XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

10 Avqust 2018 - 20:23

“ASSOCİATED PRESS”dən SENSASİON ARAŞDIRMA:"ABŞ Yəməndə “əl-Qaidə” ilə necə əməkdaşlıq edir?"

aftershock.news, 08.08.2018

 

Dünya hadisələrinin bu günki coşğun axınında əvvəlki sistemin reper sınma nöqtələrini izləmək artıq çətindir. Amma bunlar var. Amerikanın “Associated Press” informasiya agentliyinin bütün dünya üzrə işləyən və mənzil qərargahı ABŞ-da da olan “Pulitzer Center on Crisis Reporting”-in verdiyi qrantla apardığı araşdırmanı diqqətinizə çatdırıram. Belə bir maraqlı uyğunluq güman etməyə əsas verir ki, ölkə və millətüstü elitaların münaqişəsi yer ala bilir. 5 il qabaq bu cür materialın Amerika mətbuatına çıxmasını təsəvvür etmək mümkün deyildi.

ABŞ-ın dəstəyi və Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya son iki ildə bildirib ki, “əl-Qaidə” döyüşçülərini bütün Yəmən üzrə dayaq məntəqələrindən sıxışdırmağa imkan verən və onları Qərbə hücumdan məhrum edən qətiyyətli qələbələr qazanıb. Lakin qaliblər, bax, bunu açıqlamayıblar – nailiyyətlər atəşsiz əldə olunub.

Bu ona görədir ki, “Associated Press” araşdırmasının aydınlaşdırdığı kimi, koalisiya “əl-Qaidə” döyüşçülərilə məxfi sövdələşmələr apararaq bəzilərinə əsas şəhər və qəsəbələri tərk etdiklərinə görə pul ödəyib, başqalarına isə silah, texnika və qarət edilmiş dəst-dəst pullarla geri çəkilmək imkanı verib. Bir də hələ yüzlərlə döyüşçü koalisiyanın özünə cəlb olunub.

Bu güzəşt və alyanslar “əl-Qaidə” döyüşçülərinə təkcə daha bir gün sağ qalmaq imkanı verməyib, 11 sentaybr teraktını həyata keçirmiş terrorçu şəbəkənin ən təhlükəli qanadını möhkəmlətmək riski yaradıb. Anlaşmaların əsas iştirakçıları bildiriblər ki, ABŞ onları tanıyır və pilotsuzlardan zərbələrini dayandırır.

AP-nin üzə çıxartdığı sövdələşmələr Ərəbistan yarımadasının cənubi-qərb bucağında eyni zamanda aparılan iki savaşın maraq ziddiyyətlərini əks etdirir. ABŞ münaqişənin birində özünün ərəb müttəfiqlərilə işləyir – xüsusən də Ərəbistan yarımadasında “əl-Qaidə” (AQAP) kimi ad çıxarmış ekstremistlərin ləğvi məqsədilə Birləşmiş Ərəb Əmirlikləri ilə. Amma əsas missiya İranın dəstəklədiyi şiə üsyançıları husilərə qarşı vətəndaş savaşını udmaqdan ibarətdir. “əl-Qaidə” döyüşçüləri bu mübarizədə faktiki olaraq Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın, uyğun olaraq Birləşmiş Ştatların tərəfindədir.

ABŞ-ın terrorizmi izləyən analitik qrupu, Ceymstaun Fondunun əməkdaşı Maykl Horton deyib: “Amerika hərbçilərinin bir qismi dəqiq bilir ki, ABŞ-ın Yəməndə etdiyinin böyük hissəsi AQAP-a yardımdır və bu haqda xeyli  əndişə var”.

Horton bildirib: “Bununla belə, ABŞ-ın İran ekspansionizmi kimi nəzərdən keçirdiyinə qarşı BƏƏ və Səudiyyə Ərəbistanı Krallığına dəstək AQAP-la mübarizədə və hətta Yəmənin sabitləşdirilməsində prioritetə malikdir”.

Ceymstaun Fondunun qənaətləri Yəməndən məlumatlara və Yəmən təhlükəsizlik xidmətinin əməkdaşları, könüllü yığma komandirləri, tayfa vasitəçiləri və “əl-Qaidə” bölməsinin dörd üzvü daxil olmaqla iyirmi vəzifəli şəxsin müsahibəsinə əsaslanıb. Bu qaynaqlardan biri repressiyalardan çəkinərək anonimlik şəraitində danışıb. Çünki Əmirliklərin dəstəklədiyi fraksiyalar Yəməndəki silahlı qruplaşmaların çoxu kimi adam oğurlamaq, ya da öz tənqidçilərini qətlə yetirməkdə ittiham olunur.

Koalisiyanın əl tutduğu könüllü yığmalar “əl-Qaidə” döyüşçülərini, yaxud bu yaxınlarda onun üzvü olanları fəal şəkildə ələ alırlar, çünki AP-nin aydınlaşdırdığı kimi, onlar müstəsna döyüşçü sayılırlar.  Koalisiya qüvvələri könüllü yığma, fraksiyalar, tayfa sərkərdələri və olduqca yerli maraqlarla tayfaların inanılmaz uyğunluğunu ehtiva edir. Və AQAP döyüşçüləri onların əksəriyyəti ilə qaynayıb qarışıb.

Yəmənli bir komandirin şəxsi köməkçisi AP-a deyib – “əl-Qaidə” ilə əlaqələrinə görə ABŞ-da keçən il terrorçular siyahısına daxil edilmiş  komandir BƏƏ-dən pul almağı davam etdirir ki, onun könüllü yığmasına komandirlik etsin.

Bir hadisədə tayfanın Əmirliklər və “əl-Qaidə” arasında saziş bağlayan vasitəçisi hətta ekstremistlərə vida şam yeməyi verib.

Horton deyib ki, BƏƏ-nin “əl-Qaidə” və ona müttəfiq könüllü yığmaları ilə müharibəsi “məzhəkədir”.

O deyib: “İndi, demək olar, aydınlaşdırmaq mümkün deyil ki, kim AQAP-dır, kim deyil, çünki hədsiz dərəcədə saziş və alyanslar bağlanıb”.

ABŞ İranın dəstəklədiyi husilərlə mübarizə üçün koalisiyaya milyardlarla dollarlıq silah göndərib. ABŞ müşavirləri habelə koalisiyanı Yəməndə yerüstü rəqiblərə hücum zamanı istifadə edilən kəşfiyyatla təmin edir, Amerika təyyarələri isə koalisiyanın hərbi təyyarələrini “havada” əlavə yanacaqla təmin edir. Amma ABŞ koalisiyanı maliyyələşdirmir və heç bir sübut yoxdur ki, Amerika pulları AQAP döyüşçülərinə gedib.

Yükəskçinli Amerika məmuru bu ilin əvvəlində Qahirədə jurnalistlərə deyib ki, ABŞ antihusilər sırasında “əl-Qaidə”nin iştirakından xəbərdardır. Məmur anonimlik şəraitində çıxış edərkən söyləyib: “Koalisiya üzvləri könüllü yığmasını sərt islamçı komandirlərlə dəstəklədiyindən “əl-Qaidə”nin uyğunlaşması çox asandır”.

Pentaqon lap bu yaxınlarda “əl-Qaidə” döyüşçülərilə hər hansı əlbirliyini qəti inkar edib.

Pentaqon təmsilçisi Şon Robertson AP-nin ünvanına elektron məktubda yazıb: “Biz AQAP-ın əsas liderlərini aradan qaldırmaq və nəzarət edilməyən ərazidən adamları ələ almaq, təlim keçmək və bütün bölgədə ABŞ-a və tərəfdaşlarımıza qarşı əməliyyatlar planlaşdırmaq bacarığını pozmaq üçün 2017-nin əvvəlindən 140-dan çox zərbə endirmişik”.

Səudiyyənin yüksəkçinli məmuru bunu şərh edərək bildirib ki, Səudiyyə Ərərbistanının başçılıq etdiyi koalisiya “ekstremizm və terrorizmlə  mübarizəyə sədaqətini davam etdirir”.

BƏƏ hökuməti təmsilçsi AP-nin suallarına cavab verməyib. Lakin Əmirliklərin Dövlət xarici işlər naziri Ənvər Qarqaş bazar ertəsi Twitter-də yazıb ki, BƏƏ-nin DƏSTƏKLƏDİYİ əks-terrorçu strategiya işləyir. O deyib ki, bu, minlərlə döyüşçünü “yığışdırıb” və təhlükəsiz sığınacaqdan məhrum edib.

O, AQAP-ın durumunun “2012-ci ildən bəri ən əzif olduğunu” yazaraq əlavə edib ki, BƏƏ və müttəfiqləri “mübarizədə qoşun itirib”. Koalisiya 2015-də husilər paytaxt Səna daxil olmaqla şimalı ələ keçirəndən sonra Yəməndə hərbi əməliyyatlara başlayıb. BƏƏ və Səudiyyə Ərəbistanı düşmənin – İranın Yəməni işğal etmək üzrə addımı saydıqlarını … dayandırmaqda qətiyyətlidir.

Amerika biznes institutunun elmi əməkdaşı Ketrin Simmerman deyib: “Şübhəsiz, Birləşmiş Ştatlar Yəməndə ağır durumdadır. Cəfəngiyyatdır ki, Birləşmiş Ştatlar əl-Qaidəni təhlükə kimi müəyyən edib, amma bizim Yəmən daxilində ümumi maraqlarımız var…”

“Əl-Qaidə” bu mürəkkəb münaqişə çərçivəsində iddia edir ki, onun sayı – Amerika rəsmilərinin dəyərləndirməsinə görə, 6000-8000 nəfər təşkil edir – artmaqdadır.

Muzdlu yeni üzvlərin təşkilinə yardım edən “əl-Qaidə” komandiri AP-yə deyib ki, husilərə qarşı cəbhə yeni üzvlərin ələ alınması üçün münbit zəmin təmin edir. O deyib: “Yəni iyirmisini göndəririksə, yüzüylə dönürük”.

Məşhur komandir AP-lə məlumat mübadiləsinin qorunan əlavəsi vasitəsilə anonimlik şəraitində təmasda olub, çünki KİV-lərlə ünsiyyətdə olmaq üçün öz dəstəsindən icazəsi olmayıb.

 

“əl-Qaidə” üçün vida şam yeməyi

 

BƏƏ qoşunları və onun yəmənli könüllü yığmasından müttəfiqləri fevralda televiziya kadrlarında qələbə işarəsi sərgiləyib, “əl-Qaidə”nin, demək olar, üç il ağalıq etdiyi Şəbva dağ əyalətindən keçən kəndlər bölgəsi əl-Səidin qaytarılmasını elan ediblər. Bu, çoxaylıq “Swift Sword” hücum əməliyyatının qələbə əklili kimi təsvir edilib. BƏƏ-nin Vaşinqtondakı səfiri Yusuf əl-Otayba bunu “terrorçu təşkilat şəbəkəsinin dağıdılması və onun gələcək hücumlardan mərhum edilməsi” kimi elan edib.

Cüzi qoşunla buna yardım edən Pentaqon bu bəyanatı təkrarlayaraq izah edib ki, missiya terrorçu qrupların Yəməndən baza kimi yararlanmaq bacarığını zəiflədəcək. Lakin onların çıxarılması haqda sövdələşmədə  iştirak edən vasitəçinin sözlərinə görə, koalisiya qüvvələri girməzdən bir həftə qabaq maskalı “əl-Qaidə” döyüşçülərinin mindiyi pulemyotlu pikaplar silsiləsi əl-Səiddən çıxıblar.

ABŞ son illərdə güclənən pilotsuzlar zərbəsi kampaniyasının gedişində “əl-Qaidə”nin  bir sıra aparıcı liderlərini öldürüb. Amma, vasitəçinin sözlərinə görə, koalisiyanın reklam etdiyi digərlərindəki kimi bu qələbədə də Amerikanın zərbə pilotsuzları olmayıb. Əyalətin təhlükəsizlik xidmətinin rəisi Əvədu əl-Dalqbulu deyir ki, koalisiya sazişin şərtlərinə uyğun olaraq “əl-Qaidə” üzvlərinə söz verib ki, çıxıb getməyə görə pul ödəyəcək. Onun açıqlaması vasitəçi və Yəmən hökumətinin iki vəzifəli şəxsi tərəfindən təsdiqlənib.

əl-Qaidə”nin 200-ə yaxın üzvü ödəniş alıb. Dəqiq məbləğ məlum deyil, amma, təxminən, hər birinə 100 000 Səudiyyə rialı (26 000$) ödənilib.  Sazişə uyğun olaraq yerli tayfaların min döyüşçüsü BƏƏ-dən maliyyələşdirilən “Şəbva”nın elit könüllü yığmasına daxil edilməliydi. Vasitəçinin və iki rəsmi şəxsin sözlərinə əsasən, 1000 nəfərdən 50-dən 70-ə qədəri “əl-Qaidə” üzvüdür.

Əmirliklərə meylli tayfa başçısı, bir elit güc strukturunun qurucusu Saleh bin Fərid əl-Əvlaki hər hansı sazişin bağlandığını inkar edir. O deyir ki, o və başqaları “əl-Qaidə”nin gənc üzvlərini Şəbvaya fərar etməyə məcbur ediblər ki, bu da terrorçular qrupunu zəiflədərək özbaşına çıxıb getməyə vadar edib. O deyir ki, fərar edən 150-ə yaxın döyüşçü elit bölməyə qəbul edilib, amma yalnız “tövbə” proqramından keçəndən sonra.

Əyalətlərin “əl-Qaidə”dən təmizlənməsi tam hərbi əməliyyatlarsız ötüşməyib. Bəzi kəndlərdə bu oyunu oynamaqdan imtina edən “əl-Qaidə” qalıqları ilə toqquşmalar qızışıb.

“əl-Qaidə”nin keçmiş üzvlərindən biri AP-ə xəbər verib ki, o və yoldaşları Əmirliklərdən pul təklifini rədd ediblər. Onun sözlərinə görə, onlar gedənə qədər elit qüvvə dəstəsi buna görə Xota şəhərində onları mühasirəyə alıb.

AP-nin müəyyən etdiyinə görə, bütünükdə Obama və Tramp administrasiyası dönəmində baş tutan sazişlər “əl-Qaidə” döyüşçülərinin 2015-də ələ keçirdikləri bir neçə böyük şəhər və şəhərcikdən çıxıb getməsini təmin edib. 2016-nın yazında bağlanmış ən ilkin saziş “əl-Qaidə”nin minlərlə döyüşçüsünün böyüklüyünə görə Yəmənin beşinci şəhəri Mukalladan və Ərəbistan dənizindəki böyük limandan çıxmasına imkan verib. Döyüçülərə təhlükəsiz marşrut zəmanəti və şəhərdən qarət edilən pul və silahları saxlamağa icazə verilib – beş qaynağın, o cümlədən hərbçilərin, təhlükəsizlik əməkdaşlarının və dövlət məmurlarının məlumatlarından çıxış edən bəzi dəyərləndirmələrə görə, 100 milyon $-a qədər.

Konvoyun necə çıxıb getdiyini görən tayfanın baş lideri deyib: “Koalisiya qırıcıları və Amerika pilotsuzları boş dayanmışdı. Mənə maraqlıydı ki, onları niyə vurmadılar?”

Koalisiyanın dəstəklədiyi güclər iki gündən sonra hərəkətlənib, sonra elan ediblər ki, “Yəməndə terrorçu təşkilatlara qalib gəlməkdən ötrü birgə beynəlxalq səylərin hissəsi kimi” yüzlərlə döyüşçü öldürülüb və ələ keçirilib.

Amma şahidlərdən heç biri döyüşçülərin öldürülməsi haqda məlumat verməyib. Yerli jurnalist cəzadan qorxaraq anonimlik şəraitində AP qabağında çıxış edərək deyib: “Bir gün ayıldıq və “əl-Qaidə” döyüşsüz yoxa çıxdı”.

Danışıqlarda iştirak etmiş beş tayfa vasitəçisinin sözlərinə görə, bundan dərhal sonra AQAP-ın Əbyan əyalətinin paytaxtı Zincibar daxil olmaqla  altı şəhərdən öz dəstələrini çıxarması haqda daha bir saziş bağlanıb. Yenə də mərkəzi şərt bundan ibarət idi ki, koalisiya və Amerika pilotsuzları bütün bombardmanları dayandırır, çünki vasitəçilər bildiriblər ki, AQAP silahla çıxır.

BƏƏ-nin bu bölgədə dəstəklədiyi Yəmən qüvvələrinin təmsilçsi bildirib – saziş həmçinin 10 000 tayfadaşın, o cümlədən 25 “əl-Qaidə” döyüşçüsünün təhlükəsizlik qurşağına daxil ediləcəyi haqda şərti ehtiva edib. Döyüşçülər 2016-nın mayında, demək olar, bir həftə ərzində yük maşınlarında geri çəkiliblər. Vasitəçilərdən biri AP-ə deyib ki, gedən son döyüşçülər təşəkkür etməkdən ötrü onun fermasında dayanarkən onlara zeytun və limon bağları arasında vida şam yeməyi verib.

Başqa bir vasitəçi – “əl-Qaidə” lideri Usamə bin Ladenin nə zamansa təlim keçdiyi keçmiş cihadçı Tarik əl-Fədhli deyib ki, ABŞ səfirliyindəki rəsmi şəxslərlə və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə əlaqə saxlayaraq çıxarma prosesindən onları agah edib. O deyib: “Son döyüşçü  gedəndə koalisyaya məlumat verdik ki, onlar getdilər”.

 

“Biz iblislə birləşirik”

 

“əl-Qaidə” haqda beynəlxalq terror qrupu kimi düşünmək onun başqa gerçəkliyini gözdən qaçırmaq deməkdir. O, yəmənlilərin çoxu üçün yerlərdəki, sadəcə, çox effektli, yaxşı silahlanmış və döyüşlərdə bərkimiş başqa bir fraksiyadır.

Onun iştirakçıları kölgədəki naməlum şəxslər deyil. AQAP uzun illər boyu tayfalarla əlaqələr quraraq və önəmli ailələrlə nigaha girərək cəmiyyətə qarışıb. Güclü oyunçular tez-tez bunda faydalı alət görürlər. Modeli Hadinin Yəmən prezidenti postundakı sələfi – başçılıq edən Əli Abdulla Saleh verib. O, 11 sentyabr teraktından sonra “əl-Qaidə” ilə mübarizə üçün ABŞ-dan milyardlarla dollar yardım götürüb, amma öz rəqiblərilə mübarizə üçün onun döyüşçülərini ələ alıb. Hadinin indiki vitse-prezidenti, on illər boyu hərbi sərkərdə Əli Möhsün əl-Əhmər də cihadçıları ələ almaqda ittiham edirlər.

Mənzərənin bu fonda başqa yönü görünür və döyüşçülərin husilərə qarşı müharibəyə cəlb edilməməsi daha heyrətli olardı – xüsusən də “əl-Qaidə” döyüşçüləri şiə üsyançıları darmadağın edən ekstremsit sünni olduqlarına görə.

Döyüşçülər qrupunun baş lideri Xalid Batərfi AP-nin yerli jurnalistinin 2015-də aldığı, əvvəllər dərc olunmamış müsahibədə deyib ki, “əl-Qaidə” döyüşçüləri üsyançılarla mübarizədə bütün əsas cəbhələrdə yeləşiblər. Batərfi keçən ay “əl-Qaidə”nin yaydığı “suallar və cavablar” sessiyasında deyib ki, “ön cəbhədə olanlar bizim Yəməndəki qardaşlarımıza faktiki yardım olan iştirakımız, ya da onlara silahla dəstək haqda hökmən bilirlər”.

Batərfi deyib: ““əl-Qaidə” Hadi və BƏƏ-yə bağlı qüvvələrə həmləni azaldıb, çünki onların hücumu husilərə xeyir edərdi”.

AQAP-ın başqa bir yüksəkçinli üzvü AP-yə yazılı cavabında deyib ki, “Bölmə “əl-Qaidə”nin bütün dünya üzrə lideri Ayman əl-Zavəhrinin göstərişlərinə əməl edir ki, diqqətini üsyançılarla mübarizəyə cəmləsin”. Döyüşçülər bəzi yerlərdə müstəqil çıxış edirlər. Amma AP aydınlaşdırıb ki, çox hallarda ifrat mühafizəkar sələfilər təriqəti və “Müsəlman qardaşlar” onları birbaşa kolaisiyanın maliyyəsindən mənfəət götürdükləri öz sıralarına daxil edirlər. “Qardaşlar”ın Yəmən filialı Hadi ilə birləşmiş qəddar, siyasi islamçı təşkilatdır.

“əl-Qaidə” üzvünün  sözlərinə görə, koalisiyanın Qırmızı dəniz sahili boyunca dəstəklədiyi dörd əsas səhra komandirindən ikisi “əl-Qaidə”nin müttəfiqidir. Koalisiya sahilboyu önəmli uğurlar əldə edib və indiki anda Xodeyda limanı uğrunda döyüşür.

AP-in 2017-nin yanvarında çəkdiyi videoyazı göstərir ki, koalisyanın dəstəklədiyi bölmə Mokko üzrə irəliləyir ki, bu da son nəticədə Qırmızı dəniz şəhərinin qaytarılması üzrə uğurlu kampaniyanın bir hissəsidir. Qrup döyüşçülərindən bəziləri açıqca “əl-Qaidə” tərəfdarıydı və əfqansayağı geyimdə və qrupun loqotipiylə silahla gəzirdilər. AP-nin mayda şəxsən sorğuladığı AQAP üzvü videoya baxıb və təsdiqləyib ki, döyüşçülər onun dəstəsinə mənsub idilər. Onun mənsubluğu AQAP-ın cənub şəhərlərindən birinin idarəçiliyində iştirakından məlumdur.

“əl-Qaidə” döyüşçülərinin koalisiya ilə çulğaşmasının nəticələri Yəmənin böyük şəhəri və müharibənin ən sürəkli mərkəzlərindən biri olan Taizdə daha aşkardır.

Mərkəzi yayladakı Taiz Yəmənin mədəni paytaxtı, şair və yazıçıların, təhsilli texnokratların tarixi qaynağıdır. Husilər 2015-də şəhəri mühasirələyib, çevrədəki dağ aşırımlarını ələ keçirib, girişləri bağlayıb və şəhəri amansızcasına atəşə tutublar.

Taiz sakinləri müqavimət üçün qalxışıb və koalisyadan nəqd pul və silah axışıb, çünki həm “əl-Qaidə”, həm də İŞİD döyüşçülərinin hamısı eyni düşmənə hədəflənib.

Bir liberal fəal şəhəri qorumaq üçün öz rayonunda başqa adamlarla birgə əlinə silah alıb və məlum olub  ki, onlar “əl-Qaidə” üzvlərilə çiyin-çiyinə vuruşurlar. Anonimlik şəraitində danışan fəal deyib: “Müharibədə heç bir süzgəc yoxdur. Hamımız bir yerdəyik”.

Onun sözlərinə görə, komandirlər koalisiyadan silah və başqa yardımlar alıb və bütün döyüşçülərə, o cümlədən “əl-Qaidə” döyüşüçlərinə paylayıb. Taiz qubernatorunun keçmiş müşaviri Əbdülsəttar əş-Şəmiri deyib ki, “əl-Qaidə”nin iştirakını ta başdan qəbul edib və komandirlərə deyib ki, onun üzvlərini götürməsinlər. əş-Şəmiri deyib: “Onların cavabı “Biz husilərin qarşısında iblislə də birləşərik” idi”.

O deyib ki, qanı qaralan, amma heç bir tədbir görməyən koalisiya məmurlarına xəbərdarlıq edib.

Taiz təhlükədədir, – əş-Şəmiri deyib.- Biz husilərdən qurtulub terrorçu qruplaşmalarda ilişəcəyik”.

Fəal və şəhərin rəsmi şəxsləri bildiriblər ki, “əl-Qaidə” döyüşçülərini ələ alan əsas adamlardan biri sələfilərin üzvü, Hadinin ali hərbi komandir kimi seçdiyi Ədnan Ruzəkdir.

Ədnan Ruzəkin milisi oğurluq və küçə qətlləriylə kədərli şöhrət qazanıb. Milisin maskalı üzvlərinin diz çökmüş, gözübağlı adamı güllələdiyi onlayn-videoda “əl-Qaidə” üslubundan – himn və bannerlərdən istifadə olunub.

Yəmən təhlükəsizlik xidmətinin əməkdaşlarından birinin sözlərinə görə, Ruzəkin əsas köməkçisi “əl-Qaidə”nin Ədəndə başqa dustaqlarla birgə həbsxanadan qaçmış yüksəkçinli təmsilçisi idi. AP müxbirlərinin gördükləri bir neçə fotoşəkil Ruzəki “əl-Qaidə”nin məşhur komandirlərilə bir yedə göstərir.

Hadi noyabrda Ruzəki hərbi kampaniyanı əlaqələndirən Taiz əməliyyat qərargahının rəisi və yeni döyüş qrupunun – prezidentin 5-ci mühafizə batalyonunun baş komandiri təyin edib. Hadinin habelə Müdafiə Nazirliyi husilərə qarşı yeni hücum üçün Ruzəkə 12 milyon dollar ayırıb. AP 12 milyon dollara qəbzin surətini əldə edib və Ruzəkin köməkçisi bu rəqəmi təsdiqləyib.

Ruzək döyüşçülərlə hər hansı əlaqəni inkar edib, AP-yə məlumat verib ki, “əl-Qaidə”nin Taizdə “iştirakı yoxdur”.

Koalisyanın dəstəklədiyi başqa bir komandir “əl-Qaidə” ilə əlaqələrinə görə ABŞ-da terrorçular siyahısına daxil edilib. Onun köməkçisi Adil əl-Əttsinin sözlərinə görə, Şeyx Əbuləbbas kimi tanınan komandir, sələfi antihusi fraksiyalar arasında nüfuz yaymaq üçün koalisiyadan milyonlarla dollar pul alıb. əl-Əttsi deyib ki, o, ABŞ-da oktyabrda siyahıya daxil edildiyinə baxmayaraq, BƏƏ onu maliyyələşdirməkdədir. Köməkçi döyüşçülərlə hər hansı əlaqəni inkar edib və öz bossunun ABŞ-ın terrorçular siyahısında olduğuna inanmayıb. Bununla belə, boynuna alıb ki, ““əl-Qaidə” başqa bütün fraksiyalarla birgə bütün cəbhələrdə vuruşub”.

Reportyorlar onunla Taizdə söhbətləşəndən bir an sonra əl-Əttsinin “əl-Qaidə”nin məşhur baş fəalıyla görüşdüyünü görüblər.

Əbuləbbas koalisiyanın maliyyələşdirdiyi, Taizdə bir neçə rayona nəzarət edən könüllü yığmaya başçılıq edir. “əl-Qaidə”nin 2016-da hazırladığı videoda qarageyimli döyüşçülər “əl-Qaidə” loqotipi ilə, məlum olduğu kimi, Taizdə onun nəzarətindəki rayonlarda başqa könüllülərlə birgə vuruşurlar.

Taizin təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı bildirib ki, döyüşçülər və Əbuləbbasın qüvvələri 2017-ci ildə təhlükəsizliyin mənzil qərargahına basqın edib və “əl-Qaidə”nin fəaliyyətinə dəxli olmaqda şübhəli bilinənləri azad ediblər. Zabit nağıl edib ki, hücum haqda məlumat verib, amma yalnız öyrənib ki, Əbuləbbasa daha 40 pikap vermək lazımdır.

Zabit deyib: “Nə qədər çox xəbərdarlıq ediriksə, onları daha çox mükafatlandırırlar. “Əl-Qaidə” liderlərində koalisiyanın verdiyi zirehli texnika var, təhlükəsizlik komandirlərində isə belə texnika yoxdur”.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə