XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 19:07

Putin də “erməni soyqırımı”nı tanıdı

“24 Mart 1915-ci il insanlıq tarixinin ən qorxunc və dramatik hadisələrindən biri və erməni xalqının soyqırımı ilə anılan kədərli bir tarixidir”

Açıq şəkildə “soyqırım” ifadəsinin keçdiyi bu cümlə Rusiya Prezidenti Vladimir Putinə aiddir. Strateq.az-ın məlumata görə, Putin bu sözləri Moskvada keçirilən “Soyqırımın olmadığı bir dünya” adlı anma proqramına başsağlığı mesajı olaraq göndərib.

Putin mesajında həmçinin bildirib: “Rusiyanın bu məsələdə mövqeyi obyektiv və qəti olacaq. Etnik kimliyə görə kütləvi qətliamların heç bir haqlı səbəbi ola bilməz. Beynəlxalq ictimaiyyət bu cür vəhşilikləri heç bir zaman və heç bir yerdə təkrarlamamağa borcludur. Erməni və bölgənin digər xalqlarınin yeni nəsilləri sülh və əmin-amanlıq içərisində yaşamalı, aqressiv millətçilikdən və əcnəbi düşmənçiliyinin yol açdığı qorxulardan azad olmalıdır”.