Neft qiymətləri düşməyi davam etdirir. Həlledici hasilat layihələri dayanıb, neft sahəsi isə müflisləşmə dalğasının astanasında durub. Dünya bazarlarına tarazlığın bərpası üçün bir neçə il tələb olunur. Bu, böhrana qərq olmuş Rusiya və yaxud Səudiyyə Ərəbistanı iqtisadiyyatı üçün olduqca uzun müddətdir.
Birləşmiş Ştatlar və İran da problemlərlə üzləşib. Dövlətlərin maraqları üst-stə düşür: onlara müharibə və qiymətlərin artımı lazımdır və bu, təşviş doğurur.
Neft bazarlarında tarazlıq yalnız bir neçə ildən sonra mümkündür
Bazarlardakı durum getdikcə daha da ciddiləşir. Brent markal neftin qiyməti aşağı şütüyür və analitiklər lap inamla deyirlər ki, qiymət 20 dollara və yaxud hətta daha aşağı düşə bilər. Bu cür durumun səbəbi bir neçədir: təklifin kürəsəl izafiliyi, Çində (“qara qızıl”ın aparıcı idxalatçısı) artım tempinin aşağı düşməsi və İran üzərindən sanksiyaların götürülməsi. Bütün bu amillər neft qiyməti təyinini uzun aylar boyuna “dib”ə çəkəcək. Bazarlar hətta 2017-ci ilə doğru neft artıqlığını canına çəksə də, lap bu yaxınlarda 100 dollar civarında tərəddüd edən qiymətləri unutmaq lazım gələcək. Bir çox karbohidrogen şirkətləri müflisləşmə gözləyir, əksər həlledici layihələr dayandırılıb. Məsələ əsas ixracatçıların nə qədər vaxtı olmasındadır.
Rusiya dalandadır
Büdcəsinin əsasına hər barrelə 50 dolar qoyulmuş Rusiya tədricən öz maliyə ehtiyatlarını yeyir.“Qara qızıl”ın qiyməti düşməzdən öncə bu ehtiyatlar, təxminən, 500 milyard dollar təşkil edirdi, 2015-ci lin dekabrında isə 350 milyard dollaradək azaldı. Durumu Qərb sanksiyaları daha da qəlizləşdirir.Ehtiyatların yeyilməsi, kəskin büdcə kəsirləri və inflyasiya yuvarlanmasını ən yaxın vaxtlarda durdurmaq mümkün olmayacaq. Bundan başqa, neft bazarlarında durum sabitləşəndə Rusiya iqtisadiyyatını qaydaya salmağa hələ xeyli illər tələb olunacaq. RF maliyyə naziri Aleksey Siluanovun sözlərinə görə, bu proses ancaq 2020-ci ilə, bəlkə də, sonra başa çata bilər. Bu, Kreml üçün böhranlı durumdur: dalanda olmaqla ifrat tədbirlər əl atmaq haqda qərar qəbul edə bilər.
Səudiyyənin bazar uğrunda mübarizəsi nəzarətdən çıxıb
Dünya bazarları uğrunda mübarizəyə başlamış Səudiyyə Ərəbistanı da bazarların bu cür uzunmüddətli sabitləşmə dövrünə tab gətirməyə bilər. Beynəlxalq Valyuta Fondu 2015-ci ilin oktyabrında qiymətləndirdi ki, bu ölkənin xərcləri o cür böyük qalsa, krallığın maliyyə ehtiyatları beş ildən sonra qurtaracaq. O vaxt kəsirin həcmi 100 milyard dollara yaxın, yəni Səudiyyənin ÜDM-in beşdə biri qədər idi. Qeyd olunurdu ki, Ər-Riyadın büdcəsinin tarazlığını yalnız neftin hər barrelinə 100 dollar səviyyəsində qiymət təmin edə bilər. Lakin bu proqnozların verildiyi vaxtdan bəri çox şey dəyişilib. Qiymətlər son 12 ildə ən aşağı səviyyəyə enməklə aşağ uçmaqdadır. Bu yaxınlarda 30 dollarlıq maneə aşıldı, 20 dollarlıq nişan isə yeni “qırımızı xətt” kimi çıxış edir.
Bu arada krallığın daxili durumu mürəkkəbdir və hər şeydən göründüyü kimi, heç bir islahat gözlənilmir. Bundan başqa, Ər-Riyad Suriya və Yəməndəki müharibələrə on milyardlarla dollar pul göndərir.
Sual: bu cür şəraitdə Ərəbistan yarımadasında status-kvonu saxlamaq mümkündürmü? Neft bazarlarında sabitləşmə bir neçə il çəksə, xeyr.
İrana pul lazımdır
Nə qədər təəccüblü olsa da, İran da neftin aşağı qiymətlərindən narazıdır. Karbohidrogen ixracatı sahəsində Qərb sanksiyalarının ləğvi sayəsində Tehran da öz “qara qızıl” ehtiyatlarını bazara ata bilər.Lakin ixracatın sabit artımı üçün ona nəhəng vəsait lazımdır ki, baxımsız qalmış neft sektoruna yatırım qoysun. Bundan başqa, iqtisadiyyatın, demək olar, bütün sahələri yatrım tələb edir. Texnoloji yeniliklərdən uzun müddət təcrid olunmuş İran əldən buraxılmışın yerini doldurmalıdır. Neftin aşağı qiyməti isə kapitalın çoxalmasına səbəb olmur.
Amerkanın şistli neft inqilabına yardım gərəkdir
Birləşmiş Ştatlar da çətinkiklərlə üzləşib. Texasda və Quzey Dakotada şistli neft hasilatı kəskin şəkildə aşağı düşüb. Mürəkkəb hasilat prosesi üzündən (üfüqi qazmanın təbiqi zərurəti və layların hidravlik partladılması üsulu) bu cür layihələr hər barrelə 50-60 dollar səviyyəsində gəlirlidir. Buna görə də neft bazarlarının tarazlığa uzunmüddətli qayıdışı amerikalılar üçün problem olacaq. Xüsusən də ona görə ki, onlar 70-ci illərdən qüvvədə olan neft ixracatına qadağanı aradan qaldırıb və xarici bazarları fəth etməyə hazrlaşırlar.
Maraqların təşviş doğuran uyğunluğu: neft dövlətlərinə müharibə lazımdır
Yuxarıda sadalanan dövlətlərdən hər biri, yuxarıda misal gətirilən faktlardan göründüyü kimi, neft qymətlərini dərhal qaldırası münaqişənin qızışmasında maraqlıdır. Bu məqsəd üçün gərginləşən Səudiyə-İran qarşıdurmasından istifadə edilə bilərmi? Mən bunu tamamilə ağlabatan sayıram, çünki burada iki dövlətin, Fars körfəzinin, Hörmüz boğazının neft maraqları hərəkətə keçib, həmçinin dini aspekt var. Söhbət Yaxın Şərqdə uzun ilər ərzində müxətlif müstəvilərdə dönüşən ənənəvişiə-sünni münaqişəsindən gedir. Həm də İran-Səudiyyə münaqişəsi ABŞ və Rusiyanı kənarda saxlamır.
Bircə “əmma” qalır. Tehran neft qymətlərini yüksəlməsində maraqlı olsa da, Qərb sanksyalarının ləğvi prosesini zədələmək niyyətində deyil. Lakin bu, islahatçıların mövqeyidir, müfahizəkarlar isə, heç olmasa, iqtisadi kəşfiyyat və xarici məhdudiyyətlər şəraitində qaçaqmalçılıq üzərində nəzarəti təmin etmək üçün status-kvoya həvəslə qayıdarlar.
Pyotr Maçyonjek
Defence24 (Polşa), 25.01.2016