XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

01 Avqust 2018 - 17:41

KOÇARYANIN HƏBSİNDƏN SONA SƏRKİSYAN ÖLKƏSİNƏ DÖNƏ BİLMİR:onu fərarilik gözləyir, yoxsa həbsxana? – Təhlil

Sərkis Artsruni

“1-in. am” (Ermənistan), 01.08.2018

 

Serj Sərkisyan Robert Koçaryanın həbs edildiyi günlərdə xaricdədir. Bəziləri deyirlər ki, Serj Sərkisyan tibbi müayinədən keçir, başqaları qeyd edirlər ki, bu, üçüncü prezidentin növbəti yay istirahətidir. Amma başlıcası bu yox, Serj Sərkisyanın Ermənistana dönüb-dönməyəcəyi, yaxud xaricdə qalacağıdır.

Bu məsələ xüsusən də Robert Koçaryanın həbsindən sonra aktuallaşıb: Ermənistanda keçmiş prezidentlərin istisnasız konstitusion immuniteti haqda stereotip sındırılıb və məsələn, Robert Koçaryan cəmi bircə gündə həbsxanaya düşüb.

Serj Sərkisyan Robert Koçaryan örnəyini nəzərə almaqla qayıtmaya da bilər. Ancaq bu halda, istər-istəməz, boynuna alır ki, ədalət məhkəməsiylə problemi var – faktiki olaraq ondan gizlənməyə üstünlük verir. Bu variant Serj Sərkisyanın siyasətdən həmişəlik uzaqlaşdığını nəzərdə tutur – özü də dedikcə biabırçı epiloqla, fərari obrazında.

Amma burada məsələ Serj Sərkisyanın təkcə şəxsiyyətində deyil, Ermənistan Respublika Partiyasının (ERP) sonrakı taleyindədir. Partiya son üç ayda Serj Sərkisyanın adıyla səsləşməklə yeni gerçəkliyə uyğunlaşmağa macal tapmayıb. Və partiya lideri hazırda xaricdən qayıtmağı qət etməsə, bu, son korrupsiya ifşaları nəticəsində onsuz da yerlə yeksan olmuş partiyanın nüfuzuna qəfil zərbə olacaq.

Serj Sərkisyanın “fərariliyi” ERP-in perspektivinə birdəfəlik son qoyur – xüsusən də  qarşıda İrəvan Ağsaqqallar Şurasınına və parlamentə növbədənkənar seçkilər olduğuna görə.

Yeri gəlmişkən, Serj Sərkisyanın yoxluğu partiyasında hərc-mərclik durumu yaradıb ki, bu da ERP-nin hazırda kimin – Serj Sərkisyanınmı, yoxsa Robert Koçaryanınmı maraqlarını təmsil etdiyinin hətta ekspert dairələrində də aydın olmadığı son günlərdə onun tələm-tələsik davranışında özünü göstərir.

Bununla belə, ikinci prezident (mətndə bu cürdür-red.) Ermənistana qayıtmasa, onda Robert Koçaryan həm ERP-nin qırıntıları və kriminal oliqarxiyanı, həm də cəmiyyətin, belə deyək, inqilab üzündən komfortdan məhrum olmuş və antikorrupsiya kampaniyasının növbəti dalğası onların da maraqlarına toxunmağa başlayarkən, gileylənməyə başlayan seqmentini mənimsəyərək əks-inqilabın özünəməxsus rəmzinə çevrilir.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə