək istədiyi haqdadır.

Farslar və yəhudilərin münasibətləri, doğrudan da, qədimdir – bu haqda söhbəti e.ə. VI əsrdən başlamaq olar. İran şahı Böyük Keyxosrov (mətndə Kir-red.) Babil çarlığını fəth edərək yəhudiləri Babil əsirliyindən azad edən və Qüdsə dönüşə icazə verən qərar imzalayıb. İran şahı bu qayda ilə, bir növ, ilk “insan haqları bəyannaməsi”ni elan edib. Və ingilis lordu Artur Balfur 1917-də sonradan onun adıyla adlandırılan öz “Bəyannamə”sini dərc edərkən yəhudilər ona minnətdarlıqla “yeni Keyxosrov” deyiblər, çünki bu, İsrailin qurulması ideyasını ehtiva edib.

İran İslam Respublikası və İsrail dövlətinin bu günki münasibətlərini bir kəlməylə təsvir etmək olar – düşmənçilik. Dünyanın siyasi xəritəsində bu qədər qəliz münasibətlərdə olan iki başqa dövlət tapmaq çətindir. Bu münaqişənin geopolitik tərkibi incəliklə təsvir olunub – həmişə düzgün və məsələyə bələdliklə deyil, amma hər halda təsvir edilib. Xoşbəxtlikdən İsrail və İran jurnalistlər və ekspertlər tərəfindən diqqət qıtlığından gileylənməyib. İndi onların çoxu iddia edir ki, bu dövlətlər böyük müharibə həddindədir.

Bu, əslində, belədirmi?

 

Ərəb dənizində didərginlər dostluğu

 

Düşmənçilik yəhudi və farsların münasibətlərində qaçılmaz atribut deyil. Əksinə, bu xalqları uzun zaman möhkəm dostluq bağlayıb. İsrail və İran şahı isə dövlət səviyyəsində sadəcə müttəfiq deyildilər – hər iki ölkə “ərəb dənizi”ylə çevrələnməklə mühasirə durumundaydı və tezliklə bir-birində strateji tərəfdaş tapmışdılar. İran bir vaxtlar bölgədə yəhudi dövlətini de-fakto tanıyan yeganə müsəlman ölkəsiydi. İİR-də bu gün də Yaxın Şərqin ən böyük yəhudi icması (20-25 min nəfər) yaşayır və yerli cəmiyyətdə təsirli mövqeyə malikdir.

Yəhudilər Səddam İraqında təqibə məruz qalanda isə Tehran onlara təhlükəli zonadan kənara çıxmağa yardım edib. 

İndi bu, ağlasığmaz görünür, amma Harvard Universitetinin təyininə görə, “təhlükəsizlik laboratoriyası” olan İsrail hətta şahın SAVAK xüsusi xidmətinin yaradılmasında məsləhətlər verib və Buşəhrdə atom reaktorunun inşası zamanı yardım göstərib.

İran borclu qalmayıb. İsrail iranşünası Vladimir Mesamedin iddia etdiyi kimi, Tehran Qiyamət Günü Savaşı zamanı yəhudi dövlətinə 25 “Fantom” hərbi qırıcı verib.

Bununla yanaşı, hər iki tərəf anlaşılan səbəblərdən öz əlaqələrini gizlətmək cəhdləri göstərib. Misalçün, Tehran aeroportunda hava limanının əsas hissəsindən uzaqda özəl terminal açılmışdı ki, İsrail hərbçilərinin İrana sıx səfərləri gizli saxlansın.

Neftçilər arasında İran-İsrail neft borusu adını almış neft borusunu da hazırda az adam xatırlayır. O, cənubda Aşkelondan şimala Eylata gedirdi. Tankerlər İran neftini İsrail sahillərinədək daşıyır, neft kəmərinə yükləyir, “qara qızıl” oradan isə dünya bazarlarına çıxır, qismən də yəhudi dövlətinə qalırdı. Bununla parlaq biznesmen – dünyada ən böyük treydinq şirkəti “Glencore”nin qurucusu, “neft kralı” Mark Riç məşğul olur, birbaşa İran fundamentalistlərilə çalışırdı.

Beləliklə, yəhudilərlə farslar arasındakı ədavətin milli xarakteri haqda danışmaq lazım gəlmir. Amma bunda ideoloji tərkib, şübhəsiz, var.

 

Əzab çəkməkdə ideya var

 

1979-da İranda inqilab baş verib: şahənşah başda olmaqla dünyəvi monarxiya rejiminin yerinə tarixdə ilk dəfə islam teokratiyası gəlib. Orada bu günə kimi şiə timsalı müsəlman üləmalar – ayətullahlar hökm sürür. Mistikadan ruhlanan və “Allahın iradəsinin apardığı” ruhani şəxslər – “həyat sirrinin biliciləri” və “Uca Tanrının yer üzündəki təmsilçiləri”. Rejim eyni zamanda əvvəlcə respublika kimi qurulub – seçkilərlə, hakimiyyət bölgüsüylə, parlamentlə, yüzlərlə partiya və siyasi zümrələrin amansız rəqabət mübarizəsilə.

İran – ideolojiləşmiş cəmiyyətdir. Bu ideologiyanın ən sabit adı xomeynizmdir. Amma bəzi tədqiqatçılar vurğulayırlar ki, iranlılar yalnız 500 ildir şiə, min illər boyu isə farsdırlar. İndiki halda söhbət ondan gedir ki, hazırkı ideoloji cild müvəqqətidir və yerli sosiumu tam səciyyələndirmir.

Bununla qismən razılaşmaq olar. İslam inqilabı iranlıların şüurunda dərin iz qoyub, amma indiki İran cəmiyyəti nadir fars xarakterinin ifadəsidir. Şiəlik iztirablarda, əzablarda, daimi əsarətdə (İİR ideologiyası üçün önəmli söz) doğulub. Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn xilafətdə vətəndaş müharibəsi illərində Kərbəla yaxınlığında (çağdaş İraqın ərazisi) xəlifə Yezidin qoşunlarıyla döyüşdə tikə-tikə edilib. Çox güman, bu epizod peyğəməbərin əmioğlusu Əlinin ardıcılları – şiələr üçün eyniyyətin başlıca amili olub. Kərbəla yaxınlığındakı hadisələr, məsələn, Aşura faciəsi zamanı yada salınır, şiələrin çoxu bu çərçivədə özünə divan tutmaqla məşğul olur ki, bu da Hüseynin müsibətlərini onların yadına salır. Şiəlik ideologiyasında məzlumlara yaxınlıq və zalımlara nifrət də buradandır.

İranlıların anlamında müsəlman fələstinlilər yəhudilərin zülmündədir.

İranlılar üçün son dərəcə ağrılı və hədsiz ideolojiləşdirilən başqa bir məsələ Qüdsün statusudur. Bu şəhərin müsəlmanlar üçün özəl önəmi var. Dərin kök atmış rəvayətlərə görə, Məhəmməd peyğəmbər möcüzəli şəkildə Məkkədən Qüdsə, oradan isə Yaradanla söhbəti baş tutmuş göylərə merac edib.

Qüdsün işğalı haqda bəlağət İsrailin Yaxın Şərqdə normal işgüzar münasibətlər qurduğu ölkələr daxil olmaqla praktik olaraq bütün müsəlman ölkələri üçün səciyyəvidir. Hətta Usamə bin-Ladenin, ya da “əl-Qaidə”nin indiki lideri Ayman əl-Zəvahirinin bir çıxışını tapmaq çətindir ki, Qüds məsələsi qaldırılmasın.

İran da həm ölkə daxilində, həm də bütünlükdə bölgədə rəsmi şəxslərin bəyanatlarını müsəlman küçəsinə göndərməklə bölgəsəl məqsədlərinə yetmək üçün bu kartdan faydalanır. Şiələrin dünya ümmətinin cəmi 10-20%-i təşkil etdiyi bir şəraitdə müsəlman dünyasının lideriliyinə iddia edən Tehranın davakar ritorikasının əsas istehlakçısı məhz küçədir.

Konkret misal gətirək. İordaniya kralı Abdulla bir dəfə İranın ekspansionist siyasətini sərt tənqidə məruz qoyaraq bildirib ki, Tehran öz sərhədlərindən İraq və Suriya sərhədləri üzərindən Aralıq dənizinin Livan sahillərinədək “şiə qövsü” (yaxud şiə ayparası) qurmağa çalışır. Sonralar Misir prezidenti Hüsnü Mübarək də bu ittihamlara qoşulub. Bu bəyanatlar da müsəlman (daha dəqiqi, sünni) küçəsinə ünvanlanıb, amma effekti az olub, çünki Tehran bu küçənin dünyadakı mənzərəsində İsrailə qarşı fəal şəkildə çıxan “məzlum fələstinlilər”in müdafiəçisidir. Bu da İranda ayətullah Xomeyninin ardınca “sionist qurum” adlandırılan İsrailə münasibətdə sizin üçün barışmaz mövqe üçün baza. Amma hər halda yəhudi dövləti periferiyada olmasa da, dəqiq artıq İranın inqilabi ideologiyasının nüvəsində deyil.

Xomeyni ideyalarının çağdaş Tehran üçün təməl və fəaliyyətə rəhbərlik olduğu fikriylə razılaşsaq, nəzərə almaq lazım gəlir ki, Xomeyninin özü İsrail məsələsinə çox da tez-tez müraciət etməyib – xeyli əlləşmək gərəkdir ki, onun “Vəsiyyət”ində İsrail adının xatırlanması tapılsın (hər halda var). Amma onun mövqeyi bütövlükdə ədavətli və güzəştsiz idi. Ayətullah yazıb: “İsrail islam və müsəlmanlar, habelə bütün beynəlxalq kriteriyalar baxımından təcavüzkar və işğalçıdır…”

Onun böyük (ABŞ) və kiçik (əvvəlcə SSRİ, sonra İsrail) şeytanlar haqda deyimləri daha məşhurdur. Bundan sonra Qərb cəmiyyətində, xüsusən də Amerikada fikir möhkəmlənib ki, İranı radikal ideologiyanın apardığı və özünə tam sahib çıxmayan fanatiklər yönəldir. Amma Qərb bu obrazı yanlış anlayır. Şeytan xristianlıqda bəraətə malik olmayan mütləq şərdir, amma islamda Allah hər şeyi enən mərhəmət etiqadına sahibdir, şeytan isə daha çox yolunu azmış və qüsurlara batmış təmənnalı varlıqdır. Quranda hətta fikir var ki, o, Qiyamət Günü rəhmli Allah tərəfindən bağışlana bilər.

Təsəvvür etmək olarmı ki, xristian onu yolda vuran sürücünü şeytan adlandırsın? Çətin ki. Amma fars üçün bu, sadə işdir. Beləliklə, şeytanla müqayisə İran koordinatlar sistemində daha yumşaq xarakter daşıyır.

Yəhudilər bir şərq xalqı kimi anlayırlar ki, İran cəmiyyəti digərlərindən daha yaxşıdır. Lakin geopolitik qarşıdurma faktının özü onların rəsmi hökumətini tez-tez çağdaş İranın yanlış təfsirinə təhrik edir.

 

Kim kimi xəritədən silər?

 

İsrail, təxminən, 2000-ci illərdən başlayaraq İranın əsas “heyterlər”indən (ingiliscə: düşmən-red.) birinə çevrilib. Zaman keçdikcə ritorika sərtləşib və məsələ “nəzəri dövlət” və “fanatik rejim” kimi təyinlərə gedib çıxıb. Tehran özü bunun üçün daha çox əsas verib – İİR-in keçmiş prezidenti Mahmud Əhmədinejadın ritoprikasını yada salmaq yetər. O, 2005-də “Sionizmsiz dünya” konfransında “sionist rejim yer üzündən silinməlidir, özü də ilahi gücün köməyi ilə” deyərək informasiya bombası partladıb. Tozanaq yatanda prezident təkrar edib: “Sionsit qurumu xəritədən silmək gərəkdir”.

Əhmədinejadın digər “fəaliyyət sahəsi” holokostun inkarı üzrə kampaniya olub. O, konfranslar təşkil edib, faktları yoxlamağa çağırıb və deyib ki, “dünya sionizmi qətlə yetirilənlərin sayını bilərəkdən çoxaldır”.

İndi heç kimin şübhəsi yoxdur ki, bu fəallığın, hər şeydən qabaq, daxili-siyasi hədəfi var idi. Amma əsaslandırılmış rəy var ki, Əhmədinejadın iki prezidentlik müddəti İslam Respublikasının imic və maraqlarına nəhəng ziyan vurub. Onun dövrü İraqla səkkizllik savaşdan sonra İran üçün ən gərgin dönəm idi.

İİR-in yeni rəhbərliyi Əhmədinejadın “irsini” tədricən yenidən nəzərdən keçirməyə təsadüfən başlamayıb. İndiki prezident Həsən Ruhani holokost faktını etiraf edib və bildirib ki, bu, insanlığa qarşı cinayət idi. Başqa bir epizod da diqqətçəkəndir: İran XİN başçısı Cavad Zərif Tvitterdə İsrail vətəndaşlarını yəhudi yeni ili münasibətilə təbrik edəndə Amerikanın nüfuzlu siyasətçisinin qızı Nensi Pelosi ona yazıb ki, Tehran holokostu inkar etməsəydi, daha xoş olardı. Zərif cavab verib: “İran holokostu heç vaxt inkar etməyib, bunu inkar etmiş sayılan adam isə artıq gedib. Yeni iliniz xoşbəxt olsun”.

İsrailin çağdaş elitaları Əhmədinejadın antiisrail ritorikasını istifadə etdiyi qədər antiiran ritorikasını öz daxili-siyasi hədəfləri üçün həvəslə istifadə edir. İran təhlükəsi mövzusunda spekulyasiya etməyən və İİR-i iblisləşdirməyən, heç olmasa, bircə İsrail siyasətçisi tapmaq çətindir. Bütün bunların məqsədi cəmiyyətin və müttfəqilərin konsolidasiyasıdır…

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə